Rusiya politoloqunun Serj Sarkisyanın 2000-ci ildə Britaniyalı jurnalistə verdiyi müsahibəsinin bu günki təhlili...
Siyaset
Oxunub: 2 204
24 apr 2015 | 10:39
24 aprel qondarma erməni soyqrımını tanıyan və bu bisavad erməni iddiasına uyub bunu dilə gətirən erməniprstlərdən fərli olaraq, Ermənistanın sahibi hesab edilən Rusiyanın politoloqu Aleksand Fomenkov öz təhkimçilərinə, yəni ermənilərə olduqca layiqli cavab verib. Həmin cavabı olduğu kimi tərcümə edib oxucuların nəzərinə çatdırmağı özümə borc bildim. Maraqlıdır, illərdir erməni ilə az qala bir yastığa baş qoyan rus belə, erməninin iyrənc əməllərinə artıq susa bilmir... Hesab edirəm ki, indiki mövcud şərtlərdə məhz rusun bu susqunluğu pozması bizim xeyrimizədir...

Aleksandr Fomenkov: “Hesab edirəm Xocalı soyqrımını törədənlər layiqli cavablarını almalıdır!”

Rusiya politoloqunun Serj Sarkisyanın 2000-ci ildə Britaniyalı jurnalistə verdiyi müsahibəsinin bu günki təhlili...

...Gəlin bir dəqiqəliyə belə olsa, 1915 ci ildə Osmanlı İmperiyası tərəfindən qondarma soyqrımı törətdiklərini və bu gün Türkiyə Respublikasının həmin hadisəyə görə cavabdehlik daşımasını iddia edənlərin qarayaxmasını düşünək.

İndi isə misal olaraq, belə bir analogiyaya fikir verək: Sizin qonşunuzun ailəsində dəhşətli bir faciə baş verib. Onun üç övladını öldürüblər. Qonşu öz saçlarını yolur, başımna haranın külünü tökməsini bilmir və intiqam almağa qalxır. Bir müddət sonra isə həmin onu qaranlıq bir dalana dirəyərək öldürür. Qatili yox, nə qatilin qızını, nə də onun oğlunu deyil. O məhz qatilin üçüncü nəsil qohumunun övladını öldürür. Daha sonra heç nə olmamış kimi davranaraq, yenə də həmin qatilin cəzalandırılmağını istəyir. Əslində isə qatilin kim olduğunun belə fərqində deyil.

Acı analogiyadır? Razıyam. Axı biz kukla teatrındakı kuklalar deyilik...

Sormaq olar ki, axı nə üçün mən bu cür analogiyanı misal gətirdim? Axı bu analogiyanın qondarma erməni soyqrımına nə adiyyatı var? Birbaşa əlaqəsi var!!! 1915-ci ildən bu yana Türkiyədən köçürülən ermənilər bütün türk milliyyətinə bəslədiyi nifrəti 1992-ci il 25-dən 26-fevrala keçən gecə erməni silahlıları başda Ermənistanın indiki prezidenti Sej Sarkisyan olmaqla dinc əhaliyə sözün əsl mənasında divan tutub. Erməni işğalçıları sözün əsl mənasında Qarabağ separatistlərindən ibarət suilahlı dəstə yaratdı. Xocalı yaxınlığında 613 nəfər Azərbaycanın dinc əhalisi qətlə yetirildi. Qətlə yetirilənlərdən 63 uşaq, 106 qadın, 70 nəfər yaşlı idi. Nəticədə bu qanlı qətliamda 8 ailə tamamilə məhv edilmişdi, 25 uşaq hər iki valideynlərini, 130 uşaq bir valideynini itirmişdi. 487 nəfər yaralanmışdı. Onlardan 76 nəfəri uşaq idi. 1275 nəfər əsir götürülmüşdü. Onlardan çoxu qadın, uşaq və qoca idi. 150 nəfər insanın taleyi bu günə qədər heç kəsə məlum deyil. Onların isə 86 nəfəri qadın, 26 nəfəri uşaq idi.

Bu gün ermənilər Xocalı soyqrımı ilə əlaqələrinin belə olmalarını gizlədirlər.

Bəli, bəli! İndi söhbət məhz azərbaycanlıların soyqrımından gedir.

Təəsüf ki, mən internetdən bu qətli sübüt edəcək sənədlərin linklərini tapa bilmədim. Lakin mən hüquqi və beynəlxalq hüququn da bundan xəbərdar olmasına dayanıram. Bu günlərdə Rusiya telekanallarının birində Ukraynanın Şərqində ukrayna xalqının Ukrayna hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə qətlə yetirilməsi ilə bağlı Rusiyanın əməkdar hüquqşünası, Dövlət Dumasının deputatı Vladimir Volfoviç Jirnovskiy möhtəşəm hüquqşünas kimi xalqlararası hüquq normlarından bəhs edirdi. O bildirmişdi ki, 30 adamın qətlə yetirilməsi artıq soyqrımdır. Xocalı soyqrımı zamanı isə yuxarıda qeyd edildiyi kimi 613 nəfər insan qətlə yetirilmişdi.

Bu gün ermənilər həmin qanlı faciəni törətdiklərini danırlar.

Dinləyin, cənablar! Mən həm ixtisasca filoloqam. Eşitdiyim bu və ya başqa adam tərəfindən sözlər mənim üçün boş yerə səslənmiş sözlər deyil. Deyilmiş sözlər hadisəyə və ya məsləyə real münasibətin göstəricisidir. Ona görə də, Serj Sərkisyanın britaniyalı jurnalist Tomas de Vaaluya 15 dekabr 2000-ci ildə dediyi təhlil etmək üçün mənə yalanı müəyyən etmək üçün detektor lazım deyil. http://carnegieendowment.org/files/DeVaalinterview_r.pdf . Bunun üçün sadəcə Sarkisyanın dediyi bir neçə kəlmənin təhlilini vermək yetərlidir. Adətən bir çox müəlliflər Sarkisyanın həmin müashibəısindən daha az ifadəni misal gətirirlər. Mən isə bu ifadələrin sayını bir qədər artırardım. Hesab edirəm ki, oxucu məhz həmin cümlələrə diqqət yetirməlidir.

Rusiya politoloqunun Serj Sarkisyanın 2000-ci ildə Britaniyalı jurnalistə verdiyi müsahibəsinin bu günki təhlili...

“Jurnalistin sualı: Əgər biz ermənilərin professionalığından danışırıqsa, mən də sizdən Xocalı haqqında sormaq istərdim. Çünki bu gün heç kəs inkar etmir ki, Xocalıdan qaçan zaman çox sayda azərbaycanlı qətlə yetirilib. Və həmin qətliamı törədənlər də, Əsgərandan məlum olmayan separatçı Qarabağ silahlıları olub. Sizcə bu nə məsələdir? Sizcə bunu sadəcə qəzəblənmiş xalq edib, ya professional qarabağlı separatçılar? Daha sonra isə bunun ümumiyyətlə olmadığını etiraf da etmisiz? Niyə?

Cavab: Bilirsiz, bu cür məsələləri ucadan səsləndirmirlər. Mümkün olanı demək gərəkir. Mən də, elə edəcəm. əlində o dövrdə Azərbaycanda olan eks prezident bir dəfə bildirmişdi ki, onları edənlər ermənilər olmayıb, elə azərbaycanlıların özləri olub. Lakin deyim ki, burada həqiqət tamamilə başqadır. Amma sizə deyim ki, həmin vaxtlar Xocalı qarabağı çox narahat edirdi. Çünki orada aeraport yerləşirdi və həmin aeraport Ermənistanın yeganə hava xətti ilə nəqliyyat xəttini birləşdirirdi. Xocalıda o zaman çoxlu OMON-çu var idi. O zaman çox adamı həbs etmişdilər. Bundan başqa Xankəndi yaxınlığında olmasından dolayı tez-tez oranı atəşə tuturdular. Lakin hesab edirəm ki, reallıq tamam başqadır. Xocalıya qədər azərbaycanlılar sadəcə bizim onlarla zarafat etdiyimizi düşünürdülər. Hesab edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bütün bu illuziyaları məhv etmək lazım idi. Belə də oldu. Onu da qeyd etməliyəm ki, bu qətli törədənlər arasında Sumqayıtdan və Bakıdan qaçan ermənilər də var idi. Lakin hesab edirəm ki, olduqca çox şişirtmə var burada. Azərbaycan sadəcə Sumqayıt hadisələri ilə bərabər tuta biləcəyi məqam axtarırdı. Lakin onları heç müqayisə belə etmək olmaz. Bəli Xocalıda dinc əhali var idi. Lakin dinc əhali ilə bərabər həm də əsgərlər var idi. Mərmi atılanda o dinc əhali ilə əsgəri aid etmir. Mərminin gözləri yoxdur. Əgər dinc əhali orda idi. Qeyd edim ki, onların evaukasiyası üçün dəhliz də, var idi. Yox əgər getmirsə, o zaman demək onlar da, hərbi əməliyyatda iştirak edir... Dəhliz onları atəşə tutmaq üçün nəzərdə tutulmamışdı. Atəşə tutsaydıq elə birbaşa Xocalıda vurardıq, daha Ağdam yaxınlığında deyil.

Jurnalist: Mənə elə gəlirki, siz dəhlizi sadəcə...

Cavab: Bu Xocalıdan sonra idi. Çünki bizim müharibəmiz başqa müharibələrdən fərqlənirdi. Bizdə elə alınırdı ki, sanki biz etnik təmizləmə aparırıq. Çünki bunun ayrı yolu yoxdur. Çünki bu metodu biz düşünməmişdik. Onlar Şuşanın polisləri tərəfindən bizim adamları rayondan çıxarırdılar. Hər şey də bundan sonra başladı.

Britaniyalının ilk sualına cavab verən Serj Sarksiyan Xocalı soyqrımına gizlin məqamların olduğunu d. 2000-ci ildə hələ Sarkisyan o qədər də yetişmiş bir siyasətçi deyildi. Gördüyünüz kimi əvvəlcə o Xocalıda baş verənləri elə xocalıların üstünə yıxmaq istəyir. lakin öz komandanlığı ilə törətdiyi hərbi əməliyyatdan dolayı öyünmək istəyi buna imkan vermir. Ona görə də, o Xocalıda dinc əhalinin öldürülməsi məsələsində etiraf edir ki, “Xocalıya qədər azərbaycanlılar sadəcə bizim onlarla zarafat etdiyimizi düşünürdülər. Hesab edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bütün bu illuziyaları məhv etmək lazım idi. Belə də oldu.”
Və sairə...İndi isə ən əsası...

Sarkisyan deyir: “Bütün bu illuziyaları məhv etmək lazım idi”

Siz anlayırsızmı bunun nə demək olduğunu???

Serj Sarkisyan nəhayətki danışdı. O faktiki olaraq etiraf etdi ki, Xocalıdakı dinc əhaliyə divan tutulması birbaşa onun və Qarabağ separatistləri tərəfindən planlı şəkildə icra olunub.

Daha sonra Sarkisyan yöndəmsizcə öz sözlərini və etirafını geri çevirmək istədi ona görə də belə dedi: “Belə alındı”. Sanki qadınların, qocaların, uşaqların qətliamı adi bir təsadüf idi. Lakin daha sonra özü yenə də etiraf edir ki, qətli törədənlər arasında kimlərin olduğunu şəxsən bilib: “Onu da qeyd etməliyəm ki, bu qətli törədənlər arasında Sumqayıtdan və Bakıdan qaçan ermənilər də, var idi”.

Burada Serj Sarkisyana xatırlatmaq gərəkir ki, Sumqayıt hadisələri zamanı 1988-ci ilin fevralında 26 erməni və 6 azərbaycanlı həlak olub. 100-dən çox adam yaralanmışdı. (Soqyrım isə bir az əvvəl V.V.Jirnovskinin bizi beynəlxalq hüquq normaları ilə tanış edərkən birldirdiyi kimi desək, 30 dan çox adamın qətlidir). Sumqayıt hadisələrində ermənilərin də öldürülməsinə görə, 80-dən yuixarı insan həbs edilib. Onlardan hətta biri, Əhməd Əhmədov ömürlük həbs cəzası ilə məhkum olunub.

Lakin Xocalı hadisələrinə görə, heç kəs cəzalandırılmayıb!

Niyə?

Sual ritorik olsa da, yenə də...

Beləliklə o qənaətə gəldik ki, Serj Sarkisyan Dağlıq Qarabağda etnik təmizləmə apardığını etiraf etdi. (S.S.: Çünki bizim müharibəmiz başqa müharibələrdən fərqlənirdi. Bizdə elə alınırdı ki, sanki biz etnik təmizləmə aparırıq. Çünki bunun ayrı yolu yoxdur), ona görə də, Xocalı soyqrımı azərbaycanlılarınbilərəkdən məqsədyönlü şəkildə qətlinə və etnik təmizlənməsinə hesablanmışdı. Anlaşıldı ki, Serj Sakisyan Xocalı soyqrımında birbaşa əli olan şəxslərdəndir və birbaşa Qarabağ separatistlərinin başında duranlardandır. Əks halda o hardan bilir ki, o qatillərin arasında Sumqayıt və Bakıdan qaçan ermənilər vardı?

Burada yalnız ən axmaq və sadəlövh insan Serj Sarkisyanın öz soyadını dəyişərək Ermənistanın prezidenti olduğuna şübhə ilə yanaşar. Görünür, ermənilər kimi prezident seçdiklərinin heç fərqində belə deyillər. Bütün qətliamı separatçıların törətdiyini dediyimiz halda, qeyd etməliyik ki, hələ o zaman da, indi də, Ermənistan dövləti Serj Sarkisyanın törətdiyi əməlləri təqdirəlayiq hal hesab edir. Olduqca sadəlövcə alınardı əgər ehtimal edilsə ki, erməni xalqı da bu qaniçənlikdən bixəbər olub. əks halda Sej Sarkisyan kimi prezident dili ilə bütün dünya ictimaiyyətindən 1915-ci il qondarma erməni soyqrımının tanınmağını istəməzdi. Bundan əlavə Türkiyə Respublikasının ərazisinə belə iddia etməzdi...

Ermənistan anlamır ki, Xocalı soyqrımından sonra onlar nəyəsə iddia etmək hüququndan məhrumdurlar. O cümlədən 1915-cidə ermənilərin köçürülməsinə görə!
Ermənistan bu cür ixtiyar sahibi deyil.

Onların bu cür şansı yoxdur!!!

Bundan əlavə, dinc əhalinin ölümünə görə günahkarların cəzalandırılmasını tələb etmək lazımdır. Azərbaycanlılar Sumqayıtda münaqişə zəmnində öldürülən ermənilıərə görə bir çox insanı bu gün də cəzalandırdığı kimi. Hesab edirəm Xocalı soyqrımını törədənlər layiqli cavablarını almalıdır!
Bunu mütləq etmək lazımdır!

Əks halda insaniyyətin mövcud olduğu mərhələ arasında bir uçurum yaranacaq. (Nə zamana qədər ki, qatillər yaşayır.)
Lakin burada siyasi dividentlər məsələsi də var. (Bura əlbəttə ki, ərazi və maddi təzminat daxildir) lakin qeyd etməliyəm ki, öz nəslinin qanı üzərində ən alçaq insan qazanc əldə etməyi düşünə bilər.

İndi sizə aydındırmı, məqalənin əvvəlindəki misal gətirdiyim analogiya?







Ülkər Musazadə
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi