Ziya Məmmədovun dövlətə vurduğu yaralar... - Bunun hesabı sorulacaqmı?
Siyaset
Oxunub: 525
22 fev 2019 | 22:22
Ziya Məmmədovun dövlətə vurduğu yaralar... - Bunun hesabı sorulacaqmı?














Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobusların çoxu sınıq-salxaq, sıradan çıxmış vəziyyətdədir.

Hazırda 40, 49, 24, 185, 186 saylı və onlarla belə marşrut xətlərində istifadəyə buraxılan avtobuslar dağılıb-tökülüb. Sürücülər ayaqüstə sərnişin daha çox götürmək üçün oturacaqları söküb çıxarıb, avtobusların qapıları cırıldıyır, dayanacaqda saxlayanda səsləri xarab araba kimi eşidilir, oturacaqlar natəmizdir, kart sistemi yoxdur.

Üstəlik, keçmiş nazirin gətirdiyi avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılıb. Nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib.

Onlardan 27-si “”Daewoo" BC212MA" markalı avtobus, 8-i isə “Man Lion S Klassik A-74" avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib.

İlk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74" avtobusları dördüncü hərracda 18.750 manata təqdim edilib. 12.150 manata təqdim edilən ”"Daewoo"BC212MA" avtobusları isə bu dəfə hərraca 10.125 manata çıxarılıb.

2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılmışdı. 2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 “Daewoo” avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.

Ancaq cəmi 8 il kifayət elədi ki, həmin avtobuslar yararsız vəziyyətə düşsün. Daha doğrusu, elə istifadəyə verildiyi dövrdən cəmi 1-2 il sonra bu avtobuslar tökülüb-dağılmağa başladı. Çünki vaxtlı-vaxtında təmirə getmir, sürücülər necə gəldi idarə edirlər, səliqə-sahmana baxılmır. Sərnişinlər də bu şəraitdən narazıdırlar.

Onların sözlərinə görə, “BakuBus” avtobuslarındakı səliqə ilə keçmiş nazirdən qalan avtobuslardakı eybəcərlik arasında ciddi fərq var. Amma şəhərin əksər istiqamətlərində həmin bu bərbad avtobuslar işləyir.

Sərnişinlər bildirirlər ki, bu avtobusların sürücülərinə ciddi nəzarət də yoxdur. Kimisi sükan arxasında siqaret çəkir, kimisi intervala əməl etmir, kimisi təhlükəli idarə edərək qəza riski yaradır.

Paytaxtda bir çox marşrut xətləri bir-birini təkrarlayır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, bu, ekologiyanın çirklənməsi deməkdir.

Bakının mərkəzindən kənarda işləyən sərnişin avtobuslarının əksəriyyəti sərnişindən başqa kimi desən daşımağa yarayır. Bir qisim avtobuslar isə bir vaxtlar sabiq nəqliyyat nazirinin oğluna məxsus “Transgate Azerbaijan” şirkəti tərəfindən gətirilib.

2008-ci ildə Bakıya 200 ədəd “Daewoo”, 40 ədəd “MAN”, 20 ədəd “MAZ”, həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək paytaxt daxili xətlərə buraxılıb.

Bu proses sonrakı illərdə də davam etdirilib. Nəqliyyat Nazirliyinin o zamankı hesablamalarına görə, həmin illərdə Bakı şəhərində orta və iritutumlu 1000-dən artıq avtobusa ehtiyac olub.

Bir müddət əvvəl yazmışdıq ki, 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belarusdan 948 ədəd iri və orta tutumlu avtobuslar alınıb.

Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib. Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərcləri daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan “MAN” markalı avtobusların biri Azərbaycan dövlətinə 250 min dollara başa gəlib.

İrandan gətirilən və “M-trans” şirkətinə məxsus sarı rəngli “Mercedes” markalı avtobuslar əsasən şəhərlərarası, Koreya istehsallı “Daewoo”, Almaniyanın “MAN” və Belarusdan alınmış “MAZ”lar isə Bakıda sərnişindaşımaya buraxılıb.

Bundan başqa, Türkiyə, Çin, Ukrayna, hətta Özbəkistan və Qırğızıstandan da Bakıya orta tutumlu sərnişin avtobusları gətirilib.

Paytaxtda sayına görə birinci sırada olan “Daewoo” avtobuslarının qiyməti isə 156 min dollar olub. Bütün avtobuslar dövlət vəsaiti hesabına alınsa da, sonradan həmin nəqliyyat vasitələri kredit yolu ilə özəl nəqliyyat şirkətlərinə satılıb.

Z.Məmmədov nazir olarkən, faktiki, paytaxtda sərnişindaşıma xidməti göstərən şirkətlərin hamısı Nəqliyyat Nazirliyinin patronajlığı ilə yaradılıb.
“Yeni Müsavat”
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər