İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe - Putinin “dirijor çubuğu” ilə...
Siyaset
Oxunub: 460
13 fev 2019 | 18:18
İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe - Putinin “dirijor çubuğu” ilə...














Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 27-nə İrana nəzərdə tutulan ilk rəsmi səfərinə hazırlıq gedir. “Hazırlıq” deyəndə ki, əslində bu, daha çox hər iki tərəf üçün sırf siyasi mesaj anlamı daşıyır və dünyaya, dost-rəqiblərə ismarış niyyəti güdür. İran bununla bölgədə təklənmədiyini və regional güc olaraq, qəbul edildiyini göstərmək, işğalçı ölkə də bölgədə tək olmadığını və İran kimi iri müsəlman dövlətinin himayəsində olduğunu nümayiş etdirmək istəyir.

Paşinyanın səfərinin bu xüsusda ilk növbədə ABŞ-da məmnunluq yaratmayacağı haqda yazmışıq. Hərçənd Rusiyanın satelliti olan bir ölkənin rəhbərinin Tehranda hansısa önəmli və ikitərəfli əhəmiyyət kəsb edən sənədi imzalaması gözlənilmir. Bu səfər həmçinin Ermənistanın İrana vəfa borcunu nümayiş etdirən, bir az da Qərbdən pul qoparmaq üçün şantaj niyyəti güdən bir ziyarət olacaq...

*****

Bu arada Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan silahlı qüvvələrinin Suriyadakı hərbi əməliyyatlarda iştirakını istisna etmədiyini söyləyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, İrəvanda yunan Kiprinin müdafiə naziri Savvas Angelidislə dünən keçirdiyi mətbuat konfransında bəyan edib.

“Suriyanın indiki de-fakto hakimiyyətindən erməni humanitar missiyasının Suriyaya göndərilməsi haqda yazılı müraciət daxil olub. Humanitar missiya qanun əsasında həyata keçirilir. Əlavə onu bildirim ki, əgər Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti də yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək. Düşünürəm ki, belə bir qərarın qəbulu üçün Ermənistandakı parlamentdən kənar qüvvələrlə də işləyəcəyik”, - deyə erməni müdafiə naziri bildirib.

Aydındır ki, Ermənistan hərbçiləri Suriyada yalnız Rusiya komandanlığı altında hərbi əməliyyatlara qatıla bilərlər. O da məlumdur ki, Bəşər Əsəd rejiminin əsas müdafiəçiləri Rusiya və İran, əsas əleyhdarları isə Türkiyə, ABŞ-dır.

Məsələ də ondadır ki, Paşinyan hökumətindəki əsas güc naziri sayılan David Tonoyanın bu açıqlaması, şübhəsiz, Moskvaya növbəti xoşməramlı və mütilik jesti, rəsmi Vaşinqtonu isə əsəbiləşdirəcək bir mövqedir. Maraqlıdır ki, Tonoyon bu bəyanatı təzəcə başa çatan Rusiya səfərindən bir neçə gün sonra verib. Həmin səfər zamanı ona Moskvada SU-30SM qırıcılarının maketi təqdim edilmiş, o da həmin maketi əlində tutaraq, sevincək poza vermişdi.

Bildirək ki, Rusiya Ermənistana aşağı faizli kredit çərçivəsində və daxili bazar qiymətinə 2020-ci ildə bu qırıcıdan bir neçəsini verməyi planlaşdırır. Lakin o vaxta kimi Kreml Paşinyan hökumətinin sədaqətinə əmin olmalıdır. Sədaqət andları isə, göründüyü kimi, artıq əməli şəkildə reallaşmağa başlayıb.

*****

Təsadüfi deyil ki, müdafiə naziri David Tonoyanın Moskvadan qayıtdıqdan sonra verdiyi yuxarıdakı açıqlama əsasən qərbyönlülərdən ibarət olan yeni parlamentdəki çoxluq tərəfindən narazılıqla qarşılanıb. Belə ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan dünən deyib ki, “Ermənistan hökuməti qoşunların təmas xəttindəki Silahlı Qüvvələrin döyüş qabiliyyətini gücləndirmək yerinə, Suriyaya hərbi missiya göndərir”. Komitə sədrinin sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətdən sonra İrəvan Azərbaycandan verilən bütün açıqlamaları ciddiyə almalıdır.

Xatirladaq ki, keçən həftə Nikol Paşinyan Bəşər Əsəd hakimiyyətinə dəstək qrupu göndərmişdi. Məlumata görə, minalardan təmizləmə, həkimlər və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət, ümumi sayı 83 nəfər olan qrup Suriyanın Hələb şəhərinə çatıb. Bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən xəbər verib. Ermənistan mütəxəssislərinin bu ölkədə yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçirilir.

Bundan az öncə isə məlum olmuşdu ki, Nikol Paşinyan hökumətinin 5 illik proqramında ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələrin dərinləşməsi yer alıb. “Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan-Rusiya münasibətləri dostluq, bərabərlik problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm amil hesab edir” - sənəddə bildirilir. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta bu qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanır.

*****

Putinin vassalı Bəşər Əsədə İrəvandan bu kimi kömək və dəstək bəyanatları, hərbi əməliyyatlarda Əsəd qüvvələri tərəfdə iştirakla bağlı Tonoyanın vədi, habelə açıqlanan 5 illik proqram ondan xəbər verir ki, Ermənistanın yeni rəhbərliyinin də ölkəni Rusiyanın qucağından düşürmək niyyəti yoxdur və Nikolun Qərbə inteqrasiya haqda bəyanatları gerçəkdən, nağıldan başqa bir şey deyil. Bir qədər də dəqiqləşdirsək, belə demək olar ki, prezident Vladimir Putin ABŞ-ın “dirijor çubuğu” ilə hakimiyyətə gələn Nikol Paşinyanı, faktiki, ram etməkdə və onu öz “dirijor çubuğu” altında oynatmaqdadır. Odur ki, Qərb də öz işini bilməlidir.

Təbii ki, erməni tərəfinin Rusiya reveransları ən əvvəl Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalını davam etdirmək istəyindən dolayı yaşanan narahatlıqla bağlıdır. Qarabağ konfliktinin ədalətli həllini arzulayan bir qüvvə Rusiyaya sığınmaz. O ki qaldı D.Tonoyanın “Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək” sözlərinə, burada beynəlxalq hüquqa “sayğılı” erməni rəsmilərinə bir-iki sual ünvanlamaq qalır: Ermənistanın silahlı qüvvələri hansı qanuni əsasla 30 ildir yad bir ölkənin ərazisində - Azərbaycanda mövcuddur? Bu icazəni ona kim verib, yoxsa Ermənistan özünü “qanuni işğalçı” hesab edir? Hərçənd bir işğalçının - Ermənistanın başqa bir işğalçıya - Gürcüstan və Ukrayna torpaqlarını zəbt eləmiş Rusiyaya dəstəyi və qul sədaqəti təəccüblü deyil...
“Yeni Müsavat”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı