Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması
Siyaset
Oxunub: 378
23 yan 2019 | 15:30
Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması














Azərbaycanda növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı ötən ilin əvvəlindən başlayan müzakirələr 2019-cu ildə də davam etməkdədir. Yeni ildə ilk belə ciddi müzakirəni iqtisadçı alim Qubad İbadoğlu gündəmə gətirib. Q.İbadoğlu bu il seçki və referendum üçün dövlət büdcəsində 90,9 milyon manat nəzərdə tutulduğuna diqqət çəkib.

Q.İbadoğlu mövzuya dair facebook statusunda bunları yazıb: “2019-cu il dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

Azpolitika.info yada salır ki, bu il - dekabrın 27-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Lakin 2019-cu ilin dövlət büdcəsində seçkilər və referendum üçün 90 milyon manatdan artıq vəsait ayrılması 2 seçki olacağından xəbər verir. Çünki əvvəlki seçkilərin keçirilməsi üçün adətən 35-40 milyon manat vəsait xərclənib.

“Yeni Müsavat” isə xatırladır ki, Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi 53 milyon 900 min manat nəzərdə tutulub. Bəs o halda təxminən 37 milyon manat hansı seçki üçün nəzərdə tutulub?

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov ötən ilin sonunda “Yeni Müsavat”a verdiyi müsahibədə növbədənkənar seçkilər ehtimal barədə danışmışdı. Siyavuş Novruzovun dediklərini yada salaq: “Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməlidir”.

Göründüyü kimi, S.Novruzov növbədənkənar parlament seçkiləri üçün mütləq referendumun olması şərtini yada salar. Ölkəmizdə referendum təyin etmək hüququ AR Milli Məclisinə (ARK-nın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndi) və Azərbaycan Respublikasının Prezidentinə (109-cü maddənin 18-ci bəndi) mənsubdur.

Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Ölkəmizdə müstəqillikdən bəri 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum keçirilərək konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

İqtidaryönlü deputat Fəzail Ağamalı da bu günlərdə mediaya verdiyi açıqlamada bildirib ki, 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə belə deyib: “Bunu daha çox əsaslandırırlar ki, 2020-ci ildə parlament seçkiləri keçirilsə, növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməli olacaq. İndiyə qədər eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təcrübə heç bir ölkədə yoxdur. Hər iki seçki vacib məsələdir. Hesab edirəm ki, hər iki seçkinin bir ildə keçirilməsi ölkəni çətin vəziyyətə sala bilər. Çünki seçki zamanı bütün qüvvələr səfərbər olur. Mən də bu məntiqə söykənərək düşünürəm ki, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”.

Bəzi ekspertlər hesab edir ki, hökumətin parlament seçkisinə görə indilikdə referendum keçirməsi real deyil. İddia olunur ki, prezidentin belə bir səlahiyyəti olduğu halda, referenduma ehtiyac qalmır. Yada salaq ki, 2016-cı il sentyabrın 26-da keçirilən son referendumla dövlət başçısına belə bir hüquq verilib. Prezidentin parlamenti buraxacağı halları Azərbaycan Konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrində öz əksini tapıb. O halda xalqı referendum üçün sandıqbaşına çağırmağa ehtiyac qalmır.
“Yeni Müsavat”
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü