Martda 30-a yaxın siyasi məhbus azad edilə bilər
Siyaset
Oxunub: 370
20 fev 2019 | 09:15
Martda 30-a yaxın siyasi məhbus azad edilə bilər














Səidə Qocamanlı: “Təkliflərimiz heç zaman diqqətsiz qalmayıb”; Rəşad Məcid: “Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq”

Bir qrup hüquq müdafiəçisinin son zamanlar siyasi məhbuslarla, insan hüquqları ilə bağlı nazirlərlə, aidiyyəti qurumlarla intensiv görüşlər keçirmələri diqqəti cəlb edir. Son olaraq, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Qocamanlı və Səadət Bənəniyarlı daxili işlər naziri Ramil Usubovla görüşüblər.

Qeyd edək ki, son illərə qədər hüquq müdafiəçilərinin fəaliyyətləri demək olar arxa plana atılmışdı. 2019-un əvvəllərindən etibarən bu istiqamətdə olan dəyişikliklər göz önündədir. Müşahidələr siyasi məhbus probleminin, eləcə də insan hüquqları ilə bağlı bəzi boşluqların aradan qaldırılacağına olan ümidləri artırır.

Mötəbər mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumata görə, gələn ay – Novruz bayramı ərəfəsində imzalanacaq əfv sərəncamı ilə 30-a yaxın siyasi məhbus azad ediləcək. Mənbə onu da bildirir ki, yuxarıda adlarını qeyd etdiyimiz hüquq müdafiəçilərinin hazırladıqları və Əfv Komissiyasına, eləcə də digər müvafiq qurumlara təqdim etdikləri siyahı əfv sərəncamında daha çox nəzərə alınacaq.

S.Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, keçirdikləri görüşlər heç kəsdə təəccüb doğurmamalıdır: “Digərlərinə cavabdeh deyiləm. Amma onu deyə bilərəm ki, bizim qrupumuz üçün hər zaman istənilən məmurun qapısı açıq olub. Çünki onlar bilirlər ki, biz görüşə gəliriksə, əməli təkliflərlə, işlərlə gəlirik. Bu təkliflərin üzərində hər zaman işləmişik. İnsan hüquqları üzrə irəli sürdüyümüz təkliflərin hamısı olmasa da, heç olmasa bir qismi mərhələlərlə həyata keçib. Biz bunun dəfələrlə şahidi olmuşuq. Təkliflərimiz heç zaman diqqətsiz qalmayıb. Ona görə də son görüşlərimiz təəccüb doğurmamalıdır. Bu, sadəcə, iş görüşləri idi. Biz bunu daim keçirmişik. Ayrı-ayrı məmurlarla, nazirlərlə görüşlərimiz baş tutur və bu, davamlı olacaq. Çox ümidliyik”.

Hüquq müdafiəçisi siyasi məhbuslardan da danışdı: “Tezliklə siyasi məhbuslarla bağlı ciddi addımların atılacağına inanıram. Hər birimiz bu vətənin övladıyıq. Çalışmalıyıq ki, bu vətənə xeyir verək. Onun mövqeyini heç kəsin ayaqları altına atmamalıyıq. Öz müstəqilliyimizi, azadlığımızı müdafiə etməyə çalışmalıyıq. Hansı sayda siyasi məhbusun bu əfvdə azadlığa buraxılacağını deyə bilmərəm. Amma hər halda, təqdim etdiyimiz siyahıdakı məhbusların hamısı azad olunsaydı çox şad olardıq. Bu il müsbətə doğru ölkədə çox ciddi dəyişikliklər gedir. Bu bizi çox sevindirir. Belə də olmalıdır, özü də davamlı şəkildə. Müxtəlif sahələrdə biz artıq dəyişikliklərin şahidi oluruq. İnsanların rifahı üçün atılan istənilən addım bizləri sevindirir”.

Məlumat üçün bildirək ki, Əfv Komissiyasının iclasları hazırda intensiv şəkildə gedir. Həftədə 2 və ya 3 iclas keçirilir. Bu gedişlə komissiyasının Novruz bayramına qədər iclaslarını bitirəcəyi və son siyahını ölkə prezidentinə təqdim edəcəyi bildirilir..

Martda 30-a yaxın siyasi məhbus azad edilə bilər


Əfv Komissiyasının üzvü Rəşad Məcid iclaslar barədə yekunda məlumat veriləcəyini bildirdi: “İclaslar bitəndən sonra cənab prezident əfv sərəncamı imzalayar və ondan sonra hər kəs bununla tanış olar. Toplantılar hələlik davam edir. Çox güman ki, gələn ayda, Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq. Bir sıra məhbuslar var ki, onların işi ilə İşçi Qrupu məşğul olur və onları cənab prezidentə təqdim edir. O məhbuslar barədə qərar da cənab prezidentin səlahiyyətindədir. Əfv Komissiyasından kənar İşçi Qrupunun təqdim etdiyi siyahı olur. Bu barədə bir söz deyə bilmərəm”.
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO