Deputat: Bu SOCAR-ın Prezidentin ad gününə ən yaxşı hədiyyəsidir
Siyaset
Oxunub: 402
22 dek 2018 | 13:13
Deputat: Bu SOCAR-ın Prezidentin ad gününə ən yaxşı hədiyyəsidir














Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin belə bir gündə istifadəyə verilməsi Dövlət Neft Şirkəti rəhbərliyinin Prezident İlham Əliyevin qarşıdan gələn ad gününə ən yaxşı hədiyyəsidir.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Azərbaycanın sabiq Baş nazirinin birinci müavini, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.

Vahid Əhmədov deyib ki, bu layihə çox böyük əhəmiyyətə malikdir:

“Bu müəssisənin açılışı çox vacib əhəmiyyət daşıyır. Çünki Azərbaycanda bitum istehsalı ilə bağlı çatışmazlıq var idi. İndi bu qurğu istifadəyə verildiyi üçün artıq Azərbaycanda asfalt çəkilişi ilə bağlı heç bir problem olmayacaq. Digər tərəfdən isə bu müəssisə maye qaz və benzin istehsalı ilə əlaqədar mühüm rol oynayır. Bilirsiniz ki, “Ağ şəhər” adlanan ərazidə mövcud olan köhnə neft-yağ müəssisələri başqa əraziyə köçürülməlidir. Bunun üçün də böyük ərazi lazımdır. Digər tərəfdən isə artıq “Avro 5” standartlarına keçid nəzərdə tutulur. Gələcəkdə “Aİ 92”, “Aİ 95” və “Aİ 98” benzinlərinin istehsalı da planlaşdırıldığı üçün bu cür müasir qurğuların olması vacibdir. Belə müəssisələrin açılması həm də Bakı şəhərinin ekologiyasının qorunmasına müsbət təsir göstərir”.

Deputat qeyd edib ki, sözügedən müəssisə Azərbaycanın maye qaz emalına da müsbət təsir göstərəcək:

“Hesab edirəm ki, Azərbaycanda 2018-ci ildə görülən ən böyük işlərdən biri məhz budur. Bu müəssisə Azərbaycanın ixrac potensialı üçün də vacib əhəmiyyət daşıyır. Ola bilsin ki, yaxın gələcəkdə Azərbaycan yüksək standartlı benzin və maye qaz ixrac etsin. Bütövlükdə mən bunu müsbət hadisə hesab edirəm”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı