Rafael Cəbrayılovun mandatını bitirən sənəd: deputat buna nə deyəcək? - Foto
Siyaset / Dunya
Oxunub: 837
24 dek 2018 | 11:20
Rafael Cəbrayılovun mandatını bitirən sənəd: deputat buna nə deyəcək? - Foto















Görəsən, deputat buna nə ad verəcək? Üç ildən çoxdur ki, tikinti fırıldağı ilə gündəmdən düşməyən Rafael Cəbrayılovun bu dəfə borclu olması barədə özünün imzası olan məktub üzə çıxıb

Cahan.info xəbər verir ki, millət vəkili ona böhan atıldığını və heç kəsə borcu olmadığını israr edirdi. Amma hər gün yeni faktlar, şikayətlər meydana çıxır.

Əgər yalan olsaydı, vətəndaşlar uzun müddət nə üçün müxtəlif orqanlara, mətbuata məktublar göndərirdi? İnterpress.az deputatın borclu olduğunu təsdiqləyən əl yazısı bir sənədi yayıb. Şəkildən görünür ki, millət vəkili borclu olduğunu inkar etməyib.

Rafael Cəbrayılov qardaşının adına “Dərhal” MTK açıb. Amma Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi”ndəki mənzillərin bir çoxunun 2 və daha çox sahibi var.

Eyni zamanda borcuna qarşılıq vəd etdiyi mənzilləri də sahiblərinə verə bilmir. Borc sahiblərindən biri uzun illərdən bəri pulunu deputatdan ala bilməyən iş adamı Məlahət Qurbanovadır.

Onun sözlərinə görə, Cəbrayılov borc müqaviləsi imzalamaqla yanaşı, həmin borca görə dörd mənzilini girov verib: “Bütün sənədləşmələr rəsmi aparılıb və bizdə bu barədə bütün sənədlər mövcuddur.

Ancaq Rafael Cəbrayılov artıq beş ildir ki, borcumuzu qaytarmır, həm də girov olaraq bizə verdiyi mənzilləri sataraq, pulumuzu götürməyimizə mane olur.

Biz dəfələrlə sahib olduğumuz mənzillərə baş çəkmək istədikdə, qarşımıza maneələr çıxarılır”.

İş adamı əlavə edib ki, deputat onun haqda danışanda imicinə zərbə vurulduğunu bildirib: “Buna görə üç il əvvəl güzəşt etdik. Onun istəyi ilə bütün borc faizlərini sildik, açıqlama da verdik ki, imici düzəlsin, borcumuzu ödəsin.

Ancaq Rafael Cəbrayılov növbəti dəfə bizi aldatdı. Deputatın o böyük məbləğin qarşısında bizə ödədiyi borcun faizinin belə onda biri deyil. Biz borca qarşılıq olaraq o mənzilləri istəyirik. Ancaq bəlli olur ki, o mənzilləri də başqasına satıb”.

M.Qurbanova bildirib ki, “Binəqədi Gənclər Şəhərciyi”ndəki XXI bina 42, 43, 68 və 78-ci mənzilləri və borcunu geri almaq üçün hüquqi müstəvidə mübarizəyə başlayacaq.

Cahan.info xəbər verir ki, R.Cəbrayılov çətin vəziyyətlə üzləşib. O, nə borcları qaytarır, nə də medianın gündəmindən kənarda qalır. Bu da onun gələn seçkidə mandat şanslarını azaldır.

Deputata aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında məhkəmə çəkişməsi bir sıra mətləbləri üzə çıxardı.

Bank Rəfael Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas götürərək hüquqi müstəvidə hərəkətə keçdi.

“Nikoil Bank”ın deputat, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesinin keçirilməsi Rəfael Cəbrayılovun bizneslə məşğul olması məsələsinə dair sualları ortaya çıxardı.

Bu yazıda əldə edilən məlumatlara əsasən qeyd olunur ki, Rəfael Cəbrayılovun biznes imperiyası tamamilə çökdürülüb.

Ona məxsus obyektlər, hətta bir bağ evi deputatın əlindən çıxıb. Hazırda deputata yaxınları köməklik göstərirlər. Belə ki, hazırda millət vəkilinin 2 qardaşı bizneslə məşğul olur.

Məlumatda göstərilir ki, Cəbrayılov qardaşlarının 3-ü də ötən əsrin 90-cı illərinin ortalarından bizneslə məşğul olmağa başlayıb.

Hətta onlardan birinin var-dövlətinin 6 milyon manat olduğu bildirilir. O da vurğulanır ki, əslində əslində biznes deputatın özünün imiş və kömək etmək üçün ora qardaşlarını cəlb edib. Eyni zamanda həmin biznesə bir nəfərlə şərikli qoşulub.

Özü də bu biznesə qoşulmaq üçün həmin şəxs vaxtilə Bilgəhdəki 2.5 milyon dollar dəyərində olan bağ evini girov qoyaraq ondan 1.5 milyon dollar pul götürüb.

Deputatın qardaşı Elşən Cəbrayılov Məlahət Qurbanova, Sülhiyyə Məmmədova, Fərid Əliyev, Osman Hacıyev kimi onlarla mənzil sahibinə fırıldaq gələrək pulunu yeyib.

Deputatın qardaşına bu işdə dostu Mirəhməd Abbasov köməklik edir. Onlar əlbir olaraq, şirkətin tikdiyi 5 mərtəbəli binalarda ev satır, sonra mənzilləri təhvil vermirlər.

Artıq bu məsələ yuxarıların diqqət mərkəzindədir, “Dərhal” MMC barədə istintaq hərəkətləri aparıla bilər.

Millət vəkili öz statusundan istifadə edərək qardaşının kələk gəldiyi adamlara pulu qaytarmır. Odur ki, qurbanlar toplaşaraq etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Mirəhməd Abbasov millət vəkili Rəfael Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib.

Bu günə qədər onları müxtəlif adlarla təhdid etməklə öhdəliklərini yerinə yetirməkdən yayınır. Bakı sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadılıblar.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı