Eldar Mahmudovla bağlı İDDİA... - Belə deyirlər...
Siyaset
Oxunub: 393
7 yan 2019 | 19:19
Eldar Mahmudovla bağlı İDDİA... - Belə deyirlər...














Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov son günlər Nardaranda yerləşən bağ evində bir-birinin ardınca ziyafətlər təşkil etməkdədir.

Muxalifet.az-a bu haqda məlumat verən etibarlı mənbə deyir ki, sabiq nazir ötən ilin sonundan – dekabrın 29-dan etibarən öz evində çoxsaylı qonaqlar qəbul etməkdədir. Bu qonaqlar arasında adları bizə bəlli olan tanınmış şəxslərlə yanaşı, görkəmindən əcnəbilərə bənzəyən insanların da olduğu bildirilir.

Ən maraqlısı isə odur ki, E.Mahmudovun Yeni ilin gəlişi münasibətilə təşkil etdiyi ziyafətlər hələ də davam edir və onun bağ evinə hər gün çoxsaylı qonaqlar axın etməkdədir. Bir sözlə, sabiq nazir artıq 10 günə yaxındır ki, yeyib-içir və gününün bir hissəsini də saunada keçirir.

Yeri gəlmişkən, zaman-zaman mətbuatda Eldar Mahmudovun “ev həbsi” yaşadığı iddia olunsa da, sabiq nazirin son günlər başının ziyafətlərdən açılmaması vəziyyətinin heç də pis olmadığını ortaya qoyur. Hətta indi onun kefinin kök olduğunu da deyə bilərik. Axı, son günlər verdiyi ziyafətlər heç də dərdini kimlərləsə bölüşmək məqsədilə təşkil edilməyib.

Üstəlik, bu ziyafətlərin hələ daha neçə gün davam edəcəyi də bəlli deyil. Bəlkə də, cənab Mahmudov hansısa səbəbdən (Məsələn, həbsdən xilas ola bildiyi üçün - müəl.) 40 gün 40 gecə ziyafət verməyi əhd edib! Niyə də verməsin?! Ölkənin milli təhlükəsizliyinə cavabdeh olan qurumu pis günə qoymasına rəğmən (Məsələn, onun rəhbərliyi dönəmində bu qurumda çalışan və xarici dövlətlərə xidmət edən casuslar son vaxtlar bir-bir üzə çıxarılmaqdadır – müəl.), E.Mahmudov hələ də azadlıqda kef edir və gecə-gündüz yeyib-içməklə məşğuldur.

Halbuki, E.Mahmudovun yarıtmaz idarəçiliyi ucbatından MTN-nin bir sıra peşəkar əməkdaşları hazırda həbsdədirlər və sabiq nazirin qanunsuz əməllərinin cəzasını çəkirlər.

O da təccüblüdür ki, öz doğma oğlu Anar İngiltərədən Bakıya gələ bilmədiyi, yanvarın 21-də qudası Cahangir Hacıyev barəsində çıxarılacaq məhkəmə qərarı indidən bəlli olsa da, cənab Mahmudov öz kefindən qalmır... Nə deyək? Həmişə kefdə-damaqda!
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu