Səfərovun gediş sirri: azərbaycanlı və erməni icmaların dialoqu başlanır - Gəlişmə...
Siyaset
Oxunub: 372
7 yan 2019 | 10:40
Səfərovun gediş sirri: azərbaycanlı və erməni icmaların dialoqu başlanır - Gəlişmə...














Bayram Səfərovun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri postundan getməsinin əsl səbəbləri aydınlaşır. Tural Gəncəliyev amilinin detalları bilinir.

Cahan.info xəbər verir ki, bu dəyişiklik fərdi məsələ deyilmiş. Qarabağ danışıqlarında yaranmış yeni əlverişli imkanları dəyərləndirmək üçün icmanın fəaliyyəti aktivləşir.

Hökumət praqmatik, gənc, rus və ingilis dilləri bilən icma sədri seçilməsini tələb edirdi. B.Səfərov isə danışıqlar masası üçün uğurlu kadr hesab edilmirdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri postunda artıq çevik, gənc, perspektivli, enerjili şəxsə ehtiyac vardı.

Çünki Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri 3 istiqamətdə -həm Dağlıq Qarabağın erməni icması, separatçılar, həm Ermənistan hakimiyyəti, həm də xaricdəki erməni lobbisi ilə mübarizə aparmalıdır.

İcmanın rəhbəri xarici ölkələrdə görüşlərdə iştirak etməli, ən azı rus və ingilis dillərini bilməlidir. Şuşada anadan olmuş bir şəxsin Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçməklə doğru qərar verilib.

Mümkündür ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlasın. Böyük ehtimalla, gələn il üçüncü ölkələrdə belə dialoqun keçirilməsi mümkündür.

Son aylarda Dağlıq Qarabağ separatçılarının lideri müxtəlif ölkələrə -Fransaya, Rusiyaya, ABŞ-a səfərlər edib. Bu, bizim narazılığımıza səbəb oldu və Xarici İşlər Nazirliyi bir neçə nota verdi.

Ona görə Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri çevik bir şəxs olmalıdır ki, o da bu səfərlərə çıxsın və Azərbaycan tərəfinin mövqeyini dünya ölkələrinə çatdırsın.

Dağlıq Qarabağdakı hər iki icmanın danışıqlar prosesində maraqlı tərəf kimi iştirakı ATƏT-in 1992-ci il Helsinki qərarında təsbit olunub. Burada söhbət birbaşa tərəf kimi iştirakdan getmir.

Cahan.info-nun mediaya istinadən məlumatına görə, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yeni sədri Tural Gəncəliyev dünən yeni rəhbər qismində ilk tvitini atıb. İngilis dilində yazılan tvitdə bu sözlər qeyd olunub:

” I’m IDP since 1992. Enough is Enough. I would like to exercise my inseparable right to return my native Shusha and to our house where I spent my childhood. #OSCEMG Co-Chairs”

– “Mən 1992-ci ildən məcburi köçkünəm. Yetercə kifayətdir. Mən doğma Şuşaya və uşaqlığımın keçdiyi evimizə qayıtmağımın ayrılmaz hüququnu həyata keçirmək istərdim. # ATƏTMQ həmsədrləri”. Tvitlə yanaşı yerləşdirilən iki fotoda işğaldan öncəki Şuşa şəhəri əks olunub.

T. Gəncəliyev bu günlərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsinə təyin edilib və rəsmi olaraq birinci katib kimi vəzifəsinin icrasına hələ də başlamayıb.

Xarici işlər naziri Elmar Məmmədyarovun imzaladığı əmrə əsasən, T. Gəncəliyev birinci katib kimi vəzifəsinin icrasına gələn il yanvarın 7-dən başlayacaq.

Bu fakt göstərir ki, T. Gəncəliyevin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri vəzifəsinə gətirilməsinin həm onun özü, həm də E. Məmmədyarov üçün gözlənilməz olub.

Ombudsman Aparatında çalışmış T. Gəncəliyev daha sonra Azərbaycanın Kanada və Çexiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə işləyib.

Birinci katib təyin olunduğu Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi isə xarici işlər nazirinin sabiq müavini Xələf Xələfovun birbaşa tabeçiliyində olub.

T. Gəncəliyevin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsinə təyinatdan imtina edib-etməyəcəyi də hələ dəqiqləşməyib.

Qanunvericilikdə diplomatın həm də bir İctimai Birliyin, daha doğrusu QHT-nin rəhbəri olub-olamaması barədə konkret müddəa yoxdur.

Lakin bununla belə, XİN-nin idarələrinin birində birinci katib postunu tutan şəxsin İcma rəhbəri kimi təqdimatı da suallar yarada bilər. Ona görə də bu barədə məsələ hazırda hökumətdə müzakirə olunur və yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, indiyə qədər "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin ofisi Şuşa rayon İcra Hakimiyyətinin binasında yerləşib. Bu da təbiidir.

Çünki "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədrləri indiyə qədər məhz Şuşa rayon İcra Hakimiyyətinin başçıları olub.

Ancaq indi fərqli durum yaranıb. Şuşa rayon İcra Hakimiyyətində də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin həmin binada fəaliyyətini davam etdirəcəyi, yaxud ayrıca bir ofisdə fəaliyyət göstərəcəyi barədə dəqiq məlumat yoxdur.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu