Sərkisyan aprel müharibəsindən sonra beş rayonu qaytarmağa cəhd edib
Siyaset
Oxunub: 557
8 fev 2019 | 23:39
Sərkisyan aprel müharibəsindən sonra beş rayonu qaytarmağa cəhd edib














Dağlıq Qarabağın qondarma “parlamentinin” keçmiş “deputatı” Vaan Badasyan keçmiş “müdafiə naziri” Samvel Babayanın 2016-cı ilin aprel müharibəsinin ardınca o vaxtkı Ermənistan prezidenti Serj Sərkisyanın bəzi əraziləri Azərbaycana qaytarmağı nəzərdən keçirdiyi haqda dediklərini təsdiqləyib. Virtualaz.org xəbər verir ki, Badasyan bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışıb.

O deyib ki, 2016-cı il iyulun 16-da Serj Sərkisyan Xankəndində Qarabağ separatçı hərəkatının təxminən 20-yə yaxın fəalı və “dqr” rəhbərliyinə daxil olan şəxslərlə görüşüb. Onlarla ərazilərin güzəştə gedilməsi məsələsini müzakirə edib.

Badasyanın iddiasına görə Serj Sərkisyan cəmiyyəti bu güzəştlərə hazırlamağa cəhd edib. Amma həmin müzakirələrdən cəmi bir gün sonra-iyulun 17-də Yerevanda “Ssna Tsrer” yaraqlıları post-patrul polisi polkunun qərargahına hücum edib.

“Bəli, görüşüblər və ərazilərin güzəştə gedilməsini müzakirə ediblər. Doğrudur ki, orda biabırçı mövqelər olub, mən bu haqda bilirəm, amma adları açıqlamaq istəmirəm. Lakin söhbət əsasən güzəştlərdən gedib”-Badasyan deyib.

Qarabağlı siyasətçinin bildirdiyinə görə, görüşdə Madrid prinsiplərinin reallaşmasından danışılıb. “Məsələ bundadır ki, Madrid prinsipləri qəbul edilmişdi və onlar həmin sənədin reallaşması üçün hər şeyi ediblər. Qarabağ hakimiyyəti isə susmaqla buna razı olub, heç kim etiraz etməyib. İndi deyə bilərəm, açıqlayaram, amma artıq gecdir. Bu bizim üçün, bizim xalqımız üçün biabırçılıqdır, məğlubiyyətdir və orada göstərilməyib ki, məhz Azərbaycan güzəştə gedib. Orada erməni tərəfinin birtərəfli güzəştindən söhbət gedir”-o bildirib.

Badasyana görə Qarabağ erməniləri bu planı qəbul etməyəcəkdi. Amma fakt budur ki, rəhbərlikdən heç kim həmin plana etiraz etməyib.

Qeyd edək ki, uzun illər danışıqlar predmeti olan Madrid prinsiplərinə əsasən nizamlama prosesinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların 5-i boşaldılmalı, Dağlıq Qarabağa aralıq status verilməliydi. Növbəti mərhələdə isə Dağlıq Qarabağın yekun hüquqi statusunun səsvermə ilə müəyyən olunması nəzərdə tutulurdu. Qalan iki rayonun taleyi isə qeyri-müəyyən qalırdı.

2016-cı ilin aprel döyüşləri Rusiya rəhbərliyinin, şəxsən prezident Vladimir Putinin işə qarışması ilə dayandırılıb. Əvəzində Rusiya tərəfi çalışıb ki, Ermənistan rəhbərliyini işğal edilmiş ərazilərin bir hissəsini boşaltmağa razı salsın. Lakin bu səylər baş tutmayıb. Belarus prezidenti Aleksandr Lukaşenko da bu yaxınlarda açıqlamışdı ki, Putin Yerevanda Sərkisyana 5 rayonu qaytarmağı təklif edib. Amma Sərkisyan bu varianta razılaşmayıb.
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO