"Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər" — Siyavuş Novruzov
Siyaset
Oxunub: 382
17 dek 2018 | 22:47
"Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər" — Siyavuş Novruzov
















"Bizim polislər aksiyalar zamanı etitazçılara qarşı çox səbrli və təmkinli davranırlar. Hesab edirəm ki, Qərb və Avropa dövlətlərinin polisləri gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər".
Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov Parisdə təşkil olunan kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Azərbaycan polisi dünyanın ən sivil və humanist davranan polislərindən biridir:

"Əgər dünyada baş verən hadisələrə baxsaq görərik ki, ABŞ-dan tutmuş bütün Avropa ölkələrində qanunsuz keçirilən aksiyalara qarşı çox ciddi tədbirlər görülür. Dünya mediasından da izləyib görürük ki, həmin xarici ölkələrdə ictimai sabitliyin bərqərar edilməsi üçün atlar və itlər, göz yaşardıcı qaz və rezin güllələrdən istifadə olunur. Əfsuslar olsun ki, bunun çox yüngül forması Azərbaycanda tətbiq ediləndə kimlərsə bizə demokratiya dərsi keçməyə çalışır. Halbuki, Azərbaycanda qanunsuz aksiya zamanı saxlanılanlar sivil qaydada avtobuslara əyləşdirilərək polis bölmələrinə aparılır, orada isə onların izahatları alındıqdan sonra sərbəst buraxılırlar".
Komitə sədri beynəlxalq təşkilatları da Azərbaycana qarşı demokratiya ilə bağlı qərəzli yanaşmaqda günahlandırıb:

"Bu gün Parisdə etiraz aksiyaları zamanı 1000-ə yaxın insan həbs olunub. Onların əksəriyyəti hələ də həbsxanalarda saxlanılır. Hazırda Fransada fövqəladə vəziyyət elan edilib, minə yaxın insan həbs edilib, amma Avropa Şurası və Avropa İttifaqına daxil olan heç bir dövlət baş verənlərlə bağlı hər hansı fikir bildirmir, müzakirə aparmır. Bundan öncə də Hollandiyada türklərə qarşı böyük bir kampaniya başladılmışdı. İtlər və atlarla türklərə hücumlar təşkil edilmişdi. Həmin vaxt da heç bir beynəlxalq təşkilat səsini çıxartmamışdı. Yəni, Qərbinə özünə gələndə demokratiya yada düşmür, amma digər ölkələrdə, o cümlədən Azərbaycanda hər hansı buna bənzər hallar olan kimi dərhal hərəkətə keçirlər, bəyanat verməyə başlayırlar, məsələni Avropa Şurasında müzakirəyə çıxarırlar və sairə. Yalandan da car çəkirlər ki, ay Azərbaycanda insan haqqları pozulur, insanlara sərbəst toplaşmaq üçün şərait yaradılmır və sairə. Əksinə, bu gün həmin Qərblə müqayisədə Azərbaybaycanda tam şərait yaradılır, başqa qüvvələrin təxribat törətməməsi üçün aksiya keçirmək istəyənlərin təhlükəsizliyi polis tərəfindən qorunur. Bunun da çox sadə yolu var, öncədən xəbərdarlıq etməklə Azərbaycanda istənilən vaxt bu cür tədbirlər keçirtmək mümkündür".
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı