“Paşinyana dedim ki, heç vaxt səni dəstəkləmərəm” – Lukaşenko
Siyaset
Oxunub: 445
23 dek 2018 | 10:00
“Paşinyana dedim ki, heç vaxt səni dəstəkləmərəm” – Lukaşenko














Belarus prezidenti Aleksandr Lukaşenko tən gün Minskdə rusiyalı jurnalistlərlə görüşündə KTMT baş katibi məsələsi ətrafında Ermənistan baş naziri ilə blokun digər üzvləri arasında yaşanan mübahisədən ətraflı danışıb.
Belarus rəsmi qaynaqları Lukaşenkonun çıxışının stenoqramını dərc ediblər. Və belə məlum olur ki, Lukaşenko Ermənistan baş naziri Nikol Paşinyanı bu qalmaqalın səbəbkarı adlandırıb. Və onun Qazaxıstan prezidenti Nursultan Nazarbayevə qarşı kəskin reaksiyasını da pisləyib.

“Nəyə görə Paşinyan qalan beş prezidentlə razılaşmır? Axı bu sıyığı qarışdıran o özüdür. Axı beynəlxalq statuslu məmuru həbs etmək (Yuri Xaçaturovu) nəyə lazım idi? Xaçaturov həbs ediləndə və bu sıyıq qarışanda həmin gün, ya ertəsi gün Paşinyan mənə zəng vurdu. Və söhbət belə tamamlandı. Mən deyirəm: “Nikol, mən bilirəm ki, sən demokratik adamsan. Demokratik adam olduğun üçün mən fikirləşmirəm ki, adamı siyasi motivlərlə həbs etmək barədə komanda verəsən. O isə mənə deyir: “Aleksandr Qriqoryeviç, siz ki məni bu planda dəstəkləyirsiniz, o korrupsinerdir, düşməndir, adamlara atəş açıb və s. “ Mən deyirəm: “Nikol, mən hökmən səni dəstəkləyərəm, çünki belə metodları qəbul etmirəm. Əgər Xaçaturov haqda deyilənlər düzdürsə. Yox, əgər sən adamı siyasi motivlə həbs etməyə komanda vermisənsə, allah eləməsin, mən heç vaxt səni dəstəkləmərəm”. Bax mənim cavabım belə olub. Problemi yaradan biz deyilik, odur”-Lukaşenko bildirib.

Belarus prezidenti deyib ki, KTMT-nin Astanadakı sammitində bu mövzu ətrafında müzakirələr olub. KTMT baş katibi postunun Belarus nümayəndəsinə keçməsi məsələsini hamı dəstəkləyib.

“Guya mən buna can atmışam ki, öz adamımı ora təyin edim. Qətiyyən yox. Nazarbayev təklif edib, sonra Putin və qalanları dəstəkləyib. Onda biz dedik ki, yaxşı, olsun. Onsuz da bir il sonra nizamnaməyə görə biz öz adamımızı irəli sürməliydik. Yaxşı, qoy olsun. Amma bu uğultu başladı. Məsələ xoşagəlməz formada mətbuata çıxdı. Sonra Nazarbayev Astanada sammitdən sonra müsahibə verməyə getdi. Ondan soruşurlar: “Növbəti baş katib kim olacaq?” O isə deyir: “Belarus olacaq, biz bu barədə razılaşdıq”. Və Nikol Nazarbayevə kəskin reaksiya verir. Bura bax, o ki patriarxdır. Sən ki, səliqəli, şərq adamısan. Nursultana hamı hörmət edir. Bu biabırçılıqdır ki, biz KTMT-yə rəhbər seçə bilmirik”- Lukaşenko deyib. (Virtualaz.org)
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı