Putin Bakıda rus coğrafiyası olimpiadası keçirir, İrəvanda isə etiraz
Siyaset
Oxunub: 369
5 dek 2018 | 13:30
Putin Bakıda rus coğrafiyası olimpiadası keçirir, İrəvanda isə etiraz















Moskva erməni separatçılarına qucaq açdığı dövrdə Azərbaycanın bəzi ali təhsil müəssisələrində Rusiyanın coğrafıyasına aid olimpiada keçirilir.

Cahan.info-nun siyasət şöbəsinin yaydığı xəbərə görə, bu fikri politoloq Elxan Şahinoğlu yazıb.

Analitikin fikrincə, bu Rusiya prezidenti Vladimir Putinin təşəbbüsüdür ki, Rusiyada və dost dövlətlərdə gənclər Rusiyanın tarixini və coğrafiyasını yaxşı öyrənsinlər.

"Bu Putinin təbii haqqıdır, o haqlı olaraq istəyir ki, gəncləri məmləkətlərinin tarixini və coğrafiyasını yaxşı mənimsəsinlər və ildə bir dəfə bu mövzuda olimpiada keçirilsin. Sadəcə, mən anlamıram ki, bundan bizə nə?

Məgər Rusiyada Azərbaycanın tarixinə və coğrafiyasına dair olimpiada keçirilir? Onlar keçirmirsə, biz niyə onların mövzusuna dair Bakıda olimpiada keçirməliyik?",-deyə siyasi şərhçi etiraz edir.

Ekspert bildirib ki, Rusiya qonşumuzdur, bu ölkəni dərindən təhlil etməyi bacarmalıyıq, tarixini və coğrafiyasını da öyrənməkdə qəbahət yoxdur: "Ancaq Azərbaycanda niyə Rusiyaya aid olan olimpiada keçirilməlidir?

Bunu kimsə bizə anlada bilərmi? Məndə olan məlumata görə olimpiadadakı suallar arasında Krımla bağlı ikibaşlı ifadələr var. Yəni suallar elə qoyulub ki, sanki Krım Ukraynaya deyil, Rusiyaya aiddir.

Bunu qəsdən ediblər. Bizdə buna şərait yaradılarkən, İrəvanda bir konfransa toplaşan rusiyalı tanınmış simalardan biri “Bakını İsgəndər raketləri ilə vurmaq lazımdır” ifadəsini işlədir..."

Ümid edirik ki, Ermənistanın yeni parlamenti daha konstruktiv olacaq və Rusiya-Ermənistan münasibətlərinin inkişafına diqqət yetirəcək.
Bunu İrəvanda jurnalistlərə açıqlamasında ermənipərəst rusiyalı deputat Konstantin Zatulin deyib.

"Sizin hökumətin nümayəndələri təkcə Rusiya yox, bütün dünya ölkələrinə müraciət edib investisiya istəyəndə Rusiyanın böyük şirkətlərinə qarşı araşdırmalardan bəhs edir.

Bu, sizin üçün pis fondur. Mən “böyük şirkətlər” deyəndə “Qazprom” və Cənubi Qafqaz Dəmiryollarını nəzərdə tuturam", - deyə o bildirib.
Rusiyanın müttəfiqləri yoxdur. Bunu isə jurnalistlərə açıqlamasında Gürcüstan sabiq prezidenti Georgi Marqvelaşvili deyib.

Onun sözlərinə görə, Tiflis və Moskva regionun geosiyasətini fərqli rənglərdə görür: “Gürcüstanın Avropa və Avroatlantik perspektivinin olmaması Rusiyanın təbliğatıdır. Bu təbliğat “biz burdayıq, gücümüz var” prinsipi ilə aparılır.

Rusiya Ukrayna problemini yaradıb. Rusiyanın Gürcüstanla etdikləri isə müharibənin aparılmasıyla bağlı irəli sürülən istənilən məntiqdən kənardır.

Rusiya hər zaman güc mövqeyindən danışır. Bu isə aqressiya və işğal deməkdir. İndi bu aqressiya Qara dənizdə müşahidə edilir, bundan öncə isə Ukrayna və Krımda müşahidə olunurdu.

Bunların heç birini sağlam məntiqlə izah etmək mümkün deyil. Heç kim Rusiya ilə birgə olmaq istəmir”.

Bir sözlə regionu qarışdıran, Qafqaza hakim kəsilən Rusiya Azərbaycan və Gürcüstanı öz orbitindən kənara çıxmağa qoymaq istəmir.

Ermənistan isə onların ömürlük vassalıdır. Odur ki, erməniyə sığal çəkir, bizə təzyiq edirlər.

Bu arada "Mən “Qarabağın rəhbərliyinə” bütün danışıqlar prosesi haqqında məlumat vermişəm" - Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan belə deyib.

“Dağlıq Qarabağa səfərim zamanı mən siyasi hakimiyyət və “ordu”nun nümayəndələrini dəvət edib, onlardan heç nə gizlətməyərək, danışıqlar prosesində olan hər şeyi onlara dedim. Mən bəyan etdim ki, Qarabağ məsələsiylə bağlı problem Ermənistan və Qarabağ “xalqları”nın iradəsindən kənar həll edilə bilməz. Mən dedim ki, Qarabağ danışıqlar prosesinə qatılmayana qədər biz Qarabağ məsələsində həllə nail olduğumuzu deyə bilmərik.

Mən dedim ki, danışıqları Ermənistan adından aparıram, “Qarabağ xalqı” adından danışıqları onların hökumətləri apara bilər.

Bunlara rəğmən Ermənistanda hələ də inqilabın Qarabağa qarşı hansısa tələ olduğunu, hökumətin Qarabağla bağlı xain planları olduğunu deyən siyasi qüvvələr var.

Mən daima düşünürəm ki, niyə bu insanlar belə bəyanatlarla çıxış edirlər və açığını desəm, hansısa məntiqli açıqlama tapa bilmirəm. Digər tərəfdən, bəzi siyasi qüvvələr bu seçkidən sonra siyasi ölümlərinin qeydə alınacağını başa düşüblər".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu