İlham Əliyev KTMT-2019 sammitinə dəvət oluna bilər — RƏY
Siyaset
Oxunub: 380
6 dek 2018 | 11:30
İlham Əliyev KTMT-2019 sammitinə dəvət oluna bilər — RƏY














Bəzi ekspertlərin gözləntilərinə rəğmən, dekabrın 5-də ATƏT Xarici işlər nazirləri Şurası sammiti zamanı təşkil edilən Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşü çətin ki, nəticə versin.
Bunu oxu.az-ın müxbiri ilə söhbətdə rusiyalı siyasi şərhçi Denis Korkodinov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri görüşə böyük maraq göstərsələr və görüşün nəticələrinə dair Dağlıq Qarabağ münaqişəsi üzrə birgə qətnamənin qəbul ediləcəyi gözlənilsə də, Bakı və Yerevanın bu cür ağrılı ərazi mübahisəsi üzrə kompromisə gələ bilməyəcəyi şübhə doğurmur.

“Güman ki, “məxməri inqilab”dan miras qalan daxili siyasi problemlərin həllindən narahat olan Ermənistan Azərbaycanı qoşunların təmas xətti zonasında onsuz da uzanan münaqişəni dondurmağa çağırmağa çalışacaq. Lakin bu cür təşəbbüs Bakı üçün heç bir hüquqi və siyasi əhəmiyyət kəsb etməyəcək, çünki münaqişənin dondurulması onun tam həlli anlamına gəlmir”, - deyə ekspert vurğulayıb.

Korkodinov qeyd edib ki, bu, yalnız təmas xəttində “status-kvo”nun möhkəmləndirilməsi deməkdir və çətin ki, Azərbaycan tərəfindən müsbət qəbul olunsun:
“Bakı işğal olunmuş bütün torpaqların qeyd-şərtsiz qaytarılmasına ümid edir, Yerevan üçün isə mövcud vəziyyətin qorunub saxlanılması milli nüfuz məsələsidir. Beləliklə, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında bu gün keçirilən görüş Bakı və Yerevan arasında Dağlıq Qarabağın kimə məxsus olması məsələsi üzrə prinsipial fikir ayrılıqlarının daha aydın olduğunu göstərir”.

Korkodinov əmindir ki, görüş iştirakçısı olan dövlətlərin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı tövsiyə xarakterli olsa da, Azərbaycan və Ermənistan arasındakı münasibətləri konstruktiv adlandırmaq olmaz.

“Azərbaycanın ərazi hüquqlarının gerçəkləşməsinin mümkünsüzlüyü barədə Ermənistanda gedən debatlar danışıqlar prosesinin süni şəkildə uzadılması üçün şübhə doğurmayan səbəbdir. Azərbaycan siyasətçilərinin fikrincə, bu, Yerevanın anlaşmaq niyyətində olmadığını göstərir”, - deyə o əlavə edib.

Yüksək səviyyədə görüşə gəldikdə isə Korkodinov bildirib ki, Azərbaycan və Ermənistan dövlət başçılarının təkbətək danışıqları 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti zamanı mümkündür. Ekspert sammitə Azərbaycan prezidenti İlham Əliyevin dəvət edilə biləcəyinin mümkün olduğunu da vurğulayıb.
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...