Deputat seçicilərindən niyə qaçır? - Müraciət
Siyaset
Oxunub: 529
26 fev 2019 | 18:21
Deputat seçicilərindən niyə qaçır? - Müraciət














Bu da bir həqiqətdir ki, son illər respublikamızın hər bir şəhər və rayonunda, kənd və qəsəbəsində, hətta iri yaşayış məntəqələrində sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması yöndə lazımi addımlar atılmaqdadır.

Belə bir addımların nəticəsidir ki, bu gün işsiz sakinlər arasında işsizliyin göstəricisi əvvəlki illərə nisbətən xeyli azalıb. Bunu verilən statistik məlumatlar da təsdiq edir. Bu yöndə atılan addımların varlığına baxmayaraq, hal-hazırda sosial problemlər məngənəsində boğulan, məşəqqətli həyat tərzi keçirən elə sakinlər də var ki, onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Belə sakinlərdən biri də, Salyan rayonunun Çuxanlı kəndində yaşayan Soltanova Qönçə Məmmədəli qızıgilin ailə üzvləridir. Məsələn, bir neçə gün bundan öncə adı çəkilən bu xanım “Gundemxeber.az” saytının redaksiyasına ünvanladığı müraciətində qeyd edib ki, “Bizim ailə olduqca çətinliklər içində yaşayan, məşəqqətli həyat tərzi keçirən ailələrdən biridir. Adicə onu bildirim ki, Çuxanlı kəndində yaşadığımız ev bu gün elə bir bərbad vəziyyətdədir ki, onun hər an başımıza uçmaq təhlükəsi var. Maddi imkansızlığımız ucbatından yaşadığımız evi qismən də olsa belə qaydaya salmağa gücümüz çatmır. Buna da əsas səbəb, evimizə heç bir yerdən gəlirin gətirilməməsidir. Həyat yoldaşım Soltanov Əlpaşa Mirzəcan oğlu, səhhətində əmələ gələn ciddi problemlər səbəbindən 4 iyul 2002-ci il tarixdə dünyasını dəyişdi. O, Dağlıq Qarabağ müharibəsinin qızğın çağlarında könüllü hərbi xidmətə yollandı və torpaqlarımızın ərazi bütövlüyünün qorunması yöndə, erməni daşnakları ilə ölüm-dirim savaşlarında da iştirak etdi. Əlpaşa Milli Ordudan təxris olunduqdan sonra, ona 1996-cı ildə müharibə veteranı vəsiqəsi verdilər. Yəni onu demək istəyirəm ki, həyat yoldaşım sağlığında ikən Vətənimizi müdfafiə edən oğullardan biri oldu. Buna baxmayaraq, bu gün bizim ailəyə qarşı heç bir diqqət, hər hansı qayğı göstərilmir. Bir qız övladım var və dolanışığımızın təmin olunması üçün, heç bir yerdən gəlirimiz yoxdur. Dolanışığımızı yalnız hər həftənin iki günü Bakı şəhərində süd məhsulları satmaqla birtəhər yola verə bilirəm. Bu da bir qadın olaraq mənim üçün olduqca çətinliklər yaradır.

Hal-hazırda istərdim ki, DQ müharibəsi veteranı ailəsi olaraq dolanışığımız vəziyyətin ağırlığını, yaşadığımız evin uçmaq təhlükəsi ilə üz-üzə qalmasını, 59 saylı Salyan seçki dairəsindən Milli Məclisdə bizi təmsil edən hörmətli Əliağa Hüseynova çatdırasınız. Çünki, mənim öz deputatımıza heç cür “əlim çatmır”. Buna da əsas səbəb, gündəlik səhərdən axşama qədər dolanışığımızın təmin olunması üçün çalışmağımdır. Əliağa müəllim bizi Milli Məclisdə təmsil edir, ona görə də qərara gəldim ki, ilk növbədə müraciətimi bu şəxsə çatdırım. Biz ötən seçkilərdə Əlağa müəllimə səs vermişik, bu gün də o, bir deputat olaraq seçicilərinə məxsus problemlərin həllinə çalışmalıdır. Düşünürəm ki, mən media vasitəsilə istəyimi Əliağa Hüseynova çatdıra biləcəyəm, o da, DQ müharibəsi veteranı ailəsi olaraq üz-üzə qaldığımız problemin həlli ilə bağlı lazımi addımını atacaq. Yəni, uçmaq təhlükəsi ilə üz-üzə qalmış yaşayış evimizin müəyyən qədər qaydaya salınması üçün, bizə öz kömək əlini uzadacaq”.
Mövzu diqqətimizdədir.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"