Adil Məmmədovun rayonundan şikayətlər kəsilmir... - Narazılıq isə günbəgün artır
Siyaset
Oxunub: 470
18 fev 2019 | 23:39
Adil Məmmədovun rayonundan şikayətlər kəsilmir... - Narazılıq isə günbəgün artır














Qobustandan, əsasən də bu rayonun ucqar kəndlərindən Aktualinfo.org onlayn qəzetin elektron poçtuna daxil olan şikayət məktubları onlarladır. Bu rayon sakinlərinin bütün sahələrdə həll olunası problemləri də saymaqla qurtarmaq olmaz. Kənd sakinlərinin aldadılaraq torpaq sahələrinin başqa şəxslərə satılmasıl ilə bağlı yazılarımızı hörmətli oxucularımız yəqin ki, izləyiblər və yadlarında olar. Qeyd edək ki, həmin problemli məsələ uzun illərdir davam edir və məhkəmədən, məhkəmələrə ötürülərək hələ də həllini tapmamış qalır. Rayonun polis idarəsindən, səfərbərlik və hərbi xidmətəı çağırış idarəsindən, qaz idarəsindən və daha hansı idarələrindən bizim redaksiyamıza şikayət məktubu daxil olmayib? Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov isə heç nə olmamış kimi, vətəndaşların haqlı şikayətlərinə məhəl qoymadan vəzifəsinin başındadır. Bu günlərdə Prezident Adminstrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri üzrə iş şöbəsinin müdiri Süleyman İsmayılov mətbuatda vətəndaşlar tərəfindən ən çox şikayət olunan rayonların adlarını açıqlamışdı. Təsadüfi deyil ki, Qobustan rayonu da bu siyahıda yer alırdı və birincilər sırasında olduğunun hamı şahidi oldu. Bəs belə isə Adil Məmmədov vəzifəsini necə icra edir.

Bu günlərdə Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna Qobustan rayon sakini Əsədova Mehri Əsəd qızı tərəfindən yeni bir şikayət məktubu daxil olub. 63 yaşlı qadın Qobustan rayon Dövlət Sosial Müdafiə Fondunun özbaşınalıqları üzləşib, süründürməçiliyinə məruz qalıb. Onun müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırır, əlavə şərhə hələlik ehtiyac duymuruq. Mehri Əsədova yazır:

Mən, 1956-cı il yanvarın 27-də 1-də Qobustan rayonun Qurbançı kəndində anadan olmuşam. Hazırda da pasport qeydiyyatında orada olsam da Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayıram. Hazırda 63 yaşım tamam olmuşdur. Ona görə də yaşa görə sosial pensiya almaq istəyirəm.

Mən də bir Azərbaycan vətəndaşı olaraq QANUNVERİCİLİYİN icazə verdiyi halda pensiya hüququndan istifadə edib təqaüdə çıxmaq istəyirəm. Bunun üçün təqdim etdiyim lazımi sənədlərə baxmayaraq Qobustan DSMF-nın şöbə müdiri olan Niyazi müəllim məndən nikahla bağlı, iş yerindən arayışın təqdim olunmasını tələb edir. İzah edirəm ki, şəxsiyyət vəsiqəmdə də qeyd olunub ki. “subay”. Digər tərəfdən mən rəsmən heç yerdə işləməmişəm. Hardan arayış gətirim. Qalan sənədləri də təqdim etmişəm. Qobustan DSMF müdiri də qeyd edir ki, bu adamın təqüdə çıxmaq yaşından hələ bir il də keçib sənədləri hazırla göndərək. Amma Niyazı yenə öz bürokrat ampulasındadır.

Odur ki, yuxarıda qeyd edilənləri və yaşımın 63 il tamam olmasını, həmişə ağır şəraitdə şəxsi təsəsrrüfatla məşğul olmağımı və xəstəliyimi nəzərə alaraq hörmətli Mehriban xanımdan xahiş edirəm ki, məni süründürməçilkdən qurtarıb yaşa görə sosial pensiyasının təyin olunmasına köməklik göstərəsiniz.

Biz yazının başlanğıcında da qeyd etdiyimiz kimi bu müracətə şərh vermək istəməzdik. Qoy Bu müracətə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev münasibət bildirsin, şərh versin. Qoy bu müraciətə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov münasibət bildirsin. Nəhayət qoy bu mürcıətə Qobustan rayon Dövlət Sosial Müdafiə Fondunun müdiri İrşad Həsənov, onun müavini Məsim Niftalıyev və ən nəhayət şöbənin işçisi Niyazi də bir münasibət bildirsin.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO