"Bu gün Azərbaycan dövləti vətəndaşının reallaşdıra bilmədiyi digər sosial hüquqlarını da öz boynuna götürüb" - Əli Həsənov
Siyaset
Oxunub: 391
5 fev 2019 | 17:17
"Bu gün Azərbaycan dövləti vətəndaşının reallaşdıra bilmədiyi digər sosial hüquqlarını da öz boynuna götürüb" - Əli Həsənov














Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Prezident İlham Əliyev vaxtilə müavinəti almış şəhid ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Dia.az Prezidentin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Az Tv-nin "Həftə " proqramına müsahibəsindən çıxarış edib.

Əli Həsənov şəhid ailələri ilə bağlı prezidentin son Fərmanını belə şərh edib:

“Bu istiqamətdə bəzi prinsipial məqamlara mən vizion vermək istəyirəm. Prezident İlham Əliyevin yürütdüyü siyasət bütövlükdə Azərbaycan dövlətinin strateji inkişaf planları, proqramlarında aydın şəkildə öz əksini tapıb. Bunun da təməlini Ümumilli Lider Heydər Əliyev tərəfindən 1993-cü ildə qoyulub. Azərbaycan Kanustitusiyasında onun əsas prinsipləri təsbit olunubdur. Sonrakı dövlət proqramlarında da vətəndaşların dəstəyi ilə onun əsasları inkişaf etdirilib, dərinləşdirilib. Dövlətin yürütdüyü siyasətin uğurlarının təməlində Azərbaycan xalqının maraqlarını əks etdirmədir.

Azərbaycanın prinsipcə qurduğu dövlətin mahiyyəti nədən ibarətdir? Bazar iqtisadiyatı normalarına əsaslanan demokratik bir dövlət qurulub. Bazar iqtisadiyyatı şəraitində qurulan dövlət hər şeyə cavabdeh deyil. Xarici ölkələrdə də bunun şahidi oluruq. İnsanlar əsas hüquqlar üzrə - əmək, təhlükəsiz yaşamaq, vətəndəşların, dövlətin bütün maddi-mənəvi resurslarından istifadə etmək və.s digər hüquqlarla təmin olunurlar. Xarici ölkələrə də baxın!? İnsanların pensiyası müxtəlif fondlar tərəfindən həyata keçirilir. Sağlamlıqla bağlı onların sığortası var. Həmin sığorta hesabına sağlamlıqlarını həyata keçirirlər. Əgər bir xarici vətəndaşın evi müxtəlif səbəblərdən uçubsa, sığorta əsasında bərpa edirlər. Yaxud yolda bir maşın aşıb. Bunun da təmirini müxtəlif sığortalar hesabına edilir. Amma Azərbaycan siyasətində biz bunu həm bazar iqtisadiyyatı ilə həyata keçirir, həm də digər üsullarla edirik. Halbuki, demokratik cəmiyyət demokratik dövlət qururuq. Bu gün Azərbaycan dövləti vətəndaşının reallaşdıra bilmədiyi digər sosial hüquqlarını da öz boynuna götürüb. Şəhid ailələrə qurulan şəraitə baxmaq lazımdır. Bu dövlətin yürütdüyü sosial-siyasətin təməlidir. Bunun da təməlini Ümumilli lider Heydər Əliyev qoyub. Yəni, bazar iqtisadiyyatına çətin uyğunlaşan o tipli, o kateqoriyadan olan insanların problemlərini dövlət çiyninə götürsün. Baxmayaraq bu işlər dövlətin öhdəliyində deyil. Bilirsiniz, biz müharibə şəraitində yaşayan dövlətik. İşğalçı Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb. Xalqımız buna qarşı müqavimət göstərib. Bunun nəticəsində təxminən 20 minə qədər Azərbaycanda şəhid ailəsi, müharibə əlili və digər kateqoriyadan olan dövlətin dəstəyinə ehtiyacı olan insanlar formalaşıb. İndiyə qədər Azərbaycanda 7 mindən artıq şəhid ailəsi və müharibə əlili dövlət hesabına mənzillə təmin edib. Təxminən bu kateqoriyadan olan insanlara dövlət tərəfindən avtomobil verilib. Baxın, dövlət sosial-humanist siyasətin nəticəsi olaraq bunları edib. Dövlət bu siyasəti davamlı olaraq həyata keçirir. Bunların sonrakı taleyi, həyatı, işsizlik məsələləri, yaşayış problemlərinin həll olunması dövlətin çiynindədir və imkan olduqca onlara şərait qurulur. Əlbəttə, dövlət bu problemlərin hamısını birdən edə bilməz. Hazırda 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi Azərbaycan dövlətinin üzərindədir və bu olduqca ağır yükdür. İndiyə qədər 7 milyarddan artıq vəsait qaçqın və məcburi köçkünlərin məskunlaşdırılmasına, onların məşğulluğunun artırılmasına sərf olunub. 70 minə qədər qaçqın, köçkün ailəsinə mənzil verilibdir. Təkcə keçən il 700-ə qədər şəhid ailəsinə, müharibə əlilinə ev verilibdir. Həmçinin 48 minə qədər də qaçqın, köçkün ailəsinə ev verilib. Gələn il də bu qədər insan mənzillə təmin olunacaq. Baxmayaraq ki, öhdəliyi deyil, amma dövlətin imkanı artdıqca bunları həyata keçirir. 2004-cü ildən bu günədək təxminən 102 qaçqın şəhərciyi salınıb. Bütün vaqon şəhərcikləri ləğv edilibdir. Onların məşğulluq səviyyəsinin artırılması, yoxsulluğunun azaldılması istiqamətində çox böyük işlər görülübdür. Prezident İlham Əliyev hakimiyətə gələndə qaçqınların yoxsulluq həddi 75 faiz idi. Azərbaycanda ümumi yoxsulluq həddi 54 faiz idi. Hazırda ümumi yoxsulluq həddi 5 faiz, qaçqınların yoxsulluq həddi isə 12 faizə qədər aşağı salınıbdır. Bütün bunlar əlbəttə, dövlətin sosial siyasətinin nəticəsidir. İlham Əliyev 2018-ci ildə prezident seçilərkən ilk fərmanı şəhid ailələrinə dövlət borcunun qaytarılması ilə bağlı oldu. Bu borc nə idi? Övladını itirmiş, şəhid olmuş, ailələrin dövlət tərəfindən vərəsəsinin ödənilməsi. 11 min manat indiki dövrdə çox böyük puldur. Başqa qonşu ölkələrə də baxın. Onlarda belə ödəmələr olubmu? Dünyanın bütün ölkələrində şəhid ailələri var. Onlarda bu məbləğ çox cüzi miqdardadır. 11 min manat əvvəl nəzərdə tutulurdu 8 min şəhid ailəsinə, sonrakı dövürdə bunun sayı artdı. Cənab prezidentin bu yaxınlarda şəhid ailələri ilə təsirli görüşü oldu. Bu görüş göstərdi ki, Azərbaycanda prezident sosial müdafiəyə ehtiyacı olan şəhid ailələri, qaçqın və məcburi köçkünlər köçkünlər, bazar şəraitinə çətin uyğunlaşan digər əhali kateqoriyaları üçün həssadır və onların problemlərinin aradan qaldırılması üçün nə qədər çalışır. Bu görüşdən sonra 11 min manat alacaq şəhid ailələrin sayı 13 min manata qədər artacaq. Həmçinin şəhid ailələrinə prezident təqaüdləri 300 manata qədər artırıldı. Bundan qabaq isə milli qəhramanların ailələrinə prezident təqaüdü 1500 manata qədər artırılıb. I, II, III dərəcəli müharibə əlillərinin təqaüdü, pensiyalar, maaşlar artırılıb. Təkcə, bununla bitmir. Dövlətin müxtəlif fondları prezident İlham Əliyevin tapşırığı ilə və biləvasitə yürütdüyü siyasət nəticəsində həmin o şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə, qaçqın-köçkünlərə güzəştli kreditlər ayırıb. Onların sosial cəhətdən zəif olan hissəsinə “özünəməşğulluq proqramı” çərçivəsində təsərrüfat avadanlıqları, mal-heyvan verilir”.
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO