DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə verilib
Siyaset
Oxunub: 506
22 fev 2019 | 09:30
DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar azərbaycanlı partizanların vərəsələrinə verilib














Bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur.

DTX-dən “Report”a verilən məlumata görə, bu əlamətdar tarix münasibətilə keçirilən tədbirlər çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində İkinci Dünya müharibəsi zamanı Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların vərəsələrinə DTX-nin arxiv fondlarında saxlanılan həmin sertifikatlar (şəhadətnamələr) təqdim olunub.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli qəhrəmanlar, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi, DTX-nin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, İkinci Dünya müharibəsinin veteranları, azərbaycanlı partizanların övladları, “ASAN Könüllüləri” Təşkilatının üzvləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri, Akademiyanın müəllim və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar. Qonaqlar “Şöhrət” muzeyində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlər və ekspozisiyalar ilə tanış olublar. Onlara Ulu Öndərin təhlükəsizlik orqanlarına və Azərbaycana rəhbərlik etdiyi, SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu, müstəqil respublikamızın memarı və qurucusu kimi fəaliyyət dövrünü əhatə edən arxiv materialları, orijinal tarixi sənədlər barədə ətraflı məlumat verilib.

Tədbir faşizmə qarşı mübarizədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
DTX-nin arxiv-uçot idarəsinin rəisi Ceyhun İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Polşa, Çexoslovakiya, Yuqoslaviya, Fransa, İtaliya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may – Qələbə Günü qeyd olunur.

Xüsusi vurğulanıb ki, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizə aparmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə ilə bağlı arxivlərdə saxlanılan materialları dahi rəhbər Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə araşdırıb. Məhz Ulu Öndərin gərgin səyi və əməyi, qətiyyəti sayəsində toplanmış sənədlər keçmiş SSRİ-nin ali rəhbərliyinə təqdim edildikdən sonra Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi şücaət və qəhrəmanlıqlar nəzərə alınaraq, 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, onun haqqında bədii film çəkilib və əsərlər yazılıb. Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə isə Bakıda Mehdi Hüseynzadənin möhtəşəm abidəsi ucaldılıb.

Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısı müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Prezident İlham Əliyevin hər il imzaladığı Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar verilib, bu qəbildən olan insanlara xüsusi Prezident təqaüdünün aylıq məbləği daha da artırılıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Məhz bunun bariz nümunəsidir ki, dövlətimizin başçısı gənc nəslin Vətənə sədaqət və qəhrəmanlıq ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alaraq, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı, əfsanəvi partizan Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması barədə ötən il Sərəncam imzalayıb. Bu Sərəncam xalqımız tərəfindən dövlətin təhlükəsizliyinin, Vətənin müdafiəsində və sərhədlərinin toxunulmazlığının keşiyində dayanan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan əsgəri üçün vətənpərvərlik nümunəsi, habelə şanlı qəhrəmanlıq tariximizə verilən ali qiymət kimi qəbul edilir.

C.İbrahimov qeyd edib ki, İkinci Dünya müharibəsi illərində ön cəbhədə faşizmə qarşı mərdliklə döyüşən azərbaycanlı əsgər və zabitlərin bir qismi müharibənin acı həqiqətlərini öz həyatlarında yaşamağa məcbur olublar. Bəzən qüvvələrin bərabər olmadığı qanlı döyüşlər zamanı alman ordusuna əsir düşənlər də olub. Lakin heç bir zaman düşmənə boyun əyməyən bir xalqın övladları kimi azərbaycanlıların əksəriyyəti sonradan müxtəlif əsir düşərgələrindən qaçaraq Avropanın ölkələrini əhatə edən silahlı Antifaşist Müqavimət Hərəkatına qoşulublar. Dili, dini, siyasi baxışları fərqli olan on minlərlə insanı birləşdirən bu hərəkat xalqların humanizm ideyaları və ümumbəşəri dəyərlər uğrunda mübarizəsində nadir tarixi nümunələrdəndir. Azərbaycanlı partizanlar müxtəlif millətlərin nümayəndələri ilə çiyinçiyinə qəhrəmancasına vuruşaraq işğal olunmuş şəhər və kəndlərin, ölüm düşərgələrində saxlanılan əsirlərin azad edilməsində, faşist qoşunlarına məxsus strateji obyektlərin məhv edilməsində və digər döyüş əməliyyatlarında fəal iştirak ediblər. Həmin illərdə qəhrəmanlıqlar göstərmiş digər həmyerlimiz İtaliyanın ali hərbi mükafatı olan qızıl “Haribaldi ulduzu” və “Şöhrət” ordenlərinin kavaleri Məmməd Bağırov, partizanlar arasında “Armed Mişel” adı ilə məşhurlaşmış “Xarqo” təxəllüslü, Fransanın “Fəxri legion” ordeni, müxtəlif orden və medallarına layiq görülən Əhmədiyyə Cəbrayılov və yüzlərlə digər igid həmyerlilərimiz Avropa Antifaşist Müqavimət Hərəkatının ən tanınmış nümayəndələri hesab edilirlər. Qürurvericidir ki, qəhrəman azərbaycanlılarının adları bu gün də həmin ölkələrdə hörmətlə xatırlanır və yad edilir.

Təəssüflə qeyd olunub ki, müharibə dövründə, eləcə də ondan sonrakı illərdə Avropa Antifaşist Müqavimət Hərəkatının əhatə etdiyi ölkələrin ali hökumət orqanları və hərbi komandanlıqları tərəfindən hərəkatda fəal iştirak etmiş azərbaycanlı partizanların şücaət və igidliklərini təsdiqləyən şəhadətnamələr (sertifikatlar) onlara təqdim olunması üçün Sovet İttifaqına göndərilsə də, bu əhəmiyyətli sənədlər uzun illər arxiv fondlarında gizlədilib. Müharibə illərində alman faşistlərinə əsir düşmüş, lakin qaçmağa nail olan və partizan hərəkatına qoşularaq fədakarlıq nümunələri göstərmiş bir çox həmyerlilərimiz Vətənə qayıtdıqdan sonra uzun illər incidilib, onlara sovet hakimiyyəti tərəfindən inamsızlıq və etimadsızlıq nümayiş etdirilib.

Bildirilib ki, bugünkü tədbirin məqsədi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətin mühüm tərkib hissəsi kimi, irs-varislik prinsipinə, milli yaddaşın bərpasına, o cümlədən Vətən uğrunda döyüşmüş həmvətənlərimizə və onların ailə üzvlərinə diqqət və qayğının növbəti nümunəsi olaraq, faşizmə qarşi Avropa Müqavimət Hərəkatında igidlik və rəşadət göstərmiş cəsur azərbaycanlı partizanlara vaxtilə İtaliya və Fransa hökumətləri tərəfindən verilmiş sertifikatlar onların övladlarına təqdim olunmasıdır. Uzun illərdən sonra bu çox mühüm tarixi və ictimai əhəmiyyət kəsb edən sənədlərin öz sahiblərinə çatdırılması həm də dövlətimiz tərəfindən tarixi ədalətin bərqərar edilməsinin daha bir bariz təcəssümüdür.
C.İbrahimov bildirib ki, hazırda Azərbaycan Respublikası müstəqil və suveren bir ölkə olmaqla həm yürütdüyü uğurlu siyasətə, həm də sürətli iqtisadi inkişaf tempinə görə dünya siyasi arenasında böyük hörmətə və nüfuza malikdir. Qətiyyətlə əminik ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü, eləcə də əzəli və tarixi torpaqları olan Qarabağda dövlətimizin beynəlxalq hüquqla təsbit edilmiş suverenliyi də təmin olunacaq, haqq-ədalət zəfər çalacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı belə tədbirlərin vacibliyini vurğulayaraq qeyd edib ki, indiyədək elmi ictimaiyyətə bəlli olmayan bu tarixi sənədlərin təqdim olunması böyük ictimai hadisədir və çox təqdirəlayiqdir. Vətən tarixşünaslığında azərbaycanlıların partizanların müqavimət hərəkatında iştirakına dair kifayət qədər nəşrlər var. Muzeylərdə xalqımızın tarixi yaddaşına dair nadir sənədlər, materiallar saxlanılır. Həmin eksponatların böyük hissəsi azərbaycanlıların Avropa xalqlarının azadlığı uğrunda faşizmə qarşı müqavimət hərəkatında iştirakına şahidlik edib. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında bu hərəkatın onlarla qəhrəman azərbaycanlı oğullarına məxsus sənədlər, fotoşəkillər və şəxsi əşyalar qorunur. Azərbaycana qarşı informasiya müharibəsi aparan qüvvələr tariximizin bu şanlı səhifəsini silməyə, qəhrəmanlarımızın adlarını ləkələməyə çalışırlar. Odur ki, tariximizin belə şərəfli səhifələrinin qəhrəmanlarının yaddaşlarda həkk olunması üçün əlimizdən gələni etməliyik.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Avropa Müqavimət Hərəkatının iştirakçılarının, o cümlədən leytenant Bayandur Hacıyevin xatirəsinin yad olunduğu belə mühüm tədbirdə iştirakdan qürur hissi keçirdiyini bildirib. Qeyd edib ki, azərbaycanlı partizanın keçdiyi döyüş yolunun timsalında İkinci Dünya müharibəsi zamanı Fransada döyüşmüş, beləliklə Qələbəyə böyük töhfələr vermiş bütün qəhrəmanların xatirəsini yad etmək bizim əsas vəzifəmizdir. Bütün sosial təbəqələrdən, müxtəlif ölkələrdən olan vətəndaşlar Fransa Müqavimət Hərəkatında iştirak ediblər. Bu tədbir qəhrəmanlarımızın təbliği, ümumi yaddaşımız üçün çox vacibdir. Müqavimət hərəkatının iştirakçıları ölkələrimiz və xalqlarımız arasında ümumbəşəri dəyərlərin və sülhün qorunmasının rəmzləridirlər. Birgə dəyərlərə sadiq qalaraq iki ölkənin xalqlarının inkişafının möhkəm özəyini təşkil edən və keçmişdə çiyin-çiyinə mübarizə aparmış döyüşçülərə hörmətlə yanaşmaq hamımız, o cümlədən Fransa üçün böyük şərəfdir.

İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi diqqətə çatdırıb ki, bir vaxt keçmiş SSRİ-nin tərkibində olan, indi isə müstəqil dövlət olan Azərbaycandan yüzlərlə döyüşçü İtaliya müqavimət hərəkatında iştirak edib. Azərbaycanlıların Fransa və İtaliya müqavimət hərəkatlarında iştirakı geniş təbliğ olunmalıdır. Azərbaycan zəngin neft ehtiyatları və strateji mövqeyinə görə faşistlərin işğalçılıq siyasətinin mərkəzində yer alırdı. Hitler SSRİ-yə hücum etdiyi vaxtdan etibarən azərbaycanlılar və digər xalqlar faşistlərə qarşı vuruşmağa başlayıblar. Azərbaycanın və bu xalqın övladlarının müharibənin qazanılmasına töhfəsi böyükdür. Onların qəhrəmanlıqları barədə çoxsaylı hekayələr, nəşrlər mövcuddur.

Tədbirdə iştirakına görə məmnunluğunu bildirən Anna Mariya Biançi belə görüşlərin Azərbaycan ilə İtaliya arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanlı partizan Bayandur Hacıyevin oğlu Nicat Hacıyev ailə üzvləri adından Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə və bu işdə əməyi olan Xidmətin əməkdaşlarına minnətdarlığını bildirib. Qeyd edib ki, partizanların vərəsələri üçün arzuolunan araşdırma nəhayət, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan DTX tərəfindən həyata keçirilib. O, Fransa və İtaliya xalqlarına da minnətdarlığını bildirərək atasının və digər azərbaycanlıların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirilməsindən məmnunluğunu diqqətə çatdırıb.
O, təəssüf hissi ilə qeyd edib ki, məkrli qonşularımız öz çirkin niyyətlərindən əl çəkməyərək azərbaycanlıların qəhrəmanlıqlarını, fədakarlıqlarını min bir hiylə ilə ört-basdır etməyə çalışıblar. Lakin Azərbaycan övladları tarix boyu şöhrətə görə yox, məhz torpağa və xalqa görə vuruşduqlarını sübut ediblər. Mənə bu yaşımda atamı ikinci dəfə qəhrəman kimi görməyə kömək etdiyiniz üçün hər kəsə minnətdarlığımı bildirirəm.
Sonra Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların övladlarına DTX-nin arxiv fondlarında saxlanılan sertifikatlar təqdim olunub. Sertifikatları general-polkovnik Mədət Quliyev, akademik Nailə Vəlixanlı, səfir Orelia Buşez və konsul Anna Mariya Biançi azərbaycanlı partizanlar – Allahqulu Quliyevin, İbrahim İbrahimovun, Əbdürəhman Novruzovun, Feyzulla İsmayılovun, Bayandur Hacıyevin və Famil Məmmədovun övladlarına təqdim ediblər.
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər