Kreml Ermənistanı Suriyada tələyə saldı - Paşinyanın naşılığı özünü biruzə verir
Siyaset
Oxunub: 486
22 fev 2019 | 20:20
Kreml Ermənistanı Suriyada tələyə saldı - Paşinyanın naşılığı özünü biruzə verir













Martın 1-də İrəvanın mərkəzində vətəndaş marşı olacaq. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, marşın ideya müəllifi baş nazir Nikol Paşinyan, motiv isə - 10 nümayişçinin öldürüldüyü 2008-ci ilin qanlı mart hadisələrinin ildönümüdür.

“Bu il 1 mart hadisələrinin 11 ili tamam olur. Bu marş Ermənistan vətəndaşının seçkilərin saxtalaşdırılmasına, zorakılığa, korrupsiya və qanunsuz əməllərə qarşı mübarizədə qələbəsinə həsr olunacaq”, - deyə o qeyd edib.

*****

Beləcə, hələ də inqilab eyforiyasından çıxmayan Paşinyan verdiyi əsas vədi - xalqın güzəranının yaxşılaşmasına nail olmaq əvəzinə, onun başını yenə küçə yürüşü ilə qatmağa hazırlaşır. Ancaq Nikol növbəti küçə yürüşünə hazırlaşırkən ABŞ-dan onun üçün çox pis xəbərlər gəlib.

Biri odur ki, ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsi (U.S. Department of the Treasury’s Office of Foreign Assets Control-OFAC) Suriyada fəaliyyət göstərən iki iranlı hüquqi şəxsə Suriyaya silah daşıdığı üçün sanksiya tətbiq edib və məlum olub ki, bunlar İran İslam Keşikçiləri Korpusuna bağlı “Mahan Air” aviaşirkəti və həmin şirkətin Ermənistandakı satış üzrə baş agentliyi - “Flight Travel LLC” şirkətidir.

Musavat.com ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi səhifəsində yayımlanan həmin sensasion məlumatı artıq təqdim edib. O da bəlli olub ki, Ermənistanda yerləşən “Flight Travel LLC” şirkəti “Mahan Air”in əsas gəlir mənbələrindən biri hesab olunur. Şirkət Ermənistanda “Mahan Air GSA” kimi fəaliyyət göstərməsindən dolayı ABŞ Maliyyə Nazirliyinin diqqətinə düşüb. Bildirilir ki, “Flight Travel LLC” dəfələrlə “Mahan Air”ə verdiyi kommersiya dəstəyinə görə sanksiyalara məruz qalacağı barədə edilən xəbərdarlıqları görməzdən gəlib.

*****

Erməni şirkətinə qarşı Suriyaya görə sanksiya tətbiqinin ardınca Vaşinqton Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti XİN-dəki mənbəyə istinadən yazır (virtualaz.org). Bildirilir ki, İrəvan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səylər göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb.

“Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir Nikol Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb” - qəzet yazır.

Qəzetin bildirdiyinə görə, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır. “İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən, bizim Vaşinqtondakı səfirimizin də vəziyyəti yaxşı deyil”, - mənbə əlavə edib.

*****

Xatırladaq ki, bu günlərdə erməni mənbələri baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ danışıqları üçün ABŞ-da görüşə biləcəklərini iddia etmişdi. “Yeni Müsavat” onu da xatırladır ki, ötən həftə ABŞ Dövlət Departamenti Paşinyan hökumətinin Rusiyanın xahişi və himayəsi altında Suriyaya hərb həkimlər də daxil olmaqla, 83 nəfərlik humanitar missiya göndərməsinə olduqca sərt reaksiya vermiş, rəsmi İrəvanı Moskva ilə birgə “zalım Əsəd rejiminə dəstəkdə” ittiham eləmişdi.

Həmin bəyanatdan öncə isə Ermənistanın müdafiə naziri David Tonoyan bu mövzuda danışarkən hətta demişdi ki, lazım gəlsə, Ermənistan Suriyaya silahlı qüvvə də göndərə bilər. Əlbəttə ki, söhbət Rusiya komandanlığına tabe olacaq hərbi kontingentdən gedir.

Qeyd edək ki, Rusiya çoxdandır Suriyada tək olmadığını nümayiş etdirmək, koalisiya görüntüsü yaratmaq istəyir. Ermənistan bu xüsusda yeganə postsovet ölkəsi, hətta yeganə KTMT üzvüdür ki, Moskvanın xahişini yerinə yetirdi (Azərbaycan da Suriyaya missiya göndərməyib). Təsadüfi deyil ki, Moskva İrəvanın bu jestini yüksək qiymətləndirib. Eyni zamanda öz forpostu və vassalı Ermənistanı Suriyada əməllicə tələyə salıb.

*****

Göründüyü kimi, Ermənistanın guya qərbpərəst olan yeni hökumətinin Moskvaya bu cür açıq reveransları Vaşinqtonda güclü qıcıq doğurub. ABŞ Dövlət Departamentinin məlum bəyanatı, erməni şirkətinə ABŞ-ın sanksiyası, Mnatsakanyanın ləğv edilən Amerika səfəri... bunlar İrəvan üçün hələ “jurnal” ola bilər.

Son baş verənlər “iki stul”da oturmağa çalışan Paşinyan hökumətinə sözsüz ki, yaxşı heç nə vəd eləmir. Qərbin arzularını sürətlə “basdıran” Nikol artıq həmin Qərbin böyük maliyyə dəstəyindən əlini üzə bilər. Vassal ölkə olmağın bədəli doğrudan da ağır imiş - onun başında kim olur-olsun...
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu