Rüstəm İbrahimbəyovdan Bakıya gəlişi ilə bağlı ilginc açıqlama
Siyaset
Oxunub: 368
19 fev 2019 | 10:33
Rüstəm İbrahimbəyovdan Bakıya gəlişi ilə bağlı ilginc açıqlama















Kinorejissor Bakıda yubileyini keçirdi və Moskvaya qayıtdı; “Müraciətlərimə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl”

Uzun fasilədən sonra Bakıya qısamüddətli səfər edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov artıq ölkəni tərk edib və Moskvaya qayıdıb. Bu barədə yaxın dostlarına istinadən modern.az saytı məlumat yayıb.

Qeyd edək ki, bazar günü R.İbrahimbəyovun iştirakı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilib. Daha sonra dostları ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etmək üçün “Şirvanşahlar” restoranında məclis təşkil ediblər. Sosial şəbəkələrdə R.İbrahimbəyovun iştirak etdiyi məclisdən fotoşəkillər də paylaşılıb.

Şəkillərdən görünür ki, yubiley məclisində Yazıçılar Birliyinin (AYB) sədri Anar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər yer alıb. R.İbrahimbəyovun fəxri sədri olduğu Milli Şuranın önəmli simalarından isə heç kəs tədbirə dəvət olunmayıb. Fotolarda yalnız rejissor Eldəniz Quliyev görünür. O isə açıqlamasında tədbirə İbrahimbəyovun 40 illik həmkarı, dostu kimi qatıldığını deyib.

Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsə də, o, Bakıya gələ bilməmişdi. 2016-cı ilin yazında isə kinorejissor qardaşı, Xalq yazıçısı Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi. Sonrakı dönəmdə onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi. Hesab olunurdu ki, kinorejissor qardaşının yas mərasimində iştirak etməkdən ötrü ən yüksək səviyyədə icazə aldıqdan sonra Bakıya gəlib.

Sonuncu gəlişi ilə bağlı “Turan” agentliyinə açıqlamasından da bəlli olur ki, R.İbrahimbəyovun gəlişinə ölkə rəhbərliyi tərəfindən icazə verilib. Sitat: “Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir. Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl”.

Hakimiyyətin ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında R.İbrahimbəyov deyib ki, o, öz müraciətlərində vətəndaş mövqeyini dəyişmədiyini qeyd edib. Əlavə edib ki, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır? İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır. Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? ”Qafqaz üçlüyü” filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır”.

Bakıda olduğu qısa müddətdə Rüstəm bəy həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib: “Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evini, ittifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var”.

“Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?” sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək: “Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir”. R.İbrahimbəyov ardınca deyib: “Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?”

YAP Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun Bakıya dönüşünü şərh edib. YAP rəsmisi qeyd edib ki, Azərbaycana hər gün on minlərlə insan gəlib-gedir, Rüstəm İbrahimbəyov da onlardan biridir: “Biz Bakıya gəlib-gedən insanların səfərlərini şərh etməli deyilik”.

A.Mirzəzadə Rüstəm İbrahimbəyovun “bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir…” fikrinə də münasibət bildirib: “Azərbaycan hakimiyyəti 1993-cü ildən ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə cənab prezident İlham Əliyevin rəhbərliyi və konstitusiyanın onlara verdiyi səlahiyyət çərçivəsində ölkənin problemlərini mütəmadı olaraq həll edir. Məhz dövlətçilik xəttinin düzgün tutulması, daxili və xarici siyasət məsələlərinin operativ və milli maraqlara uyğun olaraq həll edilməsi uğurlarımıza səbəb olur. Bu gün Azərbaycan iqtidarının, cənab prezident İlham Əliyevin uğurlarına həmmüəlliflik etmək istəyənlər çoxdur. Ancaq bizim üçün əsas odur ki, Azərbaycan vətəndaşı təhlükəsiz və yaxşı yaşasın. Bunun üçün də cənab prezident tərəfindən dəstəklənən mütəmadi addımlar atılır”.

Musavat.com bildirir ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubileyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında diqqətə layiq fiqurlardan kiməsə yer verilməyib. Son günlər Azərbaycan prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar…

Verilən xəbərlər sırasında onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda vaxtilə sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib. Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinemotoqrafçı həmkar qismində İbrahimbəyovun yanında epizodik rol aldığı iddia edilir.

Siyasi şərhçilərdən biri deyib ki, bu hadisə Milli Şura platforması ilə fəallaşan Əli Kərimli tərəfdarlarına böyük zərbədir. Bu təşkilatın qurucusu və fəxri sədri ən kritik bir anda iqtidarla anlaşmaya gedir və tərəfdarlarını böyük hüsrana uğradır! Əli Kərimli və Milli Şura formatındakı komponentlərin küçədə və sosial şəbəkələrdə iqtidarın üstünə getdiyi bir zamanda, öz-özlərinə qaz verdikləri bir tarixi dönəmdə iqtidar dünya şöhrətli kinossenaristin üzərindən maraqlı bir siyasi gediş edə bilib. Azərbaycan paytaxtında olduğu iki gün müddətində İbrahimbəyov Əli Kərimli, ya da Milli Şura sədri Cəmil Həsənli ilə görüşməyibsə, bunun tək bir anlamı var. İbrahimbəyov Milli Şuranı özünün maraqlarına silib, atıb və bu cığal uşaqlar daha ona lazım deyil…

“Rüstəm İbrahimbəyovun Bakıya gəlişi bir daha Milli Şuranın yaranma prosesinə diqqət çəkməyə imkan yaradır”.

Bu sözləri Axar.az-a yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, bu məsələ bir daha sübuta yetirir ki, Rüstəm İbrahimbəyovun siyasətə qoşulmasının arxasında ayrı-ayrı qüvvələr dayanır: “Aydın məsələdir ki, o, bu prosesə təhrik olunub və əslində Azərbaycana qarşı antimilli fəaliyyət göstərən Milli Şuranın formalaşması prosesində, sadəcə, marionet fiqurlardan olub. Əks təqdirdə, bu adam keçdiyi yola, vaxtilə birlikdə olduğu insanlara azacıq da olsa, müəyyən sayğı nümayiş etdirərdi. Digər tərəfdən, Rüstəm İbrahimbəyovun Bakıya gəlişi Milli Şuradakı birliyin zorən birlik olduğunu açıq sübuta yetirir. Yəni bu adamları Milli Şurada kənardan olan qüvvələr bir araya gətirmişdilər, onlar da dağıtdılar. Real görüntü məhz bundan ibarətdir”.

E.Mirzəbəyli bildirib ki, Rüstəm İbrahimbəyovun siyasətdə təsadüfi və qeyri-ciddi bir insan olduğu faktiki olaraq göz qabağındadır: “Onun siyasətə gəlişi necə təsadüfi idisə, faktiki olaraq bu və ya digər məsələlərlə bağlı proseslərdəki iştirakı, o cümlədən ermənilərin xeyrinə çəkdiyi film də şəxsi düşüncə və qənaətlərdən uzaq, kənardan idarə olunan bir məsələ idi. Əslində əsas mənzərə də elə göz qabağındadır”.

Yazıçı Anar: “Bura necə gəldiyini, nə üçün gəldiyini mən haradan bilim?..”

“Rüstəm İbrahimbəyov illərdir ki, mənim dostumdur, görkəmli yazıçıdır. Yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm”. Bu sözləri Bizimyol.info-ya AYB sədri sədri Anar Rzayev deyib. O qeyd edib ki, İbrahimbəyov sözügedən tədbirə onu şəxsən dəvət edib: “Bakıya gəlmişdi, mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm. Getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orada başqa şəxslər də iştirak edirdi”.

R.İbrahimbəyovun yubileyində siyasətdən getdiyini açıqlaması ilə bağlı yayılan iddialara Anar belə cavab verib: “Mən orada olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orada siyasətlə bağlı söhbət olmayıb, sadəcə, sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini mən haradan bilim?..”

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Eldəniz Quliyev “Yeni Müsavat”a bildirdi ki, hakimiyyət müəyyən yumşalmalara gedib: “Güman ki, anlayıblar bu qədər pressinq olmaz. Ötən həftə mən Qobustan həbsxanasında oldum. Bunun özü də göstərir ki, artıq hakimiyyət bəzi addımlar atmağa cəhd edir. Təbii ki, bu, yaxşı haldır. Mən belə başa düşürəm ki, Rüstəm İbrahimbəyovun gəlişi ilə bağlı da yəqin ki, hökumətlə müəyyən danışıqlar olub. Yoxsa 80 yaşında insanın bu boyda risk etməsinə nə hacət? Amma eyni zamanda bunu bilməyən yoxdur ki, onun Kino İttifaqına qarşı vergi ilə əlaqədar açdığı cinayət işi də qurama idi. Buna baxmayaraq, görün neçə vaxtdır… Bir dəfə rəhmətlik Maqsud İbrahimbəyovun yas mərasimində iştirak üçün gəlmişdi, üstündən xeyli keçəndən sonra gəldi. Yəqin hakimiyyətlə müəyyən anlaşma var”.

E.Quliyev dedi ki, yubiley məclisində əsasən Kino İttifaqının üzvləri iştirak edib, həmçinin də 40 illik dostu olaraq özü:“Orada o üzvlər iştirak edirdilər ki, ittifaqın ”kloun”unu, ikincisini yaradanda oradan çıxıb getmədilər, öz ittifaqlarına, öz sədrlərinə hörmət əlaməti olaraq qaldılar. O cümlədən də Anar. Anar Rüstəmin sədri olduğu Kino İttifaqının üzvüdür”.

E.Quliyev əlavə etdi ki, R.İbrahimbəyov artıq yaşa dolub, xəstə adamdır: “Siyasətdən də kifayət qədər kənara çəkilib. Onun Milli Şurada fəxri sədr olması onsuz da simvolik xarakter daşıyırdı. O barədə söhbət etmədik. Amma görünən budur ki, o, kifayət qədər kənardadır və yaradıcılıqla, eləcə də öz sağlamlığı ilə məşğul olmağı qərarlaşdırıb”.
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq