Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...
Siyaset
Oxunub: 453
16 noy 2018 | 15:00
Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...














Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev bu ölkənin prezidenti Petro Poroşenkoya müraciət edib.

Xəbər verilir ki, T.Əliyevin Ukrayna prezidentinə məktub göndərməsinə səbəb bu ölkədəki Azərbaycan diasporunun fəalları ilə hazırkı səfiri Azər Xudiyev arasında son dövrlər yaşanan gərginlikdir.

T.Əliyev məktubunun əvvəlində səfir olduğu müddətdə Ukrayna ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açaraq, hazırda səfir Azər Xudiyevin şikayəti əsasında açılmış cinayət işinin istintaqına cəlb olunması faktına diqqət yönəldib.

Xatırladaq ki, səfir A.Xudiyev 2007-2009-cu illərdə (T.Əliyevin səfir olduğu illər – Red.) səfirliyin binasında aparılmış təmir zamanı yeyintiyə yol veridiyini iddia edir. Onun rəsmi şikayəti əsasında cinayət işi açılıb və məhkəmənin qərarı ilə sabiq səfir T.Əliyevin evində axtarış aparılıb. Sabiq səfir iddiaları qəbul etmir və bildirir ki, səfir postunda çalışarkən A.Xudiyev onun tabeçiliyində işləyib və vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə barəsində Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi şəkildə məlumat verib. T.Əliyev hesab edir ki, A.Xudiyev indi ondan qisas almağa çalışır.

T.Əliyev Ukrayna prezidentinə göndərdiyi məktubda səfirliyin binasında yaranmış problemləri yaxınlıqda çoxmərtəbəli binanın tikilməsi ilə əlaqələndirib. Sabiq səfir prezident Poroşenkonun diqqətinə çatdırıb ki, ərazi sürüşməyə meyilli olduğundan, orada nəhəng tikinti işinin aparılması əlavə yükləmələr yarada bilərdi və bu səbəbdən o, səfir postunda olarkən həmin binanın tikintisinə qarşı çıxıb: “Mən bu tikintinin qarşısını almaq üçün dəfələrlə Kiyev Meriyasına və digər əlaqədar qurumlara müraciət etmişdim. İmkan vermirdim ki, orada bina tikilsin. Çoxmərtəbəli binanın bünövrəsi dərində olmaldır. Bunun üçün qazıntı işləri aparılmalıdır və təbii ki, bu işlər bizim səfirliyin binası üçün təhlükə yaradacaqdı. Eyni zamanda, səfriliyə çox yaxın ərazində çoxmərtəbəli binanın tikintisi bizə təhlükəsizliyin təmin olunmasında da problem yaradacaqdı. Çünki həmin binadan səfirliyin bütün ərazisi olduqca aydın şəkildə görünəcəkdi. Oradan istənilən terror aktı üçün istifadə etmək olar. Ona görə də biz həmin binanın tikintisinə yol vermədik. Lakin təəssüf ki, Azər Xudiyev səfir olandan sonra binanın tikintisinə başlanıldı”.

Məktubda T.Əliyev Ukrayna prezidentindən xahiş edir ki, məsələni nəzarətinə götürsün və istintaqın dayandırılmasına köməklik göstərsin.

Məktubda həmçinin səfir A.Xudiyevin Ukraynda yaşayan azərbaycanlılar və xüsusən diaspor fəalları ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanlarına müxtəlif şikayətlər göndərməsindən də söz açılıb. T.Əliyev xahiş edib ki, Ukrayna prezidenti ölkənin hüquq-mühafizə orqanlarından səfir A.Xudiyevin azərbaycanlılara qarşı yazdığı şikayət ərizələri ilə bağlı informasiya tələb etsin. Eyni zamanda, xahiş olunur ki, Ukraynanın Xarici İşlər Nazirliyindən A.Xudiyevin fəaliyyətinin Ukrayna-Azərbaycan əlaqələrinə hansı təsirləri göstərməsi barədə informasiya məruzəsi istənilsin.

Qeyd edək ki, səfir A.Xudiyevin Azərbaycan səfirliyinin binasında aparılmış təmir işləri ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət etməsi Azərbaycanda narazılıqla qarşılanıb. Hətta məsələ Milli Məclisdə də diqqət mərkəzinə gətirilib və deputatlar səfirin davranışlarına tənqidi yanaşıblar./Missiya.az/

Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik