Prezidentin köməkçisindən komada olan baş redaktorla bağlı AÇIQLAMA
Siyaset
Oxunub: 431
10 fev 2019 | 11:31
Prezidentin köməkçisindən komada olan baş redaktorla bağlı AÇIQLAMA














Əli Həsənov: “Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı bu tipli məsələlər daim diqqətdə saxlanılır”

Məlum olduğu kimi, jurnalist Natiq Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik xəstəxanada müşahidə altındadır. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib.

Müraciət yayınlayandan qısa müddət sonra müraciətə reaksiya verilib. Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov musavat.com-a bildirib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiyanı alıb: “Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab Prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirım ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə, həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib.

Natiq Qocayevlə bağlı məsələyə gəldikdə, bildirirəm ki, mənə məlumat daxil olan kimi hazırda onun yerləşdiyi Mərkəzi Klinik Xəəstəxananın rəhbərliyi ilə əlaqə saxlamışam. Həkimlərinin rəyinə görə, hazırda Natiq Qocayevi bir yerdən başqa yerə köçürtmək, daşımaq mümkün deyil. Əvvəlcə ümumi təcrübəyə uyğun olaraq onun durumu sabitləşdirilməli, müalicəyə reaksiyası təmin olunmalı, transportabel vəziyyətinə gətirilməlidir. Mənim əldə etdiyim məlumata görə, bunun üçün hazırda Mərkəzi Klinik xəstəxanada dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla Natiq Qocayevin müalicəsi aparılır”.

Cənab Əli Həsənov Musavat.com-a deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır: “Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan can sağlığı arzılayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə xaricdə müalicəsi də davam etdiriləcək”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı