Paşinyan Əliyev qarşısında necə pərt edildi - GƏLİŞMƏ
Siyaset
Oxunub: 396
8 dek 2018 | 23:30
Paşinyan Əliyev qarşısında necə pərt edildi - GƏLİŞMƏ















Bu gün Ermənistanda seçki öncəsi “sükut günü”dür. Bu arada - 9 dekabr seçkilərinə sayılı günlər qalmış Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən, baş nazir əvəzi Nikol Paşinyanın da qatıldığı MDB və Avrasiya İqtisadi Birliyi dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü işğalçı ölkə rəhbərliyi ilə bağlı bir sıra uğursuz məqamlarla yadda qalıb.

Bunlardan biri odur ki, Paşinyan səfər çərçivəsində Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə yenə KTMT (“Rus NATO-su”) üzrə müttəfiqlərin ünvanına gileylənib, onları “müttəfiq öhdəliklərini” yerinə yetirməməkdə ittiham edib, üstəlik, KTMT üzvlərini “Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa” çağırıb. Lakin onun səsinə səs verən tapılmayıb.

“Biz indi dəqiq cavab almaq istəyirik. Heç kəs bizi günahlandıra bilməz ki, müttəfiqlik öhdəliklərinin hansısa müddəasını yerinə yetirməmişik” - deyən Nikol Paşinyan Ermənistanı “etibarlı müttəfiq” adlandırıb və ardınca təəssüflə qeyd edib ki, eyni fikri KTMT-dəki digər tərəfdarlar haqda deyə bilməz.

“Ona görə də biz deyirik ki, gəlin münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox? Əgər müttəfiqiksə, onda öz öhdəliklərimizi yerinə yetirməliyik. Sual yaranır: KTMT bu alətdən istifadə edəcəkmi, ya yox? Bizim üçün bu, çox strateji məsələdir. Baş katiblik məsələsi isə ikinci dərəcəlidir, hətta 50-ci məsələdir. Qoy burada həmişə Belarus nümayəndəsi təmsil olunsun, ancaq bütün bunların müqabilində qarşılıqlı öhdəliklər yerinə yetirilsin”, - deyə Paşinyan müharibə xofunu gizlədə bilməyib və KTMT-də Ermənistanın, faktiki, təklənməsini malalamağa cəhd edib.

Ancaq Paşinyanın “Azərbaycanı cilovlamaq” çağırışı ciddiyə alınmayıb. KTMT baş katibi postu isə onun iddiasına rəğmən, İrəvan üçün yetərincə mühüm önəm kəsb edir. Sadəcə, seçki öncəsi Paşinyan KTMT uğursuzluğunun əks-təbliğat effektini bu yolla azaltmağa çalışır. Yoxsa rəsmi İrəvan baş katiblik məsələsində neçə vaxtdır israr eləməz, məsələ bunca uzanmaz, Putinlə məlum telefon danışığı zamanı onun təxirə salınmasını Paşinyan Kreml başçısından şəxsən xahiş eləməzdi.

Yeri gəlmişkən, artıq baş katiblik mövzusunun təxirə salınmasından söhbət gedə bilməz. Çünki Peterburq görüşləri “Rus NATO-su”na baş katib məsələsinə, demək olar, nöqtə qoyub. Belə ki, Ermənistandan çox Azərbaycanın dost-müttəfiqi olan Belarusun prezidenti Aleksandr Lukaşenko deyib ki, “təşkilatın yeni baş katibi məhz Belarusdan olacaq (Yəqin ki, Bakıda hərbi təhsil almış general Stanislav Zasya nəzərdə tutulur - ”YM") olacaq".

“Yeni Müsavat”ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə o, dünən bəyan edib. Jurnalistlərin bu mövzuda dəqiqləşdirici sualının cavabında Lukaşenko deyib: “Biz gözlənilmədən, az qala, KTMT-nin iclasını da keçirdik və prinsipcə, baş katib məsələsini həll elədik. Baş katib Belarus nümayəndəsi olacaq”. Bununla da İrəvanın sonuncu ümidi də dəfn edilib.

*****

Sankt-Peterburqdakı çox saatlıq müzakirələrdən sonra Ermənistan rəhbərliyini məyus edən daha bir nəticə üzə çıxıb. Məlum olub ki, 2019-cu ildən Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçsə də qurumun növbəti sammiti İrəvanda deyil, Astanada keçiriləcək.

İrəvan üçün digər “aşağılayıcı” detal liderlər Sankt-Peterburq Dövlət Akademik Teatrında Çaykovskinin “Şelkunçik” baletinə tamaşa edərkən qeydə alınıb. Belə ki, Rusiya mətbuatı görüş çərçivəsində liderlər arasındakı münasibətlərin işıqlandırılmasına geniş yer verib. Putinin baletə tamaşa edərkən sağında prezident İlham Əliyevin, solunda isə Aleksandr Lukaşenkonun əyləşməsi xüsusən son dövrlərdə ölkələr arasındakı yaxın münasibətlərin və əməkdaşlığın nümunəsi, həmçinin Putinin böyük ehtiramı və hörməti kimi təqdim edilib.

Tarixən Rusiyanın əlaltısı hesab olunan, lakin son aylarda Kremllə böyük problemləri olan Ermənistanın lideri Nikol Paşinyanın isə bu ehtiram və hörmətdən çox uzaqda qaldığı diqqətdən yayınmayıb. Paşinyan az qala liderlərin cərgəsini tərk edib, mühafizəçilərlə birlikdə əyləşib. Erməni lider İlham Əliyevin getdikcə daha da artan nüfuzu və liderlər arasında ona göstərilən diqqət fonunda sıxılaraq öz küncündə sakit və narazı şəkildə oturub. Bir növ, “ofsayt” durumu ilə kifayətlənməli olub. Bunu onun narazı üz cizgilərindən də asanca hiss etmək olardı...

*****

KİV-lərin məlumatına görə, Sankt-Peterburqda N.Paşinyan V.Putinlə Ermənistana satılan təbii qazın qiymətini də müzakirə eləməli idi. Bildirilirdi ki, erməni baş nazir xüsusən də seçki öncəsi qiymətdə güzəşt edilməsinə çalışacaq.

Yada salaq ki, bu ayın sonunda “Qazprom”la Ermənistan (“Qazprom-Ermənistan”) arasında yeni müqavilə imzalamalı, orada qazın yeni tarifi də əks olunmalıdır. Hazırda Ermənistana Rusiyanın mavi yanacağı daxili bazar qiymətinə (min kub metr üçün 150 dollar) satır.

Vəziyyətin həssaslığı həm də ondadır ki, N.Paşinyan hakimiyyətə gələn kimi “Qazprom-Ermənistan” şirkətinə qarşı korrupsiya ittihamları irəli sürülüb. Guya bununla yeni hökumət Moskvanı şantaj edib güzəşt qoparmaq istəyir. Lakin müşahidəçilər bu addımın əks-effekt verəcəyini bildirirlər. Son məlumatlara görə, Nkiol Paşinyanın Putinlə qaz anlaşması da baş tutmayıb.

Bütün bunları Kremlin Paşinyan hökumətinə seçki öncəsi, “sükut günü”nə sürprizləri də adlandırmaq olar...
“Yeni Müsavat”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu