Sabiq nazirlərin milyardları geri qaytarılacaq? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 328
15 noy 2018 | 23:30
Sabiq nazirlərin milyardları geri qaytarılacaq? - GƏLİŞMƏ















Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək rütbəli sabiq məmurların, nazirlərin topladıqları var-dövlət, gözqamaşdıran sərvət gündəmin əsas müzakirə mövzusudur. Onların əksəriyyəti məhz vəzifədə olduqları zaman tutduqları postdan sui-istifadə edərək varlanıb, biznes imperiyası qurublar. Bəziləri vəzifəsini itirsə də, hələ də öz biznesini idarə edir. Onların qurduqları biznesin “sərhədləri” isə genişdir. Dünyanın əksər ölkələrində gəlir gətirən obyektləri, ticarət mərkəzləri var. Bizneslərinin ilkin qaynağı qaranlıq olsa da, “ilkin kapital”ın korrupsiyadan gələn pullar olduğu şübhəsizdir.

Hansısa sabiq nazirin irimiqyaslı ticarət layihələri üçün pulu təmiz yolla qazanması inandırıcı görünmür. Lakin qanunvericiliyə görə, dövlət qulluqçusu, məmur bizneslə məşğul ola bilməz. Digər tərəfdən buna hətta qanun imkan versə belə, həm məsul olduqları sahəyə, həm də biznesə eyni zamanda vaxt çatdırmaq çətindir. Bu halda ictimaiyyəti bir sual düşündürür- sabiq nazirlər cəzalandırılacaq, ölkədən qanunsuz olaraq çıxarılan milyardlar qaytarılacaqmı? Əslində onların özlərini də bu sual az düşündürmür. Bilirlər ki, bir gün onlardan qanunsuz yollarla topladıqları var-dövlətin hesabı soruşulacaq. Elə buna görədir ki, topladıqları “çirkli pullar”ı xaricə köçürüb, müxtəlif sahələrə sərmayə qoyublar.

Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədov hələ vəzifədə olarkən Türkiyədə biznes şəbəkəsinə sahib idi. Sahibi olduğu “Garant Holding” Türkiyədə də fəaliyyət göstərir və xüsusilə də turizm sahəsində aktivlik nümayiş etdirirdi. Vəzifədən çıxarıldıqdan sonra Ziya Məmmədov Azərbaycanda fəaliyyətinə demək olar ki, son qoydu. Yayılan məlumatlara görə sabiq nazir bütün biznesini ölkədən çıxarıb. Azərbaycanda yerləşən “Garant Holding”in balansında olan hetollər, restoranlar, digər iaşə obyekləri və hətta şirkətin baş ofisi satılıb. Qeyd edək ki, rəsmi məlumata görə, “Garant Holding”in baş ofisi şirkətin banka olan 30 milyon borcun müqabilində alınıb. Ziya Məmmədov hətta “krişalıq” etdiyi media qurumlarını da ölkədən çıxarmaq istiqamətində müəyyən fəaliyyət göstərib. O, biznesini ölkədən çıxarmaqla əslində yığdıqlarını qorumağa çalışır.

Ziya Məmmədovun yaxın qohumları da biznesini ölkədən çıxarıb. Sabiq nazirin qudası, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov artıq 7 aydır ki, postundan kənarlaşdırılıb. Kreslonu tərk edən kimi onun ölkəni də tərk etməsilə bağlı məlumatlar yayılıb. Qızının Türkiyədə böyük biznes şəbəkəsi olduğu da yayılan məlumatlar sırasındadır. Həmin məlumatlara görə, Heydər Əsədov Türkiyədə böyük tekstil şirkətinə sahibdir.

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov da oliqarxlaşmış məmur kateqoriyasına aiddir. Doğrudur, onun biznesi haqqında konkret məlumatlar yoxdur. Amma sabiq MTN şefinin avtomobil salonları, restoranları və hotellərinin olduğu məlumdur. Təsədüfi deyil ki, E.Mahmudovdan şikayət edənlər əsasən iri biznesmenlərdir. Onlar sabiq MTN şefinin özünü onlara məcburi ortaq etməsindən şikayətçidirlər. Ölkədən ən çox pul çıxaranın da Eldar Mahmudov olduğu deyilir. E.Mahmudov qudası Cahangir Hacıyevin vasitəsilə ölkədən bir neçə milyard manat çıxarmasına dair iddialar artıq ortadadır. Qeyd edək ki, hazırda həbs həyatı yaşayan C.Hacıyev bank rəhbəri olub və onun bu qədər pulu sabiq MTN şefinin xəbəri olmadan ölkədən çıxarması inandırıcı görünmür. E.Mahmudovun “xeyir-duası” olmadan C.Hacıyev buna risk edə bilməzdi. Ona görə də Cahangir Hacıyevin ölkədən çıxardığı və hazırda həyat yoldaşı Zamirə Hacıyevanın Londonda geninə-boluna xərclədiyi milyardlar həm də qudası Eldar Mahmudovla birgə topladıqlarıdır. Keçmiş nazirlər Fazil Məmmədov, Səlim Müslümov və Əli Abbasovun da adı oliqarxlaşmış məmurlar sırasında çəkilir. Fazil Məmmədov ölkənin ən böyük holdinqlərindən biri olan “AtaHolding”in sahibi olub. Holdinqin balansında bank, sığorta şirkətləri, hotellər, restoranlar, tikinti və digər bir çox sahələri əhatə edən şirkətlər var.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 2 milyard dövlət vəsaiti mənimsəməkdə günahlandırılırdı. Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun isə özünün dediyinə görə, 1 aylıq xərcləri 300 min manat olub. Nazir maaşı ilə bu qədər vəsait xərcləmək mümkün olmadığı üçün Ə.Abbasovun da qazancının fərqli ünvanlardan gəldiyi istisna deyil.

Ölkənin ən gənc oliqarxlarından biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bu vəzifə ləğv olunub-müəl.) sabiq sədri Rüfət Aslanlıdır. Onun dəyəri milyonlarla ölçülən bahalı avtomobil və saat kolleksiyasına sahib olduğu bildirilir. Tutduqları vəzifədən sui-istifadə edib varlanmış sabiq nazirləri hansı aqibətin gözlədiyini indidən demək çətindir. Həmçinin onların qanunsuz yollarla əldə etdikləri milyardların geri qaytarılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bu versiyalardan hansının doğru olacağını isə zaman göstərəcək.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik