Atadan və qaynatadan yarıyan Cuma… Əhmədzadə “Canik” kimi milyonları Londona necə daşıyıb?
Siyaset
Oxunub: 503
12 fev 2019 | 20:22
Atadan və qaynatadan yarıyan Cuma… Əhmədzadə “Canik” kimi milyonları Londona necə daşıyıb?















Hər şeyin üstü yavaş-yavaş açılır. Məlum olur ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə illərlə dövlətin ayırdığı pullar sədr Əhməd Əhmədzadənin Britaniyada biznes qurmasına xərclənib. Dövlətin təftiş və araşdırması üçün faktlardır, istintaqa zəmindir.

Cahan.info-nun verdiyi xəbərə görə, kimsə bu xalqı aldada bilməz, kimsə inandıra bilməz ki, Əhmədzadənin oğlu Cuma Əhmədzadə xüsusi istedada malik biznesmendir, alnının təri ilə İngiltərədə özünə iş qurub.

Bu nağıllar çoxdan köhnəlib, təzəsini danışın. Xalq yaxşı bilir ki, heç bir qeyri-adi biznes qabiliyyəti olmayan, fərqli ideyalarla öz zəhməti hesabına qabağa getməyən məmur uşaqlarından biri də Əhmədzadənin oğludur.

Nə işdirsə, həmişə ən yaxşı biznesi qurmağı bu məmur uşaqları bacarır, başqaları beyinsizdir, savadsızdır, əllərindən bir iş gəlmir, təkcə bunlarınkı dahidirlər.

Əlbəttə, xalqdan, dövlətdən, büdcədən oğurlanmış pullar, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin görəcəyi işlərə ayrılan vəsaitlərdir Əhmədzadənin oğlu Cuma bəyin cibində, İngiltərədə bizim pullar hesabına kef çəkməkdədir.

Əgər Cuma hansısa kənddə birinin oğlu olsaydı, indi Britaniyada biznes qura bilməzdi. Çünki onun buna nə imkanı, nə istedadı çatardı.

Sadəcə, bioloji cəhətdən bəxti gətirib ki, əli korrupsiyaya bulaşmış, ölkənin meliorasiya təsərrüfatını talan etmiş Əhməd Əhmədzadənin övladıdır. Vəssalam.

Hə, ikinci bəxti ondan gətirib ki, ölkənin bir nömrəli bankiri, manatın qətlinə fərman verənlərdən olan, Azərbaycanın maliyyə-valyuta sisteminin “anasını ağladan”, adı uzun müddət Suriyanın bir şirkəti ilə Avstriyadakı rüşvətlə bağlı məhkəmə skandalında hallanan Mərkəzi Bank sədri Elman Rüstəmovun kürəkənidir.

Bu qədər, ata və qaynata sarıdan yarıyan Cuma əfəndi dövlətin milyonlarını Londona daşıyıb, həbsdəki bankir Cahangir Hacıyev kimi özünə şirkətlər qurub.

Cahan.info xatırladır ki, həmin sənədləri və faktları təqdim etməzdən əvvəl sadəcə adi bir sual yaranır və bu məqaləni oxuyan Əhmədzadənin işçiləri, E.Rüstəmovun əməkdaşları da pıçıltı ilə də olsa bir-birinə yəqin ki sual edəcəklər - bu milyonlar hardandır, kimin hesabınadır, hardan əldə edilib?!

Görəsən Əhmədzadənin və Rüstəmovun 500-800 manat arası maaşa işləyən işçiləri nə düşünürlər? Doğrudanmı Cuma onlardan istedadlı, bacarıqlı, fərasətlidir?

Bu barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb. Araşdırmaya görə, 2015-ci il devalvasiyasından sonra kredit bataqlığında çabalayan Azərbaycan əhalisindən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb.

Daha dəqiqi, o və qudası Əhməd Əhmədzadə övladları vasitəsi ilə xaricdəki biznes imperiyasının sərhədlərini genişləndiriblər. Bu imperiyanın sərhədləri isə Londondan başlayıb Çexiyada bitir. Hətta iş o yerə çatıb ki, qudalar Çexiya Müdafiə Nazirliyinin balansındakı əmlakı da alıblar.

Jurnalistin araşdırmasına görə, Əhməd Əhmədzadənin oğlu və onun həyat yoldaşı olan Elman Rüstəmovun qızı Günel Rüstəmova uzun müddətdir ki, Londonda yaşayırlar. İddia olunur ki, onlar Avropadakı böyük sərvətə Azərbaycandakı korrupsiya hesabına sahibləniblər.

Məlumata görə, onların Britaniyada sahib olduqları “Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).

2010-cu ilin 26 oktyabr tarixinə qədər “Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib.

2010-cu ildən bəri “Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub.

Yayılan sənədlərə görə, 2013-cü ilin sonlarında Ə. Əhmədzadənin oğlu və E. Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.

2014-cü ilin may ayının 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə məxsus binanın alınması barədə müqavilə bağlayıb. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Luboşem Hajdukem imzalayır.

Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı C. Əhmədzadəyə satır. C. Əhmədzadənin Lipno ilə bağlı layihəsi nə az, nə çox – düz 150 milyon çex kronu, yəni təxminən 7 milyon dollar təşkil edir.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi