Avropa liderlərini ərəb şeyxləri ilə bağlayan tellər
Siyaset
Oxunub: 388
16 noy 2018 | 19:43
Avropa liderlərini ərəb şeyxləri ilə bağlayan tellər
















Neft dollarları Avropa siyasətini necə çirkləndirir?

Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla əlaqələri və bu əlaqələrin siyasətə təsiri barədə yazmışdıq. Məsələ ondadır ki, Fransa prezidenti son hadisələr zamanı, yəni jurnalist Camal Qaşıqçı işində ər-Riyada qarşı xeyli mülayim yanaşması ilə diqqət çəkdi.

Təbii ki, Fransa prezidenti rəsmi bəyanatında Qaşıqçı cinayəti ilə bağlı “qəzəbləndiyini” ifadə edib. Bazar günü Trampla görüşündə isə Ərəbistan hakimiyyətini Qaşıqçının qətli ilə bağlı daha çox məlumat açıqlamağa çağırıb.

Lakin eyni zamanda Fransa prezidenti Səudiyyə Ərəbistanı haqqında kəskin, “küsdürücü” ifadələr işlətməkdən çəkinib. Çünki Fransa Səudiyyə Ərəbistanına silah satır, üstəlik Makronun özünün vəliəhd-şahzadə ilə isti münasibətləri var. Slovakiyaya səfəri zamanı Makron bildirib ki, Səudiyyə Ərəbistanına silah satışının davam edəcək. Fransa prezidenti açıq şəkildə deyib ki, “silah satışını dayandırın” çağırışı açıq bir demoqogiyadır, çünki silah satışının Qaşıqçı cinayəti ilə bir bağlantısı yoxdur. Eyni zamanda o, Yəmən müharibəsinin də Qaşıqçı işi ilə birbaşa bağının olmadığını deyib.

Fransa Səudiyyə Ərəbistanı ilə dost ölkədir. Krallıq son 10 ildə Fransadan 12 milyard dollar dəyərində silah və texnika alıb. Təbii ki, indi Yaxın Şərq ölkələrinə silah satmaq Qərb ölkələri üçün sərfəli ticarətdir. Bu səbəbdən də indi Fransa hökuməti bir tərəfdən demokratiya, söz və vicdan azadlığı prinsiplərinin müdafiəçisi rolundan imtina edə bilmir, digər tərəfdən isə Səudiyyə Ərəbistanı kimi qiymətli müştərini itirmək istəmir.

Eyni zamanda Makronun Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi ilə şəxsi əlaqələri var. Yeri gəlmişkən, ötən ilin sonlarında xəbər yayıldı ki, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman Paris yaxınlığında 14-cü Lüdoviq qəsrini hələ 2015-ci ildə 300 milyon dollara satın alıb. Bu, dünyanın ən baha evi hesab olunur. Belə görünür ki, vəliəhdin Parisə məhəbbətinin tarixi yeni deyilmiş.



Bu ilin yazında isə Məhəmməd bin Salman Parisə səfər edib və bu zaman Makron tərəfindən isti qarşılanıb. İki liderin yanında bir də Livanın baş naziri Saadi Həriri olub. O Həriri ki, ötən il bu günlərdə ər-Riyadda girovluqda saxlanılırdı və Makronun Kral sarayına səfərindən sonra azad edilərək ölkəsinə göndərildi. Hətta bunu ilk vaxtlar etiraf etməsə də, bu ilin yazında Makron etiraf etdi. Fransa prezidenti deyib ki, Livanda yeni bir vətəndaş müharibəsinin qarşısını alıb, Ər-Riyada gedərək kral ailəsi ilə görüşüb və Həririnin azad edilməsinə nail olub. Doğrudur, bu açıqlamanı Səudiyyə Ərəbistanı XİN rəsmi açıqlama ilə təkzib etdi, amma buna baxmayaraq Həriri hadisəsi hələ ötən ildən bəlli idi.



Ancaq bu, Fransa prezidentlərinin ərəb liderləri ilə ilk dostluğu deyil. Bundan öncə keçmiş prezident Sarkozinin adı Liviyanın devrilmiş lideri Qəzzafi ilə qaranlıq əlaqələri ortaya çıxıb. Hələ 2011-ci ildə Liviyada üsyan başlayanda Qəzzafi martın 3-də “France 3″ telekanalına verdiyi müsahibədə Sarkozinin kampaniyasına dəstək verdiyini təsdiqləmişdi.

Daha sonra bu hadisə Sarkoziyə qarşı rəsmi ittihama çevrildi və məhkəmə tərəfindən təsdiqləndi. Müəmmar Qəzzafinin tərcüməçisi olmuş Miftah Missuri Nikola Sarkozinin Liviya liderindən 20 milyon avro aldığını etiraf edib. Tərcüməçi bildirib ki, 2005-ci ildə Fransa daxili işlər naziri olan Nikola Sarkozi Liviyaya səfər edib. Sarkozi o zaman Qəzzafiyə bildirib ki, 2007-ci ildə prezident postuna namizədliyini irəli sürmək niyyətindədir. Liviya lideri ona cavabında bunun sevindirici xəbər olduğunu və Liviyanın dostu olan bir şəxsin Fransa prezidenti seçilməsinə dəstək verəcəyini bildirib.

Sabiq prezidentin tərcüməçisinin sözlərinə görə, Sarkozinin seçkiqabağı qərargahının nümayəndələri liviyalı məmurlarla görüş keçirib: “Bu görüş zamanı sənəd hazırlanmışdı. Sənəddə Liviya rəhbərliyindən Sarkozinin seçkiqabağı kampaniyasına dəstək məqsədilə 50 milyon avro ayrılması qeyd olunmuşdu. Sonra Müəmmar Qəzzafi həmin məbləği 20 milyon avroya azaltmışdı. Qəzzafi şəxsən mənə bu barədə danışmışdı”.

Qeyd edək ki, Liviyanın neft milyardları Qəzzafinin Avropanın bir çox nüfuzlu liderlərinə təsir imkanı yaradıb. İnqilab zamanı Liviyanın Almaniyadan, Britaniya ilə gizli silah alveri, siyasilərlə rüşvət əlaqələri barədə iddialar ortaya çıxıb. Ancaq 2011-ci ilin sentyabrında Qəzzafi üsyançılar tərəfindən ələ keçirilərək öldürüldü. Daha sonra onun xarici xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü versiyaları ortaya atılsa da, bunu sübut etmək mümkün olmadı. Lakin bir şey aydın idi ki, Avropanın bir sıra ölkələri və dövlət adamları ilə Qəzzafinin gizli əlaqələri vardı.

Misir lideri Hüsnü Mübarəkin İspaniyada tapılan sərvəti, eləcə də zəngin ərəb şeyxlərinin Avropa və Amerikadakı siyasətçilərlə bu günə qədər açılan və açılmayan çoxsaylı əlaqələri barədə onlarla faktlar mövcuddur. Lakin “zamanı” gələnə qədər bu məlumatlar adətın açıqlanmır.(musavat.com)
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik