Qarabağ Komitəsindən mitinqlə bağlı açıqlama
Siyaset
Oxunub: 381
5 dek 2018 | 15:17
Qarabağ Komitəsindən mitinqlə bağlı açıqlama














“Müraciətlərimizi icazə verilənədək davam etdirəcəyik”

Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsi 15 dekabra yeni Qarabağ mitinqi təyin edib. Mitinqin Bakı şəhərində “Məhsul” stadionunda saat 15.00-17.00-dək “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirilməsi qərara alınıb. Mitinqə hazırlıq işlərinə artıq bir neçə gündür başlanılıb. Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn isə sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı çağırış edib. P.Hüseyn bildirib ki, Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb.

Xatırladaq ki, Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaranmasını istəmədiyini əsas göstərərək razılaşdırılmamış mitinqə getməmişdi.

15 dekabra təyin olunan mitinq üçüncü mitinqdir. BŞİH-in bu dəfə razılıq verib-verməyəcəyi hələlik bəlli deyil.

Bakı Şəhər İcra Hakimiyyətinin 24 noyabra təyin olunmuş mitinqə razılıq verməməsindən az sonra Qarabağ Komitəsinin 15 dekabra mitinq təyin etməsi maraqla qarşılanıb. Yenə də meriyadan eyni cavabın gələcəyi ehtimalının yüksək olduğunu Qarabağ Komitəsi də yəqin ki, bilir. O zaman nədən yenidən mitinq təyin etdikləri barədə sual meydana gəlir?

Qarabağ Komitəsinin İşçi Qrupunun üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, 15 dekabra yenidən mitinq təyin olunması Qarabağ Komitəsinin qərarıdır. Bu qərarın qəbul olunmasında məntiq davamlı mitinq ideyası ilə bağlıdır: “Hesab edirik ki, Qarabağ mitinqinin keçirilməsinə icazə verilməlidir. Hakimiyyət bu müraciətlərə diqqətlə yanaşmalı və bizim xoş niyyətimizi, Qarabağın azadlığı naminə çalışdığımızı nəzərə almalıdır. Mitinqlə bağlı müraciətlərimizi icazə verilənədək davam etdirəcəyik”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu