Söyün Sadıqovun qəfil həbsi: Abbas Abbasovla münaqişə onu bitirdi
Siyaset
Oxunub: 452
13 fev 2019 | 12:20
Söyün Sadıqovun qəfil həbsi: Abbas Abbasovla münaqişə onu bitirdi
















“AzerRos”un keçmiş sədri reketlikdə suçlanır; xəbərlərə görə, uzun müddətdir Abbas Abbasovla münaqişə sonda onu həbsə aparıb

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərin birində hadisə zamanı saxlanılıb.

“Yeni Müsavat” bildirir ki, Sadıqov Söyün Qasım oğlu 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın “Qlavmosremont” tikinti şirkətində çalışıb. 1986-cı ildən “Mosrekonstruksiya” şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.



1994-cü ildə fəxri memar adına layiq görülüb. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib. 2012 -2018-ci illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Haqqındakı Vikipediya məlumatlarına görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.

SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.

Bildirək ki, Söyün Sadıqov iki dəfə ailə qurub. Birinci həyat yoldaşından bir oğlu var. İkinci dəfə öz xalası qızı ilə ailə quran Söyün Sadıqovun bu evlilikdən bir oğlu və iki qızı dünyaya gəlib.

O, 2012-ci Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) təsisçilərindən biri olub. Rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeyi ilə seçilib. O, son illər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla münaqişədə olub. Əvvəl sabiq vitse-primyerin “AzerRos” sədrliyindən, sonra isə Ağsaqqallar Şurasının sədrliyindən getməsi üçün hər şey edib. O, müsahibələrində “Rusiyada Abbas Abbasovun nüfuzu qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi” kimi açıqlamalar verib. Moskvadakı mənbələr iddia edir ki, S.Sadıqovun qəfil həbsində Abbas Abbasovun “əli olduğu” güman edilir. “Abbas Abbasov nüfuzundan istifadə edərək, onu həbs etdirə bilib”, – deyə mənbə “Yeni Müsavat” a bildirib.

Son olaraq, Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoyulmasına sərt şəkildə etirazını bildirmişdi. Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verərək onları “Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam” sözləri ilə hədələmişdi.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı