Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir – səbəblər
Siyaset
Oxunub: 402
14 fev 2019 | 17:18
Vəzifəsini itirənlər sağlamlıqlarını da itirir – səbəblər
















Mütəxəssislər uzun illər vəzifədə olan şəxslərin işdən azad edildikdən sonra keçirdikləri sarsıntıların səbəblərini izah edir

Vəzifəsini itirən məmurların xəstələnməsi, yatağa düşməsi Azərbaycanda tez-tez rast gəlinən haldı. İşdən çıxarılan nazirlərin, başqa yüksək rütbəli məmurların müalicə üçün xarici ölkələrə, ya da elə yerli xəstəxanalara müraciət etməsi halları geniş yayılıb. İlkin rəylər belədir ki, bu, bir çox hallarda psixoloji gərginliyin nəticəsidir. Gərginlik bir çox xəstəlik ocaqlarını tətikləyir və nəticədə uzun illər gərgin şəraitdə çalışan məmurun sağlamlığında daha öncə özünü göstərən problemlər birdən-birə partlayış kimi üzə çıxır. Bunun səbəbi nədir? Niyə vəzifəsini itirən məmurlar az sonra sağlamlıqlarını da itirir?

Məsələn, 20 ilə yaxın Bakı Dövlət Universitetinin (BDU) rektoru postunu tutmuş Abel Məhərrəmov vəzifədən çıxarılandan 2 ay sonra xəstəxanaya aparılıb. Məlumata görə, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Hazırda sağlıq durumunda problem olmadığı deyilir.

Abel Məhərrəmovdan əvvəl isə uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postunu tutmuş Əli Həsənovun səhhətində problem yaranıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzində müayinə zamanı Əli Həsənovun böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.

Sabiq vergilər naziri Fazil Məmmədov da hazırda xəstəxanadadır. O da bir çox xəstəlikdən əziyyət çəkir.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu deyir ki, ümumilikdə hər kəs xəstələnə bilər: “Vəzifəni itirmək, vəzifədə olduğu müddətdə qazandıqlarının hamısını itirmək qorxusu, psixoloji sarsıntıya səbəb olur. Bir çox hallarda yaxın tanışlar adama salam vermir, əvvəlki hökm olmur. İnsan uzun müddət vərdiş etdiyi mühiti itirir. Psixologiyada geniş yayılıb ki, insanlar vəzifələrini tez-tez dəyişməlidirlər, çünki bir vəzifəyə vərdiş edəndə ətrafındakılara baxışı, özü haqda fikirləri fərqli olur. Bu məsələlər elmdə kifayət qədər işlənib”.

Əhməd Qəşəmoğlu deyir ki, bir insan böyük alimdirsə, vəzifədən çıxarılandan sonra gedir öz işi ilə məşğul olur: “Əksərən belə insanların səhhətlərində vəzifədən çıxarılandan sonra ağırlaşma hiss edilmir”.

Tanınmış sosioloq özünün vəzifədən çıxarılmasını da xatırlayıb: “O dövrdə Milli Məclis yanında ”Humanitar Tədqiqatlar və Proqnozaşdırma Mərkəzi”nin rəhbəri idim. Oranı ləğv etdilər. O dövrdə qohumlarım, dostlarım dilxor olmuşdu ki, niyə belə oldu. Mən isə sevinirdim, heç vecimə də deyildi. Gedib elmlə, yaradıcılıqla məşğul oldum, kifayət qədər uğurlarım oldu. Bu gün də sevinirəm ki, o işdən canım qurtardı. Saleh Məmmədov maliyyə naziri vəzifəsində idi, çıxardılar. Onun heç vecinə olmadı, getdi yaradıcılıqla, elmlə məşğul oldu. Belə misallar da var. O insan ki, həyatının mənasını vəzifədə, vəzifəni əldə saxlamaqda, əldə etdiyi səlahiyyətlərdə, imkanda görür, onlar psixoloji olaraq barışa bilmirlər. Onlarda stress yaradır. Sovet dövründə Rəsul Rza kino naziri, Səməd Vurğun vəzifə sahibi olublar, amma işdən çıxarılanda heç bir sağlıq problemləri olmurdu. Çünki şair idilər, cəmiyyətdə tanınırdılar. Yəni bütün problemin kökü insanın öz həyatının mənasını nədə görməsində, nələrə üstünlük verməsində, hansı dəyərlərin onun üçün mühüm olmasındadır”.

Psixoloq Fərqanə Mehmanqızı deyir ki, istər vəzifəli, istər vəzifəsi olmayan şəxs vərdişlərini dəyişirsə, həyat tərzini dəyişdiyi zaman müxtəlif stresslər yaşayır.

Psixoloq vəzifədən çıxarılan şəxslərə mətbuatda yazılanların da təsirsiz ötüşmədiyi qənaətindədir: “Media, ictimai rəy kimi istəsə rəzil də edə bilər, vəzir də. Təbii ki, vəzifədən çıxarılmış şəxslər barələrində nə danışılmasını, qəzetlərdə haqlarında nələrin yazılmasını diqqətlə izləyirlər. Belə şəxslər haqda neqativ danışılır, yazılır, ən pis ssenarilər qeyd olunur. Bu da həmin şəxslərin sağlığına təsirsiz ötüşmür, gizli qalan xəstəliklərinin də üzə çıxmasına yol aça bilir”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı