Eldar Əzizovla Vüsal Kərimlinin parkinq DAVASI – Qanunları pozan KİMDİR?..
Siyaset
Oxunub: 440
24 yan 2019 | 18:19
Eldar Əzizovla Vüsal Kərimlinin parkinq DAVASI – Qanunları pozan KİMDİR?..















Ölkə Prezidentinin 2 aprel 2018-ci il Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtdakı müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməli idi.

Eyni zamanda, ölkə başçısının 6 iyul 2018-ci ildə imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması da Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib.

İlk fərmandan 11 ay keçməsinə baxmayaraq, təhvil-təslim prosesilə bağlı müzakirələr səngimək bilmir.

Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli iki gün əvvəl keçirdiyi mətbuat konfransında paytaxtda yerüstü parklanmalardan yığılan pulların rəhbərlik etdiyi quruma heç bir aidiyyəti olmadığını açıqlayıb:

“Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz, Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlərlə parklanmalara nəzarət edəcəyik”.

Hazırda Bakıda 10 minə yaxın yerüstü parkinq yerlərinin olduğunu bildirən V.Kərimli onlardan yalnız 480-nin rəsmiləşdirildiyini vurğulayıb:

“Digərlərinin də rəsmiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir. Meriya ilə təhvil-təslim prosesi hələ yekunlaşmayıb”.

Parklanmalardan yığılan pulların Meriyaya aidiyyatı yoxdur?

Minval.info xəbər verir ki, meriya isə öz növbəsində Agentliyin açıqlamasını təkzib edib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məsələ ilə bağlıModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, meriyanın parklanma yerləri ilə heç bir bağlılığı yoxdur:

“Ötən ilin aprel ayından parklanmalarla bağlı səlahiyyət Bakı Nəqliyyat Agentliyinə verilib. İndi bu sualın meriyaya heç bir aidiyyatı yoxdur. Yəni BŞİH-nin tabeliyində parklanmalara nəzarət edən qurum yoxdur”.

“Küçədə hərə qoluna qırmızı lent bağlayıb parkinq pulu tələb edirsə, bunun Meriyaya nə aidiyyatı?!”,-deyə mətbuat xidməti bəyan edib.


“Meriya Prezidentin fərmanını icra etmir”

İki rəsmi qurumun qarşılıqlı ittihamlarından heç nə anlaşılmadığı və cavabsız suallar qaldığı üçün nəqliyyat üzrə ekspert Ərşad Hüseynova müarciət etdik.

Ə.Hüseynov vətəndaşları narahat edən məsələyə hüquq-mühafizə orqanlarının qarışmasının vacibliyini vurğuladı:

“Meriya deyir təhvil vermişəm, mənlik deyil. Bakı Nəqliyyat Agentliyi də deyir ki, parklanmalar bizə təhvil verilməyib. Ona görə də hüquq-mühafizə orqanları məsələni araşdırmalıdırlar. Məndə olan məlumata görə, yerüstü parklanmalar Meriya tərəfindən Bakı Nəqliyyat Agentliyinə təhvil verilməyib və proses buna görə uzanır. Yəni konkret olaraq Prezidentin fərmanı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmur”.

“Təhvil-təslim maliyyə məsələsinə görə yubadılır”

Ekspert təhvil-təslim prosesinin uzanmasında maliyə məsələlərinin önəm daşıdğını bildirdi:

“Bu da başadüşüləndir… Amma dövlət adından göstərilən xidmətə nəzarət ortalıqda qalıb. Hər halda təhvil-təslim yekunlaşsaydı, Bakı Nəqliyyat Agentliyi üzərinə düşən öhdəlikləri icra etməyə başlayardı, yerləri, qiymətləri müəyyənləşdirərdi. Ona görə də qəti şəkildə məsələ öz həllini tapmalıdır. Əhali də bilməlidir ki, hansı yerdə parkinq qiyməti neçədir, verdiyi pullar kimin cibinə gedir. Hətta bildirdilər hansısa MMC də bu işə qoşulub. Amma o MMC-nin başında duran kimdir? Bunu da araşdırsınlar. Ona görə vergi orqanları hüquq-mühafizə orqanları ilə birgə araşdımalara başlamalıdırlar ki, toplanan vəsait hara gedir. Çünki bu, ciddi maliyyə pozuntusudur”
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO