Milli Məclisə yeni qanun layihələri verdilər - SİYAHI
Siyaset
Oxunub: 483
26 dek 2018 | 18:17
Milli Məclisə yeni qanun layihələri verdilər - SİYAHI














2018-ci il yekunlaşır. Bu il ərzində Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib, yeni qanun layihələri qəbul olunub. Yaz və payız sessiyaları ərzində parlamentin bir neçə deputatı qanunvericilik təşəbbüsü ilə çıxış edib və fərdi şəkildə qanun layihələri hazırladıqlarını bildiriblər.

Modern.az saytı Milli Məclisin 2018-ci ilin yaz və payız sessiyalarında qanunvericilik təşəbbüsü ilə çıxış edən və qanun layihələri hazırlayan deputatları xatırladır:

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" yeni qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib. Milli Məclisin sədri Oqtay Əsədov isə Azay Quliyevin təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov rəhbərlik etdiyi komitənin iclaslarının birində “Donor haqqında” qanunun qəbul edilməsini təklif edib. Sənəddəki müddəalar isə işçi qrupunun təklifi əsasında müəyyən ediləcək.

İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, “Mətbuat Şurası haqqında” qanun layihəsinin üzərində iş gedir. Yeni sənədin hazırlanması ilə bağlı işçi qrup da yaradılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə qrupa rəhbər seçilib. Əflatun Amaşov eyni zamanda “Deputatların gəlir deklorasiyası haqqında” qanun qəbul edilməsini də təklif edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov həmkarı Əli Məsimli ilə birlikdə "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırladıqlarını və həmin sənədin qəbul edilməsini təklif ediblər. Qanun layihəsi 19 maddədən ibarətdir. Sənəddə tələbələrin rahat bir şəkildə təhsil kreditlərindən yararlanması kimi məsələlər öz əksini tapıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Kredit risklərinin sığortalanması haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bildirib ki, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər. Deputat həmçinin, bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev isə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəllifidir. Sənəd Milli Məclis Aparatına təqdim olunub. Qanun layihəsi 12 maddədən ibarətdir. Sənəddə işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı