Elmar Vəliyevin oğluna yaraşan jest: bir avtobusa da göz dikirsə... - Replika
Siyaset
Oxunub: 451
18 dek 2018 | 14:31
Elmar Vəliyevin oğluna yaraşan jest: bir avtobusa da göz dikirsə... - Replika















Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğluna bu günlərdə yeni vəzifə verildi. Elmir Vəliyev parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə gətirildi. Amma o, özünü heç yaxşı tərəfdən göstərmədi

Cahan.info xəbər verir ki, Elmir Vəliyev “Kəpəz” futbol klubunun Müşahidə Şurasından gedər-getməz komandaya verilən avtobusu tələb edərək geri aldı.

Bu utancverici addım kimi qiymətləndirildi. Sosial şəbəkələr E.Vəliyevə bu hərəkətini yaraşdırmadılar. Amma yaraşır.

Elmar Vəliyevin oğlundan bundan artığını gözləmək olmazdı. Sanki Elmir Vəliyev kluba öz cibindən xərcləyib, halal zəhmətinin haqqı ilə avtobus almışdı.

Belə hərəkət ikrah hissi doğurur. Sosial şəbəkələrdə isə gülüş hədəfinə çevrildi. Üstəlik, bu günlərdə AFFA-nın vitse-prezidenti demişdi ki, “Kəpəz”i Premyer-liqaya qaytarmaq lazımdır.

Elmir Vəliyev isə belə gözlənti olduğu halda avtobusu bərk-bərk qucaqlayıb, “Hacı Qara” kimi hərəkət elədi. Xəbər lentlərində gedən bu informasiya müzakirələr açdı.

Elmir Vəliyev atasının hakimiyyəti dövründə Gəncədə “at oynadıb”. Onun bazarına sahibkarların sürgün eləmişdilər. Vəliyevlər erası bitən kimi bazar da əllərindən alındı.

Sabiq başçı oğlunun kortejlə gəzdiyi haqda iddialar da səslənirdi. Keçmiş icra başçısının oğlunun kortejinə daxil olan maşınların nömrə nişanları 700-lə bitir. Belə maşınlardan biri “Lexus” markalı, Az 90 AO 700 nömrə nişanlı maşındır.

Xatırladaq ki, Elmar Vəliyevin vəzifədən çıxarılması ilə bağlı qərar ona qarşı törədilmiş sui-qəsdən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır.

Sosial şəbəkələrdə və internet portallarında yayılmış görüntülər də sabiq icra başçısının hələ tam sağlamlığa qovuşmadığını, öz vəzifəsinin icrasını davam etdirə bilməyəcəyini gösətərir.

Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Buna görə, Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlanması məqsədəuyğun hesab edilməyib.

Elmar Vəliyev Gəncənin və ölkənin ən zülmkar məmurlarından biri olub. Onun vətəndaşları, çinovnikləri tez-tez təhqir etdiyi barədə məlumatlar dolaşırdı. Mətbuatda E.Vəliyev zülmü barədə geniş yazılar dərc olunub.

İyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında bir kişi icra başçısı və onun cangüdənini güllələyib. Əvvəlcə cangüdənin öldüyü barədə informasiyalar yayılsa da, sonra hər iki yaralının yaşadığı məlum olub.

Yada salaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan Prezidenti Gəncə şəhərində baş verən hadisələri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu deyib və hücumla bağlı bir qrup insanın həbs edildiyini bildirib.

“Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək...

Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək”.

Prezident İlham Əliyev Gəncədə iğtişaşlar zamanı həlak olan polis zabitlərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin əməkdaşları - polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov (ölümlərindən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı