BAŞ REDAKTOR ANKARA BİABIRÇILIĞINI İFŞA ETDİ – “Dövləti və prezidenti aldadırlar”
Siyaset
Oxunub: 389
4 dek 2018 | 13:13
BAŞ REDAKTOR ANKARA BİABIRÇILIĞINI İFŞA ETDİ – “Dövləti və prezidenti aldadırlar”














“Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”. Bu fikirlər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun öz “facebook” səhifəsindən yaydığı açıqlamadan götürülüb.

“AzPolitika.info”nun məlumatına görə, baş redaktorun bəhs etdiyi biabırçılıq isə Ankarada baş verib. R.Arifoğlunun açıqlamasından belə məlum olur ki, kimlərsə növbəti dəfə pul “yumaq” üçün bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb. Tədbirin keçirildiyi zalda isə demək olar ki, Bakıdan gedənlərdən savayı heç kim olmayıb. Yəni, özləri deyib, özləri eşidiblər. Rauf Arifoğlu da haqlı olaraq sual edir ki, yalnız Azərbaycan mediasının nümayəndələrinin iştirak etdiyi bir tədbirin Bakıda deyil, Ankarada keçirilməsi kimlərin planı olub və nəyə xidmət edib?

Baş redaktor həmin açıqlamasında bildirir:

“Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?

“Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans idi.

Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!

Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!

Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı…
Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik…
İşgəncə kimi bir şey…

Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm?
O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!
SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.
Və bizə də bir üzr borcludurlar…
Fotolarda: zal, konfrans və biz..”

Sonda qeyd edək ki, bu cür oyuncaq konfransların keçirilməsinin məqsədi əslində məlumdur: iş gördükləri görüntüsü yaratmaq və pul “yumaq”! Ancaq bu işlərə artıq Azərbaycan mətbuatının tanınmış nümayəndələrinin, ölkənin aparıcı media orqanlarının baş redaktorlarının alət edilməsi təəccüb və təəssüf doğurur. Görün mediamız nə günə qalıb ki, artıq hər yerindən duran onun tanınmış simalarını belə öz çirkli oyunlarına alət etməkdən çəkinmir. Üzücü və düşündürücüdür!
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu