Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz
Siyaset
Oxunub: 3 225
21 dek 2018 | 10:30
Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz














Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz
Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz
Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz
Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz


İki icra başçısı hədəfdə - Süleyman Mikayılovla Asif Əsgərov yola salınır

Daha 2 icra başçısına YAXŞI YOL - Camaatı bezdirmişdilər onsuz






Qaradağın icra başçısından narazılıqlar o həddə çatıb ki, artıq ona tanınan güzəşt limiti tükənib, Nəsiminin başçısından Korrupsiya İdarəsinə şikayət olunduğu deyilir; bu məmurların ailə üzvlərindən bir nəfər ölkə rəhbərliyinin ailəsinə Avropadan yağdırılan söyüşlərə bir cümlə ilə də olsun, cavab vermirlər

Son aylar xeyli sayda icra başçısı işdən çıxarılıb. Bu proses həm kənd rayonlarında aparılır, həm də Bakıda... Bu ilin aprel ayında keçirilən prezident seçkisindən sonra isə başçılarla bağlı daha fərqli siyasət yürüdülür. İcra başçıları ilə bağlı əvvəlki illərdə tətbiq edilən yerdəyişmə ənənəsi də tarixin arxivinə göndərilib. Məsələn, ötən illərdə A rayonunun icra başçısını çıxarıb, B rayonuna təyin edirdilər, C rayonuna da D rayonundan başçı gətirilirdi və s. Beləcə, köhnə kadrlar yeni rayonlarda vəzifələrə təyin edilirdi.

Artıq bu ənənənin işə yaramadığı göz önündədir. Yerlərdə xalqın razılığını, məmnuniyyətini qazanmaq hakimiyyət üçün çox önəmlidir. Ölkə prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı müsbət tendensiyalı siyasəti əksər vaxt tamahkar, rüşvətxor məmurlar zədələyir. Ona görə də icra başçıları ilə bağlı tamam fərqli siyasət yürütmək qərarına gəlinib.

Hələlik, Azərbaycanda siyasi tələblərlə etiraz aksiyalarının keçirilməsi mümkünsüz görünür. Lakin sosial narazılıqlar var və bu narazılıqların artmasında, problemlərin həll edilməməsində yerli məmurların günahları həddən artıq çoxdur. Vəzifəyə gəlir nöqtəsi, biznes obyekti kimi baxdıqları üçün xalqla ünsiyyət, insanların üzləşdiyi problemin həllinə diqqət arxa plana keçir. Nəticədə xalq hökumətdən narazı qalır. Ona görə də son aylar bu sahədə ciddi dönüş yaratmağa təşəbbüs göstərilir. İşinin öhdəsindən gələ bilməyən, xalqla, yerli əhali ilə rəftarını düzgün qurmayan, rüşvətxor, korrupsioner məmurlar gənc və intellektual kadrlarla əvəzlənir.

Son 8 ayda Bakının rayonlarında da xeyli icra başçısı işdən azad edilib. Köhnə nəslin nümayəndələri kimi xarakterizə olunan bu kadrların yerinə gənc və reputasiyası təmiz kadrlar gətirilir. Bu dəyişikliklərdən hələlik yayına bilən başçılar da yox deyil.

Məsələn, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov kimi “köhnələr” hələ də məmur kreslolarından möhkəm yapışıblar.

Süleyman Mikayılovun adına mətbuatda tez-tez rast gəlinir. Onun ən çox yola getmədiyi təbəqə iş adamlarıdır. Bu haqda dəfələrlə mediada ayrı-ayrı iş adamlarının başçıdan şikayətləri dərc edilib. Süleyman Mikayılovun rəhbərlik etdiyi rayonda sosial narazılıqların tüğyan etdiyinə dair indiyədək çox yazılıb. Deyilənə görə, S.Mikayılov sadə insanlarla da ünsiyyətdə kobudluq göstərir, icra hakimiyyətinə gələn vətəndaşların şikayətlərinin həllinə köməklik göstərmir.

Süleyman Mikayılova Bakının ən böyük sənaye rayonundan olan Qaradağa rəhbərlik tapşırılıb. Rayonun əhali kontingenti də fərqlidir. Sənaye rayonu olduğu üçün Qaradağda əsasən, orta və kasıb təbəqə yaşayır. Musavat.com-a daxil olan məlumata görə S.Mikayılovun işindən nəinki yerli sakinlər, heç “yuxarılar” da razı deyillər. Dəfələrlə onun haqqında dosye hazırlanıb, aidiyyəti ünvanlara göndərilsə də hələlik S.Mikayılovla bağlı gözləmə mövqeyi seçilib. Deyilənə görə, artıq vəziyyət dəyişib.

Musavat.com-un əldə etdiyi məlumata görə, S.Mikayılova edilən güzəşt limiti artıq başa çatmaq üzrədir. Məlumatlı mənbə bildirir ki, yaxın zamanlarda Süleyman Mikayılov vəzifədən çıxarılacaq.

İşindən xalqın və hökumətin narazı qaldığı digər başçı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Bu məmurun adı zaman-zaman medianın manşetlərini “bəzəyir”. A.Əsgərov haqqında ən çox mənfi planda məqalələr yazılan icra başçılarının ilk beşliyində yer alır yazsaq, yəqin də heç bir şişirtməyə yol vermiş olmarıq.

Bu yaxınlarda deputat Adil Əliyev musavat.com-un canlı yayın proqramında demişdi ki, Bakı rayonlarından birinin icra başçısı ondan 30 min manat rüşvət tələb edib. Deputatın sözlərinə görə, o, başçıdan bir seçicisi üçün xahiş edibmiş. Vətəndaş özünə məxsus obyektə küçə tərəfdən qapı açmaq istəyirmiş. Həmin başçı deputata sözün birbaşa mənasında qiymət oxuyub: ondan 30 min manat istəyib.

A.Əliyev jurnalistə bildirmişdi ki, icra başçısı deputatla bu cür rəftar edirsə, onda görün sıravi vətəndaşın başına hansı oyunlar açılır.

Bu açıqlama günlərlə medianın gündəmində müzakirə edildi. Saytlar Adil Əliyevin adını çəkmədiyi başçının Asif Əsgərov olduğuna dair məlumatlar dərc etdi. Buna baxmayaraq, adı bu cür biabırçı şəkildə rüşvət qalmaqalında hallanan A.Əsgərov bu haqda mətbuata heç bir yazılı və ya şifahi açıqlama vermədi. Deyilənləri, yazılanları təkzib etmədi. Sanki susmaqla “o deyilən icra başçısı mənəm” mesajını vermiş oldu.

Yeri gəlmişkən, müsavat.com bu mövzuda məqalə yazdı. Asif Əsgərovun özü ilə danışıb, deyilənlərə münasibətini öyrənmək istədik. Buna nail ola bilmədik.

Başçı zənglərimizə cavab vermədi. Ona görə də müavini Qurban İsmayılovla danışmaq istədik. O da sualı eşidən kimi telefonu üzümüzə qapatdı. Həmin yazının linkini təqdim edirik: http://musavat.com/news/adi-30-min-manat-rusvetde-hallanan-bascisi-haqda-yeni-sok-melumatlar_574105.html

Bu arada, musavat.com-a daxil olan məlumata görə, Asif Əsgərovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edilib. Şikayət edən tərəfin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olduğu deyilir. Mənbənin bildirdiyinə görə, Asif Əsgərov yaşayış və qeyri-yaşayış yerləri üçün icazə verdiyi yerlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırılaraq xeyli qanunsuzluqlar aşkar edilib.

Və sonda... Neçə aylardır, hakimiyyətin ən yuxarı təbəqəsi xaricdə yaşayan bir qrup tərbiyəsiz adamlar tərəfindən təhqir olunur. Ölkə prezidenti, onun yaxın çevrəsi, bəzi yüksək rütbəli məmurlar Avropada məskunlaşmış şəbəkənin virtual hücumuna məruz qalırlar. İndiyədək hansı icra başçısı, o cümlədən bu yazıda haqlarında bəhs edilən məmurlar, yaxud onların ailə üzvləri ölkə başçısına və onun ailəsinə qarşı edilən mənəvi-psixoloji hücuma mövqe bildirib?! Bildiyimiz qədər, Süleyman Mikayılovun, Asif Əsgərovun oğlu-qızı var, hamısı da sosial şəbəkə istifadəçisidirlər. Üstəlik, hər iki məmurun geniş çevrəsi var, qohum-əqrəba sarıdan da, maşallah olsun, boldurlar. Araşdırmalarımıza görə, bu söyüş kampaniyasında S.Mikayılovun və A.Əsgərovun nə ailə üzvləri “söyüş müxalifəti”nin tərbiyəsizliyinə bir dəfə də olsun münasibət bildiriblər, nə də çevrələri, nə də qohum-əqrəbaları. Amma bu gün yaşadıqları lüks həyata görə, malik olduqları müqayisəsiz sərvətə, var-dövlətə görə bu iqtidara, onun başçısına borcludurlar. Fəqət bu cür vəziyyətlərdə kənara çəkilirlər. İqtidarı, onun rəhbərini müdafiə edən bircə cümlə yazmırlar, demirlər.

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı