Fəzail Ağamalının böyük sərvəti ilə qəfil hədəfə alınmasının sirri - Siyahı
Siyaset
Oxunub: 621
8 fev 2019 | 22:21
Fəzail Ağamalının böyük sərvəti ilə qəfil hədəfə alınmasının sirri - Siyahı















Deputat Fəzail Ağamalının sərvətlərinin siyahısı mediada və sosial şəbəkələrdə açıqlanıb

Cahan.info-nun məlumatına görə, millət vəkilinin 2 min manat maaşla əldə etdiyi əmlaklar sırasında şadlıq evindən mənzillərə, zavoddan uşaq bağçalarına qədər var.

Yayılan siyahıda qeyd olunub ki, “BUTA” bağçaları deputatın qızı Günay Ağamalının adınadır. Bundan başqa, Novxanıda villa öz adına rəsmiləşdirilib.

Novxanıda daha bir villa isə oğlu Elçinin adınadır. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil, M.Araz küçəsində 2 mənzil, Çınqıl zavodu, Neftçala rayonunda şadlıq sarayı, “555” nömrəli bahalı avtomobillər, Ukraynada meyvə biznesi, Atatürk prospektində villa F.Ağamalıya məxsus olduğu deyilir.

Şəhərin bir neçə yerində təzə binalarda mənzillər, Xətai rayon məhkəməsinin binası deputata aiddir və icarədədir. Oğlu tərəfindən boru sexləri idarə edilir. Salyanda isə Xıdırlı kəndində qum karyeri və s. obyktləri mövcuddur.

Azinforum.az dəqiqləşdirib ki, Xətai Rayon Məhkəməsinin hazırda məskunlaşdığı bina həqiqətən də icarəyə götürülüb. Ancaq həmin binanın sahibi deputat yox, vaxtilə Naxçıvanda böyük vəzifələrdə işləmiş sabiq məmurdu.

Xətai Məhkəməsinin hazırda məskunlaşdığı bina mülk kimi Culfa gömrüyü və Naxçıvan Dövlət Gömrük Komitəsinin rəisi işləmiş Sahib Əliyev adlı şəxsə məxsusdur.

“Viktoriya” şadlıq sarayı və bir sıra digər ticarət-iaşə obyektinin cəmləşdiyi həmin kompleksin yalnız bir hissəsi Məhkəmə üçün icarəyə verilib.

Məlumata görə, Məhkəmə hər ay icarə üçün sahibkara 10-15 min manat civarında pul ödəyir. Fəzail Ağamalı yayılan siyahıdakı bəzi detalların doğru olduğunu bildirsə də, məlumatların fantastik dərəcədə şişirdildiyini qeyd edib:

“Yayılan siyahı fantastik məlumatlardır. Düzdür, yazılan fikirlərin bəziləri düzdür. Bəli, mənim evim “Gənclik”dədir. Məmməd Araz küçəsində iki oğlumun evi var, bu da düzdür. Qızım “Buta” uşaq bağçasının təsisçisidir, ancaq bağçanın binasını icarəyə götürüb.

Həqiqətən Novxanıda bağ evim var, ancaq villa deyil. Sadəcə normal şəraiti olan bağ evidir. Vəssalam, siyahıda olan digərləri sadəcə fantastik məlumatlardır. Nə boru zavodum var, nə icarəyə verdiyim yerim var, nə də Ukraynada meyvə bazarım var. Kaş ki olardı, amma yoxdur (gülür).

Olsaydı, deyərdim ki, var və bunu əziyyətlə qazanıb qurmuşam. Çox təəssüf edirəm ki, bu cür yalan informasiyaları buraxırlar sosial şbəkələrə, xəbəri olmayanlar da başlayırlar bunun ətrafında xoşagəlməz fikirlər söyləməyə.

Mən dəyərli soydaşlarımızdan xahiş edərsim ki, sosial şəbəkələrdə qeyri-obyektiv, qərəzli məlumatlar yayılanda, onu olduğu kimi qəbul etməsinlər.

Ən azı, Fəzail Ağamalının tərcümeyi-halını götürsünlər, onun çıxışlarını izləsinlər, bu qədər əmlakım olaydı, o çıxışları edə bilərdimmi?

Mən hələ də o siyahıda olan Əlizadə 112 ünvanında “Xruşovka” binada yaşayıram. Bu, 1988-ci ildə Naxçıvandan Bakıya erməni ilə dəyişdiyim evdir.

Hardadır mənim o qədər əmlakım ki, icarəyə də verib. Yerim olsaydı, partiyam “Azəraqrartikinti”nin binasında icarə yerdə niyə yerləşirdi? Yekun olaraq, bir daha deyirəm ki, bunların hamısı iftiradır!”

Fəzail Ağamalının məhz indiki məqamda hədəf olaraq seçilməsi təsadüfi sayıla bilməz. Xatırladaq ki, bir neçə gün əvvəl Fəzail Ağamalı Milli Məclisdə Prezidentin yürütdüyü siyasətə əngəl törədən bəzi məmurların adını çəkərək, onları ciddi tənqid atəşinə tutmuşdu.

Bundan sonra Fəzail Ağamalının xarici ölkələrdə məskunlaşan və hakimiyyətə qarşı xüsusi radikallığı ilə seçilən mühacirlərin hədəfinə tuş gəlməsi və “əmlak siyahısı”nın da məhz həmin şəbəkə tərəfindən dövriyəyyə buraxılması doğrudan da maraqlı görünür.

F.Ağamalı aktiv deputatlardan biridir. Hər zaman mediaya açıq olub və oliqarx millət vəkilləri sırasında adı çəkilməyib. Onun hədəfə alınması maraq doğurur.
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar