Fəzail Ağamalı: “Müharibə olarsa, Ermənistanın bir dövlət kimi yaşayıb-yaşamaması ciddi sual doğuracaq”
Siyaset
Oxunub: 408
5 fev 2019 | 11:27
Fəzail Ağamalı: “Müharibə olarsa, Ermənistanın bir dövlət kimi yaşayıb-yaşamaması ciddi sual doğuracaq”














“Ermənistanın bir dövlət olaraq taleyi birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan onlara nəfəs verməsə, birmənalı şəkildə Ermənistan dövləti məhv olub gedəcək”.

Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı musavat.com-a açıqlamasında səsləndirib.

O bildirib ki, hazırda Ermənistanda gedən son proseslər kifayət qədər mürəkkəb situasiya formalaşdırıb: “Bir tərəfdən ölkənin xarici işlər naziri ermənistanlı həmkarı ilə ardıcıl şəkildə görüşlər keçirir. Bu görüşlərin vaxtı hətta 4 saata qədər çəkir. Daha sonra prezident İlham Əliyev Ermənistanın baş naziri ilə təmaslar qurur, danışırlar gedir. Danışıqların bütün mahiyyəti bizə bəlli deyil. Xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrləri nikbin bəyanatlar yayırlar, lakin baş nazir Nikol Paşinyan bütün bu nikbin bəyanatların üstündən xətt çəkir. Paşinyan tamamilə Ermənistanın işğalçılıq siyasətini stimullaşdıran fikirlər ifadə edir, bilmək olmur ki, niyyəti nədir. Mən düşünürdüm ki, Paşinyan Qarabağ klanına aid deyil. Biz bilirik ki, Ermənistanda İrəvan klanı ilə Qarabağ klanı arasında çox ciddi qarşıdurma var. Düşünürdüm ki, o, hakimiyyətə gəldikdən sonra ən azı erməni xalqının maraqları naminə bu işğala son qoymaq üçün addımlar atacaq. Çünki Ermənistanın bir dövlət olaraq taleyi birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan onlara nəfəs verməsə, birmənalı şəkildə Ermənistan dövləti məhv olub gedəcək. Ən azı bu məntiqə söykənərək hesab edirdim ki, o Levon Terpetrasyanın məktəbini keçən biri olaraq realist, məntiqli addımlar atmalıdır. Ancaq o, realist addımlar atmaq əvəzinə çox ziddiyyətli bəyanatlar verir”.

Beynəlxalq şəraitə gəlincə, F.Ağamalı bildirdi ki, bu mənada Azərbaycanın mövqeləri daha güclüdür: “Azərbaycanın dövlətçilik maraqları və mənafeyi ABŞ administrasiyası tərəfindən obyektiv şəkildə qiymətləndirilir. Həm Trampın Azərbaycana ünvanlandığı məktublar, həm də Con Boltonun Azərbaycana gəlişi, dövlət başçısı ilə telefon danışıqları, Ermənistanda “ölkənizin gələcəkdə inkişafını istəyirsinizsə Azərbaycanla dil tapmalısınız” kimi bəyanatlar verməsi müsbət bir təəssürat yaradır. Rusiyanın da mövqeyində müəyyən dərəcədə Azərbaycanın maraqlarına uyğun açıqlamalar olur. Bunu Lavrov səviyyəsində dilə gətirdilər. Bildirildi ki, yaxşı olar Ermənistan Azərbaycanın atmış olduğu addımlara adekvat cavab versin. Kremlə yaxın olan siyasi şərhçilər, analitiklər Putinə Azərbaycanın işğal olunmuş torpaqlarının, 5+2 formatında ətraf rayonların azad edilməsi ilə bağlı konkret fikir söyləyirlər. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü yenidə tanıdı. Dünyanın aparıcı dövlətləri ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirlər. BMT-dən başlamış Avropa məkanında olan beynəlxalq təşkilatlara qədər hər birinin qətnamələrində Azərbaycanın ərazi bütövlüyü tanınır. Azərbaycan hüquqi baxımdan bütün səviyyələrdə işğal olunmuş torpaqlarının azad edilməsi üçün böyük hüquqi bazaya malikdir”.

Deputat qeyd etdi ki, müharibə olarsa, Ermənistanın varlığı sual altına düşə bilər: “Ölkə prezidentinin də dediyi kimi, yaxşı olar ki, işğala sülh yolu ilə son qoyulsun. Müharibə olarsa, bizim də övladlarımız şəhid olacaqlar. Bu məntiqə söykənərək dövlət başçısı sülh danışıqlarına önəm verir. Paşinyanın mövqeyi mənim bu nikbinliyimə son qoymaqdadır. Yenə də əvvəlki mövqeyimə qayıtmağa məcbur oluram ki, son sözü bizim qəhrəman Milli Ordumuz, silahlı qüvvələrimiz deyəcək. O zaman Ermənistanın böyük bir zərbə alması qaçılmaz olacaq. Ermənistan elə bir zərbə alacaq ki, onun bir dövlət kimi yaşayıb –yaşamaması ciddi sual doğuracaq”.

Nərgiz LİFTİYEVA
Foto: Samir Mirzə
Fəzail Ağamalı: “Müharibə olarsa, Ermənistanın bir dövlət kimi yaşayıb-yaşamaması ciddi sual doğuracaq”
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar