Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”
Siyaset
Oxunub: 388
10 dek 2018 | 14:00
Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”














“Aksiyada azı 20 min adam iştirak edəcək”

Qarabağ Komitəsi 15 dekabrda Yasamal rayonu “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır. Komitənin İşçi Qrupunun üzvü və mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallının “Yeni Müsavat”a verdiyi məlumata görə, 15 dekabr mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edilib. Qarabağ Komitəsi artıq fövqəladə iş rejiminə keçib: “Demək olar ki, hər gün toplaşırıq. Ayın 15-nə çox az zaman qalır. Biz bütün hazırlıqlarımızı tamamlamaq istəyirik ki, BŞİH-in hər hansı bir qərarına hazır olaq. Ümid edirik ki, birinci mitinqə icazə verildiyi kimi bu mitinqə də icazə veriləcək və normal bir mitinq olacaq. Mitinqə hazırlıq toplantıları, görüşlər davam edir, təbliğat aparılır. Qarabağ Komitəsinin dayaq dəstələri yaradılır. Bu yaxınlarda Gəncədə dayaq dəstəsi yaradıldı. Bu gün məlumat gəlib Mingəçevirdə dayaq dəstəsi yaradıldı. Yəni işlər bütün gücü ilə davam edir”.

Həmsöhbətimiz deyib ki, mitinqə icazə veriləcəyi halda 15 dekabr mitinqinə 29 sentyabrda keçirilən birinci mitinqdəkindən çox insan qatılacaq: “Çünki birinci mitinqin təsiri güclü olub. Şəxsən mən ilk mitinqdən öncə pessimist idim, hesab edirdim ki, insanlar çox az gələcək. Amma bəlli oldu ki, insanlar Qarabağ mitinqinə qatılır. Bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verərsə, hökumət də mitinqin əleyhinə xüsusi təbliğat aparmasa 15 dekabr mitinqində ən azı 20 min adamın iştirak edəcəyinə inanıram. Keçən mitinqdən heç olmasa iki dəfə çox adam gələcək. Çünki Qarabağ məsələsi hər kəsin yaralı yeridir, hamı da bu məsələ də həssasdır”.

“Bu gün (dünən) parlamentdə bəzi deputatlar yenidən mitinqin əleyhinə çıxış ediblər. Sizcə, bu yenə də mitinqə razılıq verilməyəcəyinin siqnalı ola bilərmi? Əgər icazə verilməyəcəksə Qarabağ Komitəsi hansı addımı atacaq” sualına Ə.Zeynallı belə cavab verdi: “Artıq deputatlar 15 dekabr mitinqinə qarşı danışmağa başlayıblarsa, deməli hakimiyyət mitinqin əleyhinədir və icazə vermək fikrində deyil. Biz Qarabağ Komitəsi olaraq Qarabağ məsələsinin və Qarabağ mitinqlərinin dayandırılmasının tərəfdarı deyilik. Təbii ki, əgər icazə verməsələr, Komitə olaraq müzakirə aparıb qərar qəbul edəcəyik, hansı işlər görülməlidirsə onları görəcəyik. Amma hakimiyyət ümid eləməsin ki, biz Qarabağ mitinqlərindən geri çəkiləcəyik, geri çəkilmək yoxdur. Qarabağ uğrunda geri çəkilmək niyyətimiz yoxdur”.

“Yerlərdə dayaq dəstələrinin yaradılması işinin getdiyini dediniz. Qarabağ Komitəsinə tanınmış ictimai, siyasi xadimlərin də üzv olması üçün müraciətlər varmı” sualını isə Ə.Zeynallı belə cavablandırdı: “Biz Qarabağ Komitəsinə üzvlüyə özümüzü xüsusi olaraq canfəşanlıq eləmirik. Yəni biz kimdənsə xahiş etmirik. Əslində bu da yollardan biridir. Amma biz hazırda varianta əl atmırıq. Amma Qarabağ Komitəsinə yaxşı bir axın müşahidə olunur. Bizim hələ adını açıqlamadığımız adamlar var ki, onlar da Qarabağ Komitəsinə üzv olmaq istəyir. Fəhmin Hacıyevlə Qurban Məmmədov artıq bu günlərdə üzv qəbul olundular. Təkcə üzv qəbul olunmaqla kifayətlənməyiblər güman ki, Qurban Məmmədovun iştirakçılığı ilə bizim Londonda, Fəhmin Hacıyevin iştirakı ilə isə Kiyevdə dayaq dəstələrimiz yaradılacaq. Sankt-Peterburqdan Elbrus Mustafayev üzv olub. Güman ki, Sankt-Peterburqda da dayaq dəstəsi yaradılacaq. Moskvada dayaq dəstəsinin yaradılması artıq an məsələsidir. Fikrimiz var ki, Qarabağ Komitəsinin içərisində bir sıra şöbələr təsis edək. O şöbələrdən biri Ziyalılar şöbəsi olacaq. Düşünürəm ki, ciddi insanların Qarabağ Komitəsinə gəlməyi davam edəcək. Yəni tendensiya yaxşıdır”.

“Belə iddialar irəli sürənlər var ki, Qarabağ Komitəsi yeni formatda ortaya çıxarılmış müxalifət birliyidir, müxalifətin toparlanması platformasıdır. Belədirmi” sualına cavabında isə Ə.Zeynallı dedi ki, Qarabağ Komitəsi əsla müxalifət birliyi deyil və müxalifət birliyi olmayacaq: “Qarabağ Komitəsində müstəqil insanlar toplaşıb. Müstəqil insanların bəzilərinin fikirlərində ola bilər bir az müxalif fikirlər olsun, amma bu, müxalifət demək deyil. Qarabağ Komitəsində hakimiyyətin siyasətini dəstəkləyən adamlar da var”.
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov