Milli Məclisdə deputatlar arasında mübahisə
Siyaset
Oxunub: 1 740
3 apr 2015 | 14:47
Milli Məclisdə deputatlar arasında mübahisə



Milli Məclisin bugünkü icasında birinci vitse- spiker Ziyafət Əsgərovla deputat Fazil Mustafa arasında söz savaşı baş verib.

Azerinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, millət vəkili Fazil Mustafa çıxışlarda reqlamentdə müəyyən dəyişikliklər aparılmasını təklif edib: “Bizə təqdim olunan qanun layihələrində bütün ayrı-ayrı məsələlərin qabağında bundan sonra yazılsın ki, filan məsələ müzakirəsiz olacaq, digər məsələ isə müzakirəli olacaq. Rəhbərlikdə nə qərar qəbul etmisinizsə, bunu bizə deyin, biz də əziyyət çəkib adımızı çıxışa yazdırmayaq. Adımız yazıla-yazıla təkid edirik ki, söz deyək, amma söz verilmir. Azərbaycanda belə bir ənənə var. Milli Koordinatorun məlumatı dinlənildi. Bəlkə, bizim çıxışa dəyərli təklifimiz var idi?”

Millət vəkilinin çıxışına Z. Əsgərovun cavabı sərt olub “Müraciət olundu ki, çıxış etmək istəyən varmı? Niyə çıxış eləmədiniz? Mən sizin əlinizi görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələlərdə təkid etmirsiniz?”.

Bundan sonra çıxış edən F. Mustafa da vitse-spikerə eyni tonda cavab verib. “Hesab edirəm ki, Ziyafət müəlim, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz. Xahiş edirəm, sözümüzü kəsməyin. Biz ora yazılmışıq. Dediniz ki, reqlamenti beş dəqiqə elan edirsiniz. Biz də razılaşdıq. Beş dəqiqədən sonra bir millət vəkili çıxış etdi ki, müzakirələri dayandıraq. Başa düşürəm, onun da hüququdur bu. Amma biz Milli Məclisə dinləmək üçün gəlmişiksə, oturaq bütün günü dinləyək, sakitcə gedək. Səsimizi verib gedək, siz bunu istəyirsinizsə, bunu edək. Əgər istəyiriksə ki, burada bir neçə təkliflər səslənsin, o zaman belə etməyək. Məsələn, İnsan Alveri ilə bağlı mənim çox ciddi təkliflərim var idi. Söhbət kimisə tənqid etməkdən, ona söz deməkdən getmir ki. Xahiş edirəm ki, bu məsələlərə diqqət edin. İnsanlardan soruşun ki, kim siyahıdan çıxsa o zaman səs verin. Kimin sözü varsa, imkan yaradın ki , danışsın. Bundan sonra gərək biz Ombudsmanın, İnsan haqları üzrə koordinatorun, hökumətin, büdcənin hamısnı birləşdirək. Biz də səs verək, sakitcə çıxıb gedək. Bu məsələdə deputatların da rəyini soruşun”.

F. Mustafanın Z. Əsəgrova cavabı deputatla birinci vitse-spiker arasında gərginliyi daha da artırıb. Son olaraq çıxış edən Z. Əsgərov bildirib ki, irad bildirmək sizin hüququnuzdur, amma çıxışınızda məntiq yoxdur: “Hörmətli deputatlar, əvvəl dedilər ki, beş dəqiqə olsun reqlament. Deputatların ümumi fikri belə idi və biz onu qəbul etməli idik. Burada başqa söhbət olmaz. Sonra dedilər ki, Milli Koordinator ətraflı məlumat verdi. Və onun məlumatı deputatlara paylanıb. Mən də müraciət etdim ki, kim çıxış etmək istəyir? Hamısı dedilər ki, istəmirik. Elmira xanım söz istədi, verdik. Mən sonra yenə müraciət etdim. Heç kim istəmədi. Bu nə deməkdir? İndi mətbuat buradadır deyə, siz populist çıxış etməlisiniz? Dəfələrlə müraciət etdim, Fazil bəy çıxış edərdiniz də. Özü də dedim ki kim təkid edir? Bu mənim borcumdur ki, sizə söz verim. Sözün vardısa durub deyərdin. Məsələ müzakirə edilib səsə qoyulub, bundan sonra siz mətbuat üçün əlavə materiallar verirsiz. Sizin çıxışınız yerində deyil. Sizin sözünüzü kim kəsir ki“.
Bu gün, 16:00
Paşinyanın referendum XOFU
Bu gün, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Bu gün, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Bu gün, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu gün, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Bu gün, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Bu gün, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Bu gün, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Bu gün, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Bu gün, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Bu gün, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Bu gün, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Bu gün, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Bu gün, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu gün, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Bu gün, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Bu gün, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Bu gün, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Bu gün, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Bu gün, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Dünən, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."