Qarabağda sülh üçün iyun gözləntisi: Ermənistan güzəştlərə hazırdır? - TƏHLİL
Siyaset
Oxunub: 423
28 yan 2019 | 19:30
Qarabağda sülh üçün iyun gözləntisi: Ermənistan güzəştlərə hazırdır? - TƏHLİL















Ermənistan-Azərbaycan münaqişəsinin həllində razılaşmanın olması ilə bağlı son günlər informasiyalar yayılır.

Rusiyalı politoloq Stanislav Tarasov “168 jam” qəzetinə iyun ayında münaqişənin “paket həll variantı” əsasında Ermənistanın işğal etdiyi bir neçə rayonu Azərbaycana qaytaracağına dair açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan rayonlarının geri qaytarılması müqabilində Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr bərpa olunacaq. Politoloqun fikrincə, iyunda Paşinyan və İlham Əliyev Qarabağla bağlı razılaşma imzalayacaq və bu sazişə əsasən, ermənilər bir neçə rayonu qaytarmalı olacaq.

Politoloqun sözlərinə görə, bununla Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və bu sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq, nizamlanmanın paket layihəsi peyda olacaq və “Paşinyanın istəyi yerinə yetəcək”. “Azərbaycan bəyan edir ki, torpaqlar qaytarılmalıdır, Ermənistan tərəfi isə susur. Əgər Ermənistan tərəfi Azərbaycanla bu məsələni danışmasaydı, İlham Əliyev heç vaxt Paşinyanla belə söhbət etməzdi”, - Tarasov deyib.

Eyni zamanda, Ermənistan prezidentinin sabiq xüsusi səlahiyyətli səfiri, 1994-1995-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi işləmiş David Şahnazaryan da münaqişə tərəflərinin mərhələli həll planı əsasında sülh razılaşmasına hazırlaşdığını deyib: “Hazırda danışıqlar sülh müqaviləsi ilə bağlı deyil, əraziyə təhlükəsizlik əvəzinə status verən bir qətnamə ətrafında gedir. Nə qədər təhlükəsizlik yoxdur, istənilən halda bu nə status, nə də problemin siyasi həlli deyil. Hazırda onlar, mən əminəm ki, həmsədrlər əgər bitməmişsə, bu müqavilənin mətninin üzərində ciddi işləyir. Bu sənəd siyasi nizamlanma deyil.

Əlavə edək ki, bu, əslində 1997-ci ildəki “mərhələli” adlandırılan nizamlanmadır. Bu, yekun nizamlanma olmasa da bu variantın bəzi elementləri dəyişdirilə bilər. Lakin fəlsəfəsi eynidir, status-kvo dəyişdirilir”, -David Şahnazaryan “168 jam” qəzetinə açıqlamasında belə deyib.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda keçirilən qeyri-rəsmi görüşündən sonra sözügedən məlumatların gündəmə gəlməsi bağlı qapılar arxasında hansısa bir razılaşmanın olması barədə təəssürat yarada bilər. Çünki həm S.Tarasov, həm də D.Şahnazaryan münaqişənin nizamlanması prosesi ilə bağlı kifayət qədər məlumatlı şəxslərdir. Ancaq Davos görüşü barədə açıqlamasında N.Paşinyan “Bəziləri məni xəyanətdə ittiham edir, mən heç bir xəyanət etməmişəm”, -deyə bəyanat verərək Azərbaycan prezidenti ilə ümumi fikir mübadiləsi apardığını söyləyib. Əgər Tarasovun və Şahnazaryanın fikirləri həqiqətdən uzaqdırsa, o halda bu informasiyaların nədən qaynaqlandığı sualı yaranır.

Qeyd edilən hər iki açıqlamanı “Cümhuriyət” qəzetinə şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu məlumatların həqiqətə uyğun olduğuna inanmadığını dedi:

“Məlum olduğu kimi, “Regnum” İnformasiya Agentliyində işləyən Stanislav Tarasov ermənipərəst mövqeli bir adamdır. “Regnum” Agentliyi də anti-Azərbaycan mövqeyi tutur. Onların maliyyələşməsi Qarabağ klanına və Robert Koçaryana bağlıdır. Ona görə də belə məlumatların dövriyyəyə buraxılması Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Azərbaycan rəhbərliyi ilə Ermənistanın baş nazirinin hər bir görüşündən sonra belə bir rəy yaratmaq istəyirlər ki, guya Paşinyan torpaqları qaytarmaq istəyir. Bu məsələ Ermənistanın daxili siyasətinə aiddir və real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Əslində isə indi başa düşürük ki, Paşinyanın mövqeyi Sarkisyandan fərqlənmir və hətta bəzi məqamlarda daha sərtdir. Ona görə də real vəziyyətə baxmalıyıq və nəzərə almalıyıq ki, hazırda Ermənistanda kəskin daxili siyasi mübarizə getməsi fonunda istər Paşinyan, istərsə də Ermənistana rəhbərlik edə biləcək başqa bir şəxs real heç bir addım atmayacaq”.

Tofiq Zülfüqarov hesab edir ki, David Şahnazaryanın da açıqlaması Ermənistanda daxili ictimai rəyə hesablanıb. Sabiq dövlət məmuru öz açıqlaması ilə N.Paşinyan hökumətinin Dağlıq Qarabağ problemində Azərbaycana güzəştə getdiyinə dair dezinformasiya yaymaq istəyir:

“Mən David Şahnazaryanı yaxşı tanıyıram. O, son vaxtlar Paşinyanın əleyhinə bəyanatlar verir. Dağlıq Qarabağla bağlı verdiyi açıqlamanın daxili ictimai rəyə hesablandığını istisna etmirəm”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 16-da Parisdə keçirilmiş görüşündə tərəflər əhalini sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması barədə razılığa gəlib. Yəni, tərəflər arasında münaqişənin həllinə dair “yol xəritəsi”nin və ya sülh müqaviləsinin imzalanması, ilk növbədə, Ermənistan cəmiyyətində Azərbaycana qarşı düşmənçilik münasibətinin aradan qaldırılmasından asılıdır. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Milz Dağlıq Qarabağa probleminin həllinə mane olan başlıca səbəb kimi Ermənistan cəmiyyətinin heç bir güzəştə getmək istəmədiyini və bundan dəhşətə gəldiyini demişdi. Ona görə də Azərbaycanla danışıqlarda kompromisə getmək Ermənistan rəhbərliyi üçün ictimai rəyin həmin sülh variantına hazır olmasından çox asılıdır. Doğrudur, N.Paşinyan hakimiyyətə gəldikdən sonra ölkə siyasətinə təsir göstərən hərbi elitanı, ilk növbədə isə, Qarabağ klanını zərəsizləşdirməklə ən güclü maneələrdən birini aradan qaldırıb. Robert Koçaryanın həbsi, Serj Sarkisyanın qohumlarının, sabiq müdafiə nazirləri Mikael Arutunyanın və Seyran Ohanyanın, silahlı qüvvələrin keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun barələrində cinayət işinin açılması, Ermənistan Respublika Partiyasının parlamentdən kənarda qalması N.Paşinyana Dağlıq Qarabağla bağlı danışıqlarda sərbəst qərarlar qəbul etmək imkanı yaradır. Siyasi rəqibləri üzərində qələbə qazanaraq legitim hakimiyyət formalaşdırmış baş nazir əsasən xalqın iradəsinə əsaslanır. Lakin bu, Ermənistan cəmiyyətinin sülhə hazır olduğunu deməyə əsas vermir. Xalqı sülh prosesinə hazırlamağın siyasi mexanizmləri isə demək olar ki, məlum deyil.

Azərbaycana gəlincə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı xalqın sülhə hazrlanması yalnız açıq və milli maraqlara cavab verən şərtlər daxilində mümkündür.

Tofiq Zülfüqarov isə xalqların sülhə hazırlanması ideyasını qeyri-ciddi hesab edir:

“Belə mənasız bəyanatların səsləndirilməsi birinci dəfə deyil. Əslində, vəziyyət çox sadədir- Rusiya rəhbərliyində artıq belə fikirlər formalaşıb ki, Ermənistan onlara lazım deyil. Amma Rusiya siyasi elitasında ermənipərəst qüvvələr də var. Xüsusilə də, xarici işlər naziri Sergey Lavrov hesab edir ki, mübarizə aparmaq və Ermənistanı özlərinə yaxın saxlamaq lazımdır. Onları ən çox qorxudan və artıq bunu başa düşürlər ki, son məqamda Rusiya gəlib Ermənistana kömək edə bilməyəcək. Bu baxımdan, danışıqların getdiyinə dair görüntü yaratmaq istəyirlər. Guya, bu mərhələdə ən aktual mövzu hər iki ölkədə ictimaiyyəti sülhə hazırlamaq lazımdır. Bu da, mənasız bir bəyanatdır. Çünki Azərbaycan cəmiyyəti işğal altındakı torpaqlar azad olunarsa, öz evlərinə qayıdacaq. Yəni, Azərbaycan xalqı sülhə hər an hazırdır. Ona görə də xalqların sülhə hazırlanması barədə deyilənlər boş və mənasız bəyanatlardır”.
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA