Bayram Səfərov: “Xristian dünyası müsəlmanlara qarşı birləşib”
Siyaset
Oxunub: 1 547
13 apr 2015 | 13:36
Bayram Səfərov: “Xristian dünyası müsəlmanlara qarşı birləşib”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov aprelin 12-də Roma papası Fransiskin Vatikanda 1915-ci il hadisələri ilə bağlı keçirilən ayində “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirib.

Azerinfo.az bildirir ki, İcma rəhbəri Publika.az-a açıqlamasında deyib ki, Roma papası böyük din xadimidir və buna görə də o, hamını sülhə səsləməlidir: “Roma Papası ədalətli, sülhsevər olmalıdır. Onun bu cür çıxış etməsi yolverilməzdir. Bu bir daha dünyada xristian həmrəyliyinin nümayiş olunduğunu göstərir. Müsəlmanlara qarşı “Xaç yürüşü” davam edir. Onlar “Xaç yürüşü”nü yada salıblar. Dünyada olan xristianlar bir-birinə dayaq olur, birləşir və bu cür addımlar atılır. Hamı görür ki, xristian dünyası müsəlmanlara qarşı birləşib. Müsəlmanlar da bir-birinin qədrini bilməli, birləşməli, bir-birinə kömək olmalıdır”.

B.Səfərov onu qeyd edib ki, Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməyə çox az vaxt qalıb: “İnşallah, şuşalı olaraq Qarabağa ilk gedən adamlardan biri də mən olacam və buna görə özümü çox xoşbəxt hesab edirəm. Şuşaya qayıtmaq ən böyük arzumdur”.

Xatırladaq ki, ötən gün Roma Papası Fransisk Vatikanda 1915-ci il hadisələri ilə bağlı keçirilən ayində “erməni soyqırımı” ifadəsini işlədib. Bu hadisə Türkiyənin sərt reaksiyasına səbəb olub.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?