Prezident: “Biz istehsalı ildən-ilə artırırıq”
Siyaset
Oxunub: 373
25 yan 2019 | 10:02
Prezident: “Biz istehsalı ildən-ilə artırırıq”















“Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır. Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər”.

Prezident: “Biz istehsalı ildən-ilə artırırıq”



AZƏRTAC xəbərinə görə, bunu Prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı mərasimində deyib.

“Aqrar sahə bizim üçün strateji sahədir. Bu həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır – istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq”, – dövlət başçısı əlavə edib.

Prezident: “Biz istehsalı ildən-ilə artırırıq”

Prezident deyib ki, tərəvəzçilik Azərbaycanın kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir: “Yəqin, siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq”.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...