“Bu gün şəxsi maraqları naminə milli maraqlarımızı satmağa hazır olanlar var” — -Deputat
Siyaset
Oxunub: 503
13 fev 2019 | 16:30
“Bu gün şəxsi maraqları naminə milli maraqlarımızı satmağa hazır olanlar var” — -Deputat















“Bu gün dünyada böyük güclər öz məqsədlərinə çatmaq üçün hərbi gücdən daha çox informasiya müharibəsinə üstünlük verirlər. Bu qüvvələr istədiyi ölkə, siyasi qüvvəyə qarşı informasiya təbliğatı başlatmaqla niyyətlərinə çatmaq üçün şərait formalaşdırmağa çalışırlar. Həmin güclər informasiya müharibəsində medianın gücündən istifadə edirlər. Bu qüvvələr Azərbaycandakı medianın və bəzi şəxslərdən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını həyata keçirilər”.
Bunu açıqlamasında deputat Rüstəm Xəlilov Azərbaycan prezidenti İlham Əliyevin “Real”TV”yə müsahibəsində ölkəmizə qarşı informasiya müharibəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu gün şəxsi maraqları naminə Azərbaycanın milli maraqlarını istənilən qüvvələrə satmağa hazır olanlar var:
”Əfsuslar olsun bu qüvvələr və şəxslər üçün milli, dövlət maraqları anlayışı yoxdur. Elə DTX-nın bu günlərdə həyata keçirdiyi əməliyyat zamanı Azərbaycan haqqında xarici ölkəyə informasiya satan şəxs yaxalanıb. Necə deyərlər, xarici qüvvələr sapı özündən olan baltalardan istifadə etməklə dövlətmizə, dövlətçiliyimizə, milli maraqlarmıza zərbə vururlar. Həmin qüvvələr bunların səsləndirdiyi fikirlərə istinadən edərək ölkəmizə qarşı informasiya müharibəsini həyata keçrirək əsassız ittihamlar səsləndirib, Azərbaycanı dünyada gözdən salmağa cəhd edirlər. Mən bunu sapı özümüzdən olan baltalrın dəstəyi ilə ölkəmizə qarşı həyata keçirilən mənəvi terror hesab edirəm”.

O, əlavə edib ki, bu insanların mənəvi əxlaqi dəyərləri deqradasiyaya uğrayıb.

“Əgər hakimiyyətə müxalifsənsə, o zaman mübarizəni sivil qaydada, qanunlar çərçivəsində apar. Və sivil formada mübarizə aparmaq üçün şərait mövcuddur.Bu gün Azərbaycan söz və fikir azadlığı, plüralizm mövcuddur. Amma milli-mənəvi dəyərlərdən uzaq, qeyri-sivil metodlarla, insanları təhqir etməklə mübarizə aparmaq insanlığa sığan bir mübarizə metodu deyil”, - deyə deputat bildirib.
R.Xəlilov onu da bildirib ki, bu söyüş, təhqir kampaniyasını həyata keçirənlər və onun arxasında dayanan müxalif qüvvələr bir özlərinin fəaliyyətinə nəzərə salsınlar:

“Özlərinin fəaliyyətsizliyi, bacarıqsızlığı nəticəsində 25 ildən artıqdır ki, müxalifətdədirlər. Bir öz fəaliyyətinizə baxıb dəyərləndirin, sonra başqası haqqında fikir səsləndirin. Əslində bu gün bu qüvvələrin mənəvi-əxlaqi dəyərlərdən uzaq həyata keçridiyi fəaliyyət nəticə olaraq özlərinə qarşı çevrilir. Xalq onların bu niyyətlərinin arxasında nə dayandığını yaxşı anlayır. Xalq onların ölkədəki sabitliyi pozun, “bulanıq suda balıq tutmaq” niyyətini yaxşı bildiyindən onlara dəstək vermir. Elə ötən həftə Sabirabadda seçicilərlə görüşümdə də seçicilər məndən bu qüvvələrı qınadıqlarını, onların anti-milli qüvvələr olduğunu geniş ictimaiyyət kütləsinə çatdırılmasını xahiş edibər. Seçicilər bir daha ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyini və onun yürütdüyü siyasəti dəstəklədiyni bildiriblər. Xalq ölkə başçısının son günlərdə həyata keçirdiyi sosial islahatları dəstəklədiyini bəyan ediblər”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı