“MOSSAD”ın ərəb kəşfiyyatçıları ilə gizli görüşü – Yeni hədəf Türkiyədir
Siyaset
Oxunub: 444
11 yan 2019 | 09:44
 “MOSSAD”ın ərəb kəşfiyyatçıları ilə gizli görüşü – Yeni hədəf Türkiyədir















İsrail kəşfiyyatı “Mossad”ın rəhbəri Yosi Koen Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir nümayəndələri ilə gizli görüş keçirərək Türkiyənin regionda artan nüfuz və təsirinin qarşısının alınması yollarını müzakirə edib.

Azvision.az xəbər verir ki, bu barədə “Middle East Eye” etibarlı mənbəsinə istinadən bildirib. Qeyd olunur ki, “Mossad” rəhbərinin dəvətilə ötən ay təşkil edilən görüşdə Səudiyyə, BƏƏ, Misir və İsrail Yaxın Şərqdə Türkiyə və İranın təsirinin azaldılması naminə Suriya prezidenti Bəşər Əsədin mövqeyinin gücləndirilməsi və Suriyanın yenidən Ərəb Dövlətləri Liqasına qaytarılması istiqamətində birgə işləmək qərarına gəliblər.

Belə bir təşəbbüsün dəstəkləndiyi həmin görüşdə Yosi Koen ilə yanaşı, 4 ölkənin kəşfiyyat strukturlarının yüksək səviyyəli nümayəndələri və dövlət rəsmiləri də iştirak ediblər. Gizli görüş zamanı qərara gəlinib ki, bundan sonra Səudiyyə, BƏƏ, Misir və İsrail regionda İranı yox, Türkiyəni əsas hərbi rəqibləri hesab edəcəklər.

“Mossad”ın rəhbəri bildirib: “İranla müqayisədə Türkiyənin hərbi potensialı və imkanları daha böyükdür. İrandakı hakimiyyəti kövrəkdir. Əsl təhlükə Türkiyədən gəlir”

Gizli görüşdə Türkiyənin zəiflədilməsi ilə bağlı tərəflər arasında ortaq razılaşma əldə olunub. Qərara gəlinib ki, İraqdakı son parlament seçkiləri nəticəsində sünni deputatlardan ibarət ən böyük siyasi blok olan “Milli mehvər alyansı” vasitəsilə Türkiyənin İraqda öz təsirini möhkəmləndirməsinə hər vəchlə mane olunsun, Suriya prezidenti Bəşər Əsədin Səudiyyə, BƏƏ və Misirlə diplomatik əlaqələri tam bərpa etməsinə yardım edilsin və ən başlıcası, YPG və PYD terrorçularının Türkiyə sərhədlərindən uzaqlaşdırılmasına dair Ankaranın planlarını pozmaq üçün Suriyadakı silahlı kürd birləşmələrinə dəstək verilsin.

Dörd ölkənin kəşfiyyat orqanları nümayəndələrinin yüksək səviyyəli gizli görüşündə, həmçinin, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda səudiyyəli müxalif jurnalist, vəliəhd şahzadə Məhəmməd bin Salmanın apardığı daxili və xarici siyasətin qatı tənqidçisi olan Camal Kaşoqinin qətlindən sonra Vaşinqtonla Ər-Riyadın münasibətlərində yaranan soyuqluq da müzakirə edilib.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı