Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı – itirilən yaşıl milyonlar…
Siyaset
Oxunub: 456
20 fev 2019 | 09:51
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı – itirilən yaşıl milyonlar…














Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov həm də generalın qardaşıdır; illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi…

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunu işdən çıxarıb. Unikal.org xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib. Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyi meriyanın o zamankı rəhbəri Hacıbala Abutalıbovun sərəncamı ilə 2005-ci ilin oktyabrında yaradılıb. Belə ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yaradılıb.

Birlik Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Birliyin tərkibinə “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi də daxildir.

Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı – itirilən yaşıl milyonlar…


Vaqif Novruzov
“Yeni Müsavat” bildirir ki, ötən ilin noyabrında E.Əzizovun sərəncamına əsasən Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdi. Bildirilirdi ki, bu cəza tədbiri Bakı şəhərində yaşıllıqların vəziyyəti, o cümlədən parklara zəif qulluq göstərilməsi ilə əlaqəlidir. E.Əzizov tərəfindən bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vəziyyət dəyişməyib.

Məlumdur ki, E.Əzizov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edəndə şəhər təsərrüfatının müxtəlif sahələrində hökm sürən vəziyyəti araşdırmaq üçün komissiyalar yaradıb. Və belə komissiyalardan biri də yaşıllaşdırma təsərrüfatı və yaşıllıqlarla bağlı vəziyyəti araşdırıb. Nəticədə məlum olub ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi Bakı şəhərində qanunsuz şəkildə qiymətli ağacları qıran şəxslərə qarşı ciddi tədbirlər həyata keçirməyib, yaşıllıqların qorunması üçün lazımi işlər görməyib, ting ağacların yetişdirilməsi istənilən səviyyədə olmayıb. Həmçinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə idarələrində adı olan, amma işə çıxmayan onlarla şəxs müəyyənləşib.

Vaqif Novruzov BŞİH-də idarə rəhbəri olsa da, oliqarx-məmur hesab edilirdi. Çünki illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi.

Vaqif Novruzov Naxçıvan daxili işlər nazirinin müavini, general Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov uzun müddət Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi olub, 2013-cü ilin payızında nazir müavini təyin edilib. 2013-cü ilin iyununda prezidentin sərəncamı ilə general-mayor rütbəsi alıb.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq sədrinin daha bir qardaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, həmin rayonda 2015-ci ildə yanan və azı 17 adamın ölümünə səbəb olan bina işinə görə həbs edilən Qəzənfər Novruzovdur. Qəzənfər Novruzov Binəqədidən öncə Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Binəqədidə işlədiyi müddətdə isə rayon sakinləri arasında ən çox narazılıq edilən məmurlardan biri olub. İşdən çıxarıldıqdan sonra onun ölkədən qaçdığı barədə xəbərlər yayılmışdı.

Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.

V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov ötən ilin aprelində prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə, eləcə də Yaşıllaşdırma Təsərrüfatı Birliyi baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Noyabrın 15-də BŞİH rəhbəri təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərinə başlayıb. Hacıbala Abutalıbov tərəfindən vaxtilə vəzifəyə təyin edilən xeyli kadrı işdən uzaqlaşdırıb.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib