Deputat Vasif Talıbovda iyə inciyib? - QALMAQAL
Siyaset
Oxunub: 454
2 fev 2019 | 20:46
Deputat Vasif Talıbovda iyə inciyib? - QALMAQAL















Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Naxçıvandan deputat seçilmiş Qüdrət Həsənquliyev arasında ciddi problem yaranıb.

BakuPost xəbər verir ki, partiya sədrinin "Azpolitika” saytına verdiyi müsahibədə bu, aydın görünür. Belə ki, Q. Həsənquliyev mənəvi dəyərlərin açınmasından, söyüş terrorundan danışarkən diqqəti Naxçıvana yönəldib. Bildirib ki, Naxçıvanla bağlı təkliflərlə çıxış etdikdən sonra bir nazir tərəfindən ağır ittihamlar və təhqirlərlə üzləşib: "Açıqlamamda qeyd etmişdim ki, Naxçıvanın iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac var. Prezident də daim söyləyir ki, iqtisadiyyatımız inkişaf etdirilməlidir və əyalət rəhbərlərinin fəaliyyətinə həm də iqtisadiyyata özəl sərmayənin cəlb olunmasına görə qiymət veriləcəkdir. Prezidentin bu mövqeyinin nəticəsi kim artıq 34 rayon və şəhərin rəhbəri öz işini yeni tələblərə uyğun qurmağı bacardığından dövlət büdcəsindən dotasiya almır, bəziləri isə öz xərclərini tam ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla vəsait də ödəyirlər. Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manat dotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfədən çox – 300 milyon 360 min manat dotasiya alır. Bu rəqəmləri deputatlara hökumət təqdim edib. Mən də büdcənin müzakirəsi zamanı imkan olmadığından mətbuatda bu barədə danışmışdım. Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssiələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın "daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyəti olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər əslində ölkə rəhbərliyinə meydan oxuyurlar”.

Millət vəkili daha sonra bu məsələlərdə Vasif Talıbovdan narazılığını açıq ifadə edir: "Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi.

Ümid edirəm bu açıqlamamdan sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır”.
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?