“Sarı jiletlər” Rusiyaya gəlir – Putin əndişədə…
Siyaset
Oxunub: 472
14 dek 2018 | 17:15
“Sarı jiletlər” Rusiyaya gəlir – Putin əndişədə…
















Qabil Hüseynli: “Bütün dünya Fransada baş verən hadisələrdən ibrət dərsi götürsə daha yaxşı olar”

Fransada start götürüb Avropanın digər qabaqcıl ölkələrinə yayılan “sarı jiletlilər” hərəkatı Rusiyanı da ağuşuna ala bilər. Prezident Vladimir Putin bundan ciddi narahatdır.

O, hüquq müdafiəçiləri ilə görüşündə narahatlığını gizlətməyərək açıq şəkildə “Siz istəyirsiz Rusiya üçün də belə bir təhlükə olsun?” deyib.

Əslində bu cümlədə gizli kodlar var. Ekspertlər Rusiya tipli ölkələrdə belə etirazların hər an baş verə biləcəyini qeyd edirlər. Şimal qonşumuzda “sarı jiletlilər” tipli hərəkat başlarsa, bunun MDB-nin digər ölkələrinə də yayılacağı iddiaları da var.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Rusiyada belə hadisələrin başlama ehtimallarını yüksək dəyərləndirir: “Rusiyada sosial gərginlik kifayət qədər böyükdür. Çünki Rusiya uzun müddətdir sürətlə silahlanma proqramını həyata keçirir. Bu proqram bir sıra sosial proqramların həyata keçirilməsinə ciddi əngəllər yaradır. Nəticə etibarı ilə əhalinin həm maddi güzəranı, dolanışıq səviyyəsi pisləşir. Cəmiyyətdə isə rüşvət, korrupsiya mühiti getdikcə genişlənir. Üstəlik də Rusiya tam şəkildə basqı altındadır. Bu basqı sanksiyalar və müxtəlif məhdudiyyətlər çərçivəsində özünü büruzə verir. Zənnimcə, şimal qonşumuz bir sıra ölkələrin milli təhlükəsizlik konsepsiyasına görə dünyada sülh və əmin-amanlığı təhdid edən başlıca ölkələrdən biridir. Ona görə bu ölkəyə qarşı müxtəlif sanksiyalar həyata keçirilir. Açıq şəkildə Rusiyanı küncə sıxışdırmağa çalışırlar. Ölkə daxilində Putin hakimiyyətindən də ciddi narazılıq var. Sorğulara görə Putinin reytinqi sürətlə aşağı düşməkdədir. Putinin hüquq müdafiəçiləri ilə görüşündəki etirafı onun göstəricisidir ki, o da yaxınlaşan təhlükəni hiss edir. Putin MDB-nin sammitində də bununla bağlı bir sıra məsələlərə toxunmuş və bu prosesləri terrorizm kimi qələmə verərək bunun MDB məkanına yaxınlaşdığını bildirmişdi. Yaxın zamanlarda olmasa da, həqiqətən şimal qonşumuz üçün bu təhlükələr müəyyən vaxtda ola bilər. Çünki Rusiya ictimai inkişafın qanunauyğunluğuna görə inkişaf etmir. Sanki Kreml tarixin təkərini geriyə döndərməyə çalışır. Ölkə avtoritar üsullarla idarə olunur, sürətlə silahlanmaya təkan verilir. Nəticə etibarı ilə ölkənin sovet dövründə olduğu kimi mənfi sonluğa doğru getdiyi hiss edilir. Xarici ölkələrin media orqanlarında bu məsələ daha dramatik şəkildə təqdim olunur. Bildirilir ki, Rusiyadakı mövcud vəziyyət ölkədə sosial partlayışa səbəb ola bilər”.

“Sarı jiletlər” Rusiyaya gəlir – Putin əndişədə…










Əgər Rusiyada bu proseslər başlayarsa, bunun qonşu ölkələrə də sıçraması ehtimalına gəlincə, politoloq dedi ki, bu, ölkələrin necə idarə edilməsindən, sosial xarakterli məsələlərin necə həyata keçirilməsindən xeyli dərəcədə asılı olacaq: “Heç kimin ağlına Fransada o cür hadisələrin baş verəcəyi gəlmirdi. Bu nöqteyi-nəzərdən belə etirazlar günlərin bir günündə Rusiyanın da başı üzərini ala bilər. Bütün dünya Fransada baş verən hadisələrdən ibrət dərsi götürsə daha yaxşı olar”.

“Sarı jiletlər” Rusiyaya gəlir – Putin əndişədə…











Politoloq Əhəd Məmmədli isə musavat.com-a bildirdi ki, Putin öncə böyük ölkəsindən, sonra çoxlu milyardlarından narahatdır: “Putin hər yerdə, hər an təhlükə görür. Zatən bunun hesabına hakimiyyətə gəlib hökmranlığını indiyə qədər sürdürür. Tarix boyu rus hökmdarları böyük imperiya təfəkkürü hesabına dövləti idarə ediblər. Putinin də onlardan heç bir fərqi yoxdur. Zaman dəyişsə də, Rusiyanın mahiyyəti dəyişməz qalıb. Bu ölkəni çoxlu təhlükələr gözləyir. 20-yə yaxın muxtariyyəti olan ölkəni hər an təhlükə gözləyir. Ələlxüsus da avtoritar üsul-idarə ilə idarə edilən Rusiyanın zəif yeri çoxdur. Milli, dini zəmində qarşıdurmalardan tutmuş, korrupsiyaya qədər. Putinin narahatçılığına təəccüblənmək lazım deyil. ”Narıncı”, “məxməri” inqilabdan tutmuş vətəndaş müharibəsinə qədər Rusiyada hər an hər şey ola bilər. “Sarı jiletlər” Rusiyaya gələrsə, bu, bütövlüklə regionu bürüyə bilər”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu