Ülkər Musazadə: “Əgər üçüncü tərəflər sülhə əsaslanan gələcəyə töhvə vermək iqtidarında olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmış olardı...”
Siyaset
Oxunub: 3 201
22 apr 2015 | 11:57
Ülkər Musazadə: “Əgər üçüncü tərəflər sülhə əsaslanan gələcəyə töhvə vermək iqtidarında olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmış olardı...” “Türkiyənin Baş naziri Əhməd Davudoğlu uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı yazılı açıqlamasında 1915-ci ildə köçürmə zamanı ölən Osmanlı ermənilərini hörmətlə anıb, onların övladları və nəvələrinin acısını bölüşdüyünü bildirərək başsağlığı verib”. Bunu Azərinfo.az-a açıqlamasında Beynəlxalq Media və Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi yazar Ülkər Musazadə deyib. Onun sözlərinə görə, bu gün hər kəs Davutoğlunun nitqini qondarma erməni soyqrımı ilə bağlı deyil, köçürmə zamanı ölən düşmən belə olsa onun xatirəsini anmaq türkə yaraşar nöqteyi nəzərindən qiymətləndirməlidir: "Davutoğlunun nitqində düşmən ermənilərin xeyrinə bir kəlmə belə işlədilməyib və bu nitq siyasi əhəmiyyətli bir nitqdir. Əsl türk düşmənin ölüsünü də, sayqı ilə anırsa, Avropa İttifaqının verdiyi qərar kimi bir türk “soyqrımı” törədə bilərmi? Bu nitq əslində “qondarma soyqrım”ı tanıyan hər bir dövlətin verdiyi qərarı ifşa edir. Artıq bildiyimiz kimi dünya ölkələrinin çox hissəsi 24 aprel tarixində Çanaq-Qala Zəfərinin 100 illiyi ilə bağlı Türkiyədə olacaqlarını təsdiqləyiblər. Bu nitqin digər siyasi anlamı da, məhz həmin gün Avropa ölkələrinin liderlərinin Türkiyəyə səfərini sığortalamaq anlamı daşıyır. Lakin daha sonra sayın Davudoğlunun səsləndirdiyi “Bütün üçüncü tərəflərə də tarixi yaraları deşmək yerinə, ortaq sülhə əsaslanan gələcəyə töhfə verməyə çağırırıq”-kimi fikri ilə razı deyiləm. Əslində bu fikrin formal xarakter daşıdığının hər kəs fərqindədir. Əgər üçüncü tərəflər sülhə əsaslanan gələcəyə töhvə vermək iqtidarında olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmış olardı. Əgər üçüncü tərəflər sülhə əsaslanan gələcəyə töhvə vermək iqtidarında olsaydı bu gün Dağlıq Qarabağ münaqişəsinə ən azından ATƏT-in Minsk Qrupu töhvə vermiş olardı... Hər bir siyasətçi bilir ki, indiki şərtlərdə üçüncü tərəf varsa, bu münaqişənin həlli artıq yaxın görünmür anlamını verir. Çünki bir münaqişəyə üçüncü tərəf müdaxilə edirsə, mütləq sürətdə dördüncü, beşinci tərəflərin də, müdaxiləsi gözlənilir. Türkiyə hazırda Suriya və digər dini təriqətlərin səbəb olduğu müharibə qığılcımları ilə üz-üzə ikən, digər tərəfdən Qərb və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara rəğmən Rusiya ilə əməkdaşlıq qurmasını sərgiləyir. Bu olduqca ciddi və riskli bir siyasi manevrdir. O üzdən bu cür xırda detallar və formal xarakter daşıyan nitqlərdən ara-səra həmin böyük və riskli siyasi manevrin uğurlu alınması üçün istifadə etmək normal qəbul olunmalıdır”.










Gülçin
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Dünən, 10:06
İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir