Eldar Mahmudovun kadrına yenidən etimad GÖSTƏRİLİB
Siyaset
Oxunub: 379
29 yan 2019 | 17:19
Eldar Mahmudovun kadrına yenidən etimad GÖSTƏRİLİB














Vergilər naziri Mikayıl Cabbarovun bir qədər öncə işdən qovduğu Vergi Auditi Departamentinin sabiq rəisi Habil Məmmədova yeni vəzifə verilib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, sabiq vergilər naziri Fazil Məmmədovun ən yaxın adamlarından sayılan Habil Məmmədov 1995-ci ildən vergi orqanlarında sahibkarlara divan tutulması prosesinin əsas təşkilatçılarından biri hesab olunur: "Bir müddət öncə mətbuatda adı halanan H.Məmmədov orta və iri sahibkarlardan rüşvət toplanması sxeminin yaradıcısı olduğu, vergi qanunvericiliyində sahibkarlar üçün “tələ”lərin düşünülüb hazırlanmasında “əvəzsiz” rol oynadığı qeyd edilirdi. Bu “tələ”lərə düşən sahibkarlar oradan çıxardılmaq üçün iri məbləğdə pullar ödəməyə məcbur ediliblər. H.Məmmədovun keçmiş MTN başçısı Eldar Mahmudovun dəstəsi ilə yaxın münasibətlərdə olduğuna dair məlumatlar da var. Konkret desək, H.Məmmədovun verdiyi məlumatlara əsasən, iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb".

Mənbənin bildirdiyinə görə, bu yaxınlarda H.Məmmədov yenidən dövlət strukturunda mühüm vəzifəyə gətirilib: "Sabiq vergi generalı Əmanətlərin Sığortalanması Fondu sədrinin müşaviri təyin olunub. Bu vəzifədə ona bağlanmış bankların sahibkarlara verdiyi kreditləri toplamaq tapşırılıb. Ehtimallara görə, H.Məmmədov vergilər sistemində ləkələnmiş kadrlarını bu işə cəlb etmək niyyətindədir və sahibkarlara qarşı Vergilər Nazirliyində işlədiyi dönəmdə hazırladığı “alətlər”dən istifadə edəcək".

Prezident İlham Əliyevin hökumətin 2018-ci ilin yekunlarına dair keçirdiyi toplantıda vergi sahəsində uzun illər özbaşınalığın hökm sürdüyünü, bir çox xoşagəlməz əməllərin müşahidə olunduğunu qeyd etmişdi. “Əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir… Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”, deyə prezident bildirib.

Lakin H.Məmmədovun yenidən vəzifəyə gətirilməsi bəzi dairələrin dövlət başçısının tapşırıqlarına qarşı cıxdığını dəlalət edir.
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər