“Elə bil söyülməkdən ləzzət alırlar” - Deputatdan həmkarlarına sərt sözlər
Siyaset
Oxunub: 490
4 fev 2019 | 16:18
“Elə bil söyülməkdən ləzzət alırlar” - Deputatdan həmkarlarına sərt sözlər














“Deputatlar ağızlarına su alıb dururlar. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından səslərini çıxarmırlar. Bu baxımdan Siyavuş Novruzov tamamilə düz deyir və onu tam haqlı sayıram”
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib. Bildirib ki, o, məntiq və təmkinlə söyüş söylənlərin yalanlarını ifşa edir:

“Məsələn “Kanal 13”də deyirlər ki, Araz Əlizadə müstəqiliyin əleyhinə səs verib. Adama deməzlər ki, ay “zatı qırıq” sübut elə, gic-gic danışma. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixində, Azərbaycan parlamentində ilk dəfə mənim ağzımdan səslənib ki, Azərbaycan SSRİ-dən çıxmaq məsələsini ortaya qoymalıdır. Belə bir adam müstəqilliyin əleyhinə səs verər? Bunlara cavab vermək lazımdır. Əgər cavab verməsən, səni tanımayan 10 nəfər bu nadürüstün şərhini eşidəndə, fikirləşəcək ki, söylənilənlər həqiqətdir. Ona görə belələrinə cavab verib, susdurmaq lazımdır”.

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, deputatlar onları söyənələrə cavab verməlidir: “Bəzən Milli Məclis haqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı