Millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllindən danışdılar
Siyaset
Oxunub: 553
18 fev 2019 | 20:53
Millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllindən danışdılar














Son dövrlərdə Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi aktivləşsə də, yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi hesabına irəliləyişlər əldə etmək mümkün deyil.
Fevralın 16-17-də Münhendəki Beynəlxalq Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü planlaşdırılsa da, son anda İrəvan bu danışıqlardan imtina etməli oldu. Bu bir daha göstərir ki, Ermənistanın yeni rəhbərliyi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini bəyan etsə də, Azərbaycandan fərqli olaraq münaqişənin sülh yolu ilə həlli istiqamətində hər hansı həll yoluna malik olmadığını göstərir. Yaranmış durumla bağlı deputatların Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsininn həlli ilə bağlı hansı addımları atmasını öyrəndik.

Deputat Fazil Mustafa “Ölkə.Az”a açıqlamasında deyib ki, Ermənistan münaqqişənin həllində Azərbaycan müharibə yolu ilə torpaqlarını azad etməkdən başqa yol buraxmır.

“Ona görə də Azərbaycan düşünüb-daşınılmış uğurlu hərbi əməliyyatlara başlayıb topraqlarımızı işğaldan azad etməlidir. Ermənilər anlamalıdırlar ki, əvvəl-axır bu torpaqlar geri qaytarılacaq. Azərbaycanın bundan başqa yolu qalmır”- F. Mustafa deyib.
Deputat Fəzail Ağamalı “Ölkə.Az”a açıqlamasında deyib ki, Ermənistanın bu destruktiv hərəkəti Azərbaycana başqa alternativ buraxmır:
“Azərbaycan ordusu öz sözünü deməli və torpaqları güc yolu ilə azad etməlidir. Azərbaycan ordusu buna qadirdir və münasib zaman yetişən kimi hərbi əməliyyatlara başlamalıdır”.

Deputat Araz Əlizadə də “Ölkə.Az”a açıqlamasında deyib ki, Qarabağın işğaldan azad edilməsinin müharibədən başqa alternativi yoxdur: “Ermənistanın indiki rəhbəri Nikol Paşinyan sülh müqaviləsi imzalamağa belə hazır olsa və ya belə sənədə imza atsa, onu hansı acı aqibətin gözlədiyini yaxşı bilir. Ona görə də Qarabağ probleminin həllinin bir yolu var, o da hərb yoludur. Əgər Azərbaycan hərbi əməliyyatlara başlayıb torpaqları işğaldan azad etsə, beynəlxalq aləm ona bir söz deməyəcək. Çünki qalibi mühakimə etmirlər. Özü də ki, günümüzün beynəlxalq münasibətlər sistemində güc hər şeyi həll edir. Güclüsənsə haqlısan, hüquq sənin tərəfindədir”.

Deputat Elman Məmmədov isə “Ölkə.Az”a açıqlamasında deyib ki, erməniləri ədalətli sülhə vadar etmək üçün Azərbaycan öz hərbi qüdrətini nümayiş etdirməlidir.
“Azərbaycanın hərbi qüdrətini görən ermənilər özləri danışıqlar masasına oturmaq məcburiyyətində qalacaq”,- E.Məmmədov deyib.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO